Məhkəmə qərarları › İş №2-1(102)-1262/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1262/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1262/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri X3 əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilər ək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-779/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum ərinin əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X1, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərnaviqasiyaquraşdırma ” şirkətində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cav abdehin üzərinə qoyuulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2-1(118)-1535/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum ərinin əmək kitabçasında qeyd edilən mübahisələndirilməyən sosial sığorta stajı 14 il 5 ay 3 gün təşkil edir. Mərhumun əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, hal-hazırda X2 fəaliyyət göstərmədiyindən və arxiv sənədləri Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin onun sığorta stajına daxil edilmə si mümkün deyil. Həmçinin mərhumun əmək kitabçasında xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək qeyd olunmuş “Azərnaviqasiyaquraşdırma” şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və həmin illərin mərhumun sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.

4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-779/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məh kəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının mərhum əri (xx.xx.2019-cu il tarixdə vəfat etmiş) X3 əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək X1 və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək “Azərnaviqasiyaquraşdırma” şirkətində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

6. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövrlərə aid qeydlər iddiaçının mərhum ərinə məxsus olan əmək kitabçasında qeyd edilmişdir. İndiki halda əmək kitabçasında əks olu nmuş qeydlərin mötəbərliyi cavabdeh inzibati orqan tərəfindən şübhə altına alınırsa, həmin halı sübut etmək öhdəliyi də məhz cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan tərəfindən isə bununla bağlı əsas kimi yalnız iddiaçının mərhum ərinin həmin müəssisədə işləməsi ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi halına, habelə latın qrafikalı əlifbaya 1992-ci il tarixdən keçilməsi halına istinad edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən müəssisənin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin arxivləşdirilməsi (arxiv idarələrinə təhvil verilməsi) və əmək kitabçasının doldurulması vəzifəsi işçinin deyil, məhz işəgötürənin öhdəliyi olmuşdur. İndiki halda isə işçinin təqsiri ilə əhatə olunmayan və məsuliyyət daşımadığı öhdəliyin icra edilməməsi ilə bağlı iddiaçının hüquqlarının m əhdudlaşdırılması qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə ziddir. İddiaçının mərhum ərinə məxsus olan əmək kitabasının məzmunundan görünür ki, o, X1 xx.xx.1990-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin dövrlərdən xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr sosial sığorta stajına daxil edildiyi halda, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək olan dövr arxiv sənədlərinin aşkar edilməməsi əsası ilə sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmin hal özlüyündə cavabdeh inzibati orqanın ziddiyyətli yanaşmasını ifadə edir.

7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasına və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən iddiaçının mərhum ərinin sığorta stajı 14 il 5 ay 3 gün (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) olmaqla vəfat etdiyi tarixdə yaşına (62 yaş) müvafiq olaraq qanunvericiliklə tələb olunan müddətdən (15 il 8 aydan) azdır. Bundan başqa Fondun Mil-Muğan regional filialının xidməti məktubuna əsasən X2 fəaliyyət göstərmədiyindən və arxiv sənədləri Beyləqan rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlərin əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiya sı hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati P rosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi n əticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kas sasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-531/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

13. Beləliklə, kollegiya hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda g östərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-779/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar