Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1263/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli peşə, vaqon baxıcısı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 769/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçının təqdim etdiyi AZE seriyalı ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, 20 noyabr 1982-ci il tarixdən 30 oktyabr 1995-ci il tarixədək “Komsomol” kolxozunda işləmiş, 02 noyabr 1995-ci il tarixdən 23 mart 1999-cu il tarixədək Azərbaycan Dəmir Yolunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 10 oktyabr 2001-ci il tarixdən 28 oktyabr 2002-ci il tarixədək hərəkət heyətinin təmiri üzrə çilingər vəzifəsində işləmiş, 28 oktyabr 2002-ci il tarixdən vaqon müayinəçisi peşəsinə, 27 dekabr 2006-cı il tarixdən böyük vaqon müayinəçisi peşəsinə keçirilmiş, 30 yanvar 2018-ci il tarixədək həmin vəzifədə işləmiş, 30 yanvar 2018-ci il tarixdən hal-hazıradək böyük vaqon baxıcısı – təmirçisi vəzifəsində işləyir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 31 oktyabr 2022-ci il tarixli məktubla mü raciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”’nın 21-ci “Nəqliyyat” bölməsinin 21.4-ci bəndində (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) vaqonların baxıcıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X7 iddiaçıya dair 22 aprel 2021-ci il tarixli, 243 nömrəli arayışında xx.xx.2006-cı il tarixdən bu günədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və Şimal vaqon deposunda böyük vaqon baxıcısı vəzifəsində iş lədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi böyük vaqon baxıcısı vəzifəsi yuxarıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 8 gün (xx.xx.1995-xx.xx.1999, xx.xx.2001- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-1981-ci illərdə hərbi xi dmətdə olmuşdur. Əmək fəaliyyətinə 20 noyabr 1982-ci il tarixdən başlamışdır. 19821995-ci illərdə “Komsomol” kolxozunda, 1995-2021-ci illərdə "xxxx" QSC-də işləmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuna zidd və əsassızdır. Belə ki, onun işlədiyi vaqon baxıcısı və böyük vaqon baxıcısı peşələri eyni statuslu peşələrdir. 7.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1379/2023 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi “böyük vaqon baxıcısı” peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda “böyük vaqon baxıcısı” ifadəsi işlənilməsə də, həm "xxxx" QSC iddiaçı barəsində tərtib edilən arayışında, həm də məhkəmənin sorğusuna cavab məktubunda böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələrinin təsdiq edilmiş ştat cədvəlinə əsasən fəhlə kateqoriyasına aid edildiyini və iş funksiyalarının eyni olduğunu bildirmişdir. İddiaçının ümumi və güzəştli iş stajı ki fayət qədər olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-769/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X5 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(118)-1379/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
13. Cavabdeh kassasiya şikayəti verərək apelly asiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
15. Kassator bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrə Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21 Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçilər (21.4) bəndində vaqonl arın baxıcıları nəzərdə tutulmuşdur.
16. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X7 iddiaçıya dair 22 aprel 2021-ci il tarixli 243 nömrəli arayışında xx.xx.2006-cı tarixdən bugünədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və Şimal vaqon deposunda böyük vaqon baxıcısı vəzifəsində işlədiyi qeyc olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi böyük vaqon baxıcısı vəzifəsi yuxarda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı-- güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 8 gün (xx.xx.1995xx.xx.1999, 10.10.2X'- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial t əminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (hazırda qüvvədə olan redaksiyası): Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğin dən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına da ir iş yerinin arayışı təqdim olunur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayə ti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi m övqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona g örə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 29 Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Tələb olunan yaşa malikdir. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.
30. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
31. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının böyük vaqon baxıcısı peşəsinin sahələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığı olmuşdur.
32. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1995- xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə, 8 il 7 ay 8 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir.
33. Bununla belə, həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1995-xx.xx.1999-cu il tarixlərində Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, xx.xx.2001- xx.xx.2002-ci il tarixlərində hərəkət heyəti təmiri üzrə çilingər, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərində vaqon müayinəçisi vəzifələrində işləmişdir. 34. "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçı QSC-nin Yük daşımaları departamentinin Biləcəri vaqon deposunda xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çiling ər, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək vaqon müayinəçisi işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21-ci hissəsinin “Nəqliyyat” 21.1-ci bəndində “Dəmiryol nəqliyyatı və metropoliten” və 21.4- cü bəndində “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər” kimi nəzərdə tutulmuşdur.
35. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1995-xx.xx.1999-c u il, xx.xx.2001-xx.xx.2006cı il tarixlərində hazırkı "xxxx" QSC-də klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər və vaqon müayinəçisi vəzifələrində işləmişdir. (08 il 07 ay 08 gün)
36. İddiaçının işlədiyi klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər və vaqon müayinəçisi peşələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21. “Nəqliyyat” bölməsinin 21.1. “Dəmiryol nəqliyyatı və metropoliten” yarımbölməsində “çənlərin təmiri, doldur ulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər”, 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “vaqonların baxıcıları” qeyd edilmişdir.
37. Cavabdehin kassasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.2006-cı il tarixdən hal-hazıradək "xxxx" QSC-də işlədiyi böyük vaqon baxıcısı vəzifəsinin AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun olmadığını bildirərək, həmin dövrü güzəştli iş stajı kimi qəbul etməmişdir.
38. Mübahisələndirilən dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 27 dekabr 2006-cı il tarixdən 30 yanvar 2018-ci il tarixədək sözüg edən müəssisədə Güzdək vaqon hazırlama məntəqəsində böyük vaqon müayinəçisi işləmiş (“Ştat cədvəlində vəzifələrin adı və dərəcə üzrə tarif qiymətlərində dəyişikliklər haqqında” əmrə əsasən 5-ci böyük vaqon müayinəçisi-təmirçisi, 5-ci böyük vaqon baxıcısı-təmirçisi adlandırılmışdır), 30 yanvar 2018-ci il tarixdən hal-hazıradək Güzdək texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı-təmirçisi vəzifəsində işləyir. 39. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 243 saylı güzəştli arayışda yuxarıda istinad edilən arayışda qeyd edilənlər təkrarlanaraq əlavə olaraq göstərilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən həmin müəssisədə böyük vaqon baxıcısı vəzifəsinə keçirilmiş, ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sədrinin xx.xx.2017-ci il tarixli, 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında X7 yaradılması ilə əlaqədar xx.xx.2018-ci il tarixdən iddiaçının əmək müqaviləsi ləğv edilmiş və o, həmin tarixdən Şimal vaqon deposuna böyük vaqon baxıcısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən halhazıradək həmin deponun texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı vəzifəsində işləyir. Yuxarıda qeyd edilən dövrlərdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli iş stajı 30 il 08 ay 04 gün təşkil edir. İddiaçı AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21-ci bölməsinin 21.1-ci bəndinə görə (Dəmiryol nəqliyyat və metropoliten fəhlələr) və 21.4-ci bə ndinə görə (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) güzəştli şərtlərlə pensiya hüququna malikdir.
40. Həmçinin, arayışın “qeyd” hissəsində göstərilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xüsusi göstərişi ilə maliyyə sahəsində mövcud problemlərlə əlaqədar bəzi peşələrin həvalə edilməsi ilə icrası qərarı qəbul edilmişdir. Belə ki, növbədə mövcud olan işçilərin sayından asılı olaraq vaqon təmiri prosesində vaqonların təmir edilib istismara buraxılması işinin sənədləşdirilməsini təmin etmək üçün vaqon baxıcısı təmirçiləri arasından hər 10 nəfərdən bir nəfərə depo rəisinin daxili əmri ilə növbə rəhbəri vəzifəsi həvalə edilir və bu əmr hər il yenilənirdi. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək əsas iş y eri və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə borcu və öhdəlikləri vaqon baxıcısı təmirçisi peşəsi üzrə olmaqla, böyük vaqon baxıcısıtəmirçisi peşəsi həvalə edilmişdir. ”Böyük vaqon baxıcısı-təmirçisi” peşəsi fəhlə kateqoriyasına aid olmaqla, vəzifə öhdəlikləri vaqonun qatardan ayrılmayaraq texniki prosesə əsasən müəyyən edilmiş vaxtda texniki baxışı və nasaz hissələrinin təmirini yerinə yetirməkdir.
41. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixdən 30 yanvar 2018-ci il tarixədək "xxxx" QSC-də böyük vaqon müayinəçisi, 30 yanvar 2018-ci il tarixdən halhazıradək böyük vaqon baxıcısı-təmirçisi vəzifəsində işləyir.
42. Eyni zamanda məhkəmə kollegiyası qeyd ki, Azərbaycan Respublikası Ali Məhkəməsinın İnzib ati Kollegiyasının icraatında olmuş 2-1(102)-637/2023 nömrəli analoji işdə də iddiaçının 1998-2018-ci illərdə "xxxx" QSC-də işlədiyi baş vaqon baxıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda göstərilmiş vaqon baxıcıları vəzifəsinə uyğun olduğu qeyd edilmiş, bu məsələ ilə bağlı cavabdehin dəlili əsassız hesab edilmiş, həmin dövr güzəştli iş stajı kimi nəzərə alınmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqi q göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə tə limatlarına əsasən müəyyən edilməlidir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-769/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.