Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1263/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1263/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonr a cavabdeh) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-679/2017 saylı, 16 mart 2017-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 14 il 6 ay hakim vəzifəsində çalışmış, bu müddətin axırıncı 8 ilini Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri tərəfindən verilmiş 03.11.2016-cı il tarixli arayışa əsasən 01.12.2013-cü il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 1656 manat müəyyən edilmişdir. Bundan əlavə onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15 faiz miqdarında (vəzifə maaşının 45%-dən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. 01.10.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı ödənilir, 01.11.2010-cu il tarixdən yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% həcmində haqq ödənilir. Həmçinin, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. Cavabdeh 26.10.2016-cı il tarixli məktubla iddiaçının ərizəsinə cavab verərək bildirmişdir ki, hakimlər məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində müalicə pulunu iddiaçıya hesablamaq olmaz. Çünki iddiaçı işlədiyi dövrdə onun əmək haqqına ərizədə qeyd etdiyi əlavələr hesablanmamışdır. Başqa sözlə, “Sosial sığorta haqqında” Qanuna əsasən iddiaçının nəzərdə tutduğu əlavələr iddiaçı üçün məcburi və sığorta haqqı hesablanmayan gəlir növü hesab olunur. İddiaçı 14 noyabr 2016-cı il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,iddiaçıya pensiya hesablanmasında hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtdan əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997 il tarixli Qanunun 106-109-cu maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi kimi iddiaçıya 2003-cü il tarixdən pensiya təyin edilmişdir. Həmin Qanunun 107-ci maddəsinin tələblərinə əsasən hakimlər məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qanunun 109-cu maddəsinin tələblərinə əsasən hakimlərə müalicə olunmaları üçün onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Bu barədə iddiaçı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 26 oktyabr 2016-cı il tarixli məktubu ilə müraciəti təmin etməmişdir. Həmin əlavələrin iddiaçının pensiyasının hesablanmasına daxil etməmək “Əmək pensiyaları haqqında” Qanuna ziddir. Cavabdehin hərəkətləri qe yd edilmiş qanuna zidd və onun hüquqlarını pozur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2016cı il tarixli arayışından məlum olur ki, fəaliyyətdə olan hakimlərə “məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir”. Beləliklə, məzuniyyətə görə iki aylıq müavinət və müalicə üçün iki aylıq pul təminatı fəaliyyətdə olan hakimlərin illik gəlirlərinə daxil edilməklə illik əmək haqqının məbləğində artım yaradır və orta əmək haqqına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə əsasən hakimlərin, o cümlədən sabiq hakimlərin əmək pensiyası təyin edilərkən əmək haqqındakı sonrakı artımlar nəzərə alınmalıdır və pensiya vəzifə maaşından yox, orta əmək haqqından hesablanır. Sözü gedən əlavə lərin iddiaçı tərəfindən alınması barədə arayışın təqdim edilməsi mümkün deyildir, ona görə ki, istinad olunan normativ hüquqi aktlardakı maddi və sosial təminatlar haqqındakı müddəalara o, pensiyaya çıxandan sonra müvafiq dəyişikliklər olmuşdur və yuxarıda qeyd edilmiş Qanunlara əsasən “sonrakı artımlar” nəzərə alınmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-5177/2016 saylı iş) 30 dekabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır. Qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərliyi prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı selektiv yanaşmaya yol verilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X3, 2-1(103)-679/2017 saylı iş) 31 yanvar 2017-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 aprel 2017-ci il tarixdə qərarın surətini almış, 28 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun müddəasından göründüyü kimi “aldıqları əmək haqqı” dedikdə, iddiaçının həm in əmək haqqının alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilməmişdir. Qanuna əsasən “aldıqları əmək haqqı” dedikdə, iddiaçını həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməzdi. Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil, (və ya əmək haqqına daxil edilən əlavələrdən deyil) aldıqları əmə k haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda, pensiya təyinatı zamanı orta aylıq əmək haqqına məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb edilmiş digər gəlirlər də daxil edilir. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verməlidir. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi hesab olu nur. Qeyd olunanlardan aydın olur ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci və 109-cu maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına vəsatət göndərərək səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilmədiyini, bu halın üzrlü hesab edilməsini xahiş etmiş, iddia tələbini müdafiə etdiyini bildirmişdir. əsаslаndırmа hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3cü maddəsi). Cavabdehin kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı hakimlər məzuniyyətə çıxdığı vaxt onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinətin, habelə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının əmək pensiyası zamanı nəzərə alı nmasını xahiş etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaqları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunla müqayisədə qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində əmək haqqına əlavələr və digər ödənclərlə bağlı ətraflı anlayış vermişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsində qeyd edilir ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, qanunverici vəzifə maaşına edilən əlavələri əmək haqqının məcmusuna aid etmişdir. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. Avropa Məhkəməsi özünün “Azinas Yunanıstana qarşı iş üzrə” 2 0 iyun 2002-ci il qərarında qeyd etmişdir ki, əmək fəaliyyəti növünə əsaslanan pensiya almaq hüququ, müəyyən hallarda məsələn, pensiya fonduna məqsədli ödənişlər edildikdə və ya həmin işdə olduğu kimi işəgötürən işçini müqavilənin tərkib hissəsi kimi pensiya təminatı ilə işə götürdükdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyətə bərabər tutula bilər. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylı q əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il və 18 iyul 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır. Qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərlik prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı fərqli yanaşmaya yol verilməsi qüvvədə olan qanunvericiliyə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri qanuni sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-679/2017 saylı, 16 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza
Məhkəmə qərarları › İş №2-1(102)-1263/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1263/2017
20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver