Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1263/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlu, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1040/2017 saylı iş üzrə 18 iyul 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 07 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1691/2016 saylı, 02 may 2016-cı il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia təmin edilmiş, İddiaçı 13.12.1982-ci il tarixdən 01.07.1999-cu il tarixədək işlədiyi dövrün xüsusilə zərərli iş stajı kimi nəzərə alınmaqla ona 17.07.2007-ci il tarixdən (47 yaş)güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1040/2017 saylı, 18 iyul 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və H.H.Əhmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1691/2016 saylı, 02 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə cavabdeh kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sözügedən kassasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq şikayət vermə müddəti ötürülməklə verildiyindən iş m əhkəmə tərəfindən dinlənilmə hüququnun təmin edliməsi üçün kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu M əcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə görə kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-in 24.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyas iya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkə məsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddət buraxılmaqla verilmişdir. Belə ki, işdəki poçt xəbərnaməsinə görə məhkəmə qərarını cavabdeh 08 avqust 2017-ci ildə almış, kassasiya şikayətini isə 04 oktyabr 2018-ci il tarixdə poçta vermiş, beləliklə də, bir aylıq kassasiya şikayəti vermə müddətini buraxmışdır. İş materiallarından həmçinin müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1040/2017 saylı, 18 iyul 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən 19 sentyabr 2017-ci il tarixli məktubla iş icraya yönəldilmiş, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanladığı 18/045726 saylı, 12 oktyabr 2017-ci il tarixli məktubunda qərarın icra olunduğunu bildirmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə 29 iyun 2018-ci il tarixdə yenidən məktub ünvanlanaraq iddiaçının məhkəməyə müraciət edərək qərarın icra olunmamasından şikayət etdiyini nəzərə almaqla qərarın icrası ilə bağlı məlumat verilməsi tələb olunmuşdur. Bundan sonra isə cavabdeh hazırkı kassasiya şikayətini vermişdir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilmək lə cavabdehə ünvanlanmış 07 mart 2019-cu il tarixli, 2-1(102)-1263/2019 saylı bildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması cavabdehə təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin cavabdeh sərəncamında olan kifayət qədər vaxt ərzində kassasiya şikayətindəki qüsurların aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmişdir (müddətin bərpasına dair ərizə verməmiş və ya şikayətin vaxtında verildiyinə dair sübut təqdim etməmişdir). Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməli, eləcə də, bununla apellyasiya məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi tərəflərə izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1040/2017 saylı iş üzrə 18 iyul 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsitərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1263/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1263/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver