Məhkəmə qərarları › İş №2-1(102)-1263/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1263/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1263/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının üzərində mülkiyyət hü ququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-533/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013cü il tarixli məktubuna əsasən iddiaçıya məxsus Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən mövcud qeyri-yaşayış binasının eskiz həlli razılaşdırılmışdır. 2. “Tikinti obyektinin istismarına” HS/16 saylı xx.xx.2017-ci il tarixli icazəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən sahəsi 2370,40 kv metr olan tikin ti obyektinin istismarına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Həmin sənədə əsasən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş sənəddən görünür ki, obyekt xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır, həmin akt obyektdə tikintiquraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.

3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyriyaşayış binasının memarlıq planlaş dırma bölməsinə əsasən obyektin hündürlüyü 10.150 metr təşkil edir, 3 mərtəbəli mansardı olan tikilidir. 4. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1054 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 saylı binanın qarşısındakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.

5. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentli yinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, obyektin tikilməsinə icazə sərəncamı təqdim edilməmiş və istismara icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, sözügedən əraziyə digər şəxsin müraciəti mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

6. İddiaçı qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********25 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binası yarımzirzəmili, mansardı olan üçmərtəbəli tikilidən ibarətdir və qeyri-yaşayış binasının 1-ci və yarımzirzəmi mərtəbəsinin bir hissəsi digər şəxslərə məxsusdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd edilən qeyri-yaşayış binasına dair digər şəxsin müraciəti qeydə alınmışdır. Bundan əlavə, obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Təqdim edilən “Tikinti obyektinin istismarına icazə” sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyd edilən qeyri-yaşayış binasına dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5133/2021 nömrəli bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 13 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia əriz əsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin ərazidə layihəyə uyğun olaraq qeyri-yaşayış sahəsini öz hesabına tikmişdir. Qeyd edilən qeyri- yaşayış sahəsinin istismarına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən HS/16 nömrəli xx.xx.2017-ci il tarixli icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, qeyd edilən qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair sənədlər tam təqdim edilməmişdir. Binanın istismarına icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, torpaq sahəsinin icar əyə verilməsi barədə İcra Hakimiyyətinin qərarı və tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox evlərə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Bundan başqa tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa cavab verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-2440/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsindədir, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş tikilinin istismarına icazə verilmi şdir, tikilinin eskiz həlli də razılaşdırılmışdır. Habelə obyektdə tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir. Qeyd edilən hallar tikilinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya i nstansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-533/2023 nömrəli qərarı (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-2440/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin məzmunu və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin məzmunu və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiy yəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;...

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.... 20. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə ləğv edilmişdir): Maddə

31. Tikinti, nəqliyyat və rabitə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri

1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək;...

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında bax ılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən mövcud qeyri-yaşayış binası xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır. Həmin obyektin eskiz həlli Bakı Şəhər İc ra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, tikinti obyektinin istismarına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş və “Tikinti obyektinin istismarına” HS/16 saylı xx.xx.2017-ci il tarixli icazə rəsmiləşdirilmişdir.

26. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki: 1) iddiaçı tərəfindən qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş; 2) qeyri-yaşayış binasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməmiş; 3) binanın istismarına icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş; 4) qeyri-yaşayış binasına dair digər şəxsin müraciəti qeydə alınmışdır.

27. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim edilən qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair HS/16 saylı xx.xx.2017-ci il tarixli icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1054 saylı xx.xx.2021-ci il tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələbin ə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir.

28. Digər tərəfdən, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə istinad edərək qeyd edir ki, qeyri-yaşayış binasının tikintisinə və istismarına icazə yerli icra hakimiyyəti (hazırkı iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti) tərəfindən verilməli olduğu halda, mübahisələndirilən obyektin istismarına icazə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir.

29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qeyriyaşayış sahəsinin tikintisinin xx.xx.2007-ci ildə başlaması, xx.xx.2009-cu ildə b aşa çatması işin mübahisəsiz halıdır. Yəni qeyd edilən obyektin tikintisi zamanı cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı qəbul edilməmiş, əksinə, həmin dövrdə göstərilən Fərman qəbul edilənə qədər Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qüvvədə olmuşdur.

30. Mübahisələndirilən qeyri-yaşayış binasının tikildiyi dövrdə qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən obyektin tikintisinə icazənin verilməsi və istismara qəbul edilməsi rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, tikinti obyektinin istismarına icazənin verildiyi vaxtda qüvv ədə olan normativ akta əsasən həmin icazəni verməkdə Nizami Rayon İcra Hakimiyyəti səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2017-ci ildə qüvvədə olan redaksiyasının 4.11.11.5 və 4.11.12-ci bəndlərində tikinti obyektinin istismarına icazə ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır (Əlavə bax: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 23 iyun 2 016-cı il tarixli, 963 №-li Fərmanın 4.7-1-ci maddəsi).

31. Cavabdeh qeyri-yaşayış binasına dair digər şəxsin müraciətinin qeydə alınması ilə bağlı təkrarlanan dəlilini əsaslandıra bilməmiş, bununla bağlı aşağı instansiya məhkəmələrində heç bir sübut təqdim etməmişdir. Məhkəmələr də haqlı olaraq həmin dəlili formal imtina kimi qiymətləndirmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-533/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar