Məhkəmə qərarları › İş №2-1(102)-1264/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1264/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1264/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar İddiaçı X1, İddiaçı X2 Nаzirliyinəqarşı iş üzrə cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Ədliyyə QƏRAR (iş № 2-1(102)-1264/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçılar İddiaçı X1, İddiaçı X2 cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinə qаrşı İctimai Birliyin qeydiyyata alınmasıtələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2960/2018 saylı qərarından iddiaçılar İddiaçı X1, İddiaçı X2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı X1, X2 cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinə qаrşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2017-ci il tarixdə “******” İctimai Birliyini təsis edərək, 2017-ci ilin xxxx həmin qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etdiklərini, Nazirliyin xxxx 2017-ci il tarixli məktubu ilə təsis sənədlərinə təsisçilərin şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmədiyindən, Birliyin dövlət q eydiyyatına alınmasından imtina edildiyini, şəxsiyyət vəsiqələrinin surətlərini sənədlərə əlavə edərək, yenidən cavabdehə müraciət etdiklərini, cavabdeh xxxx 2018-ci il tarixli məktubla sənədlərin içində qurumun qeydiyyata alınması üçün ərizənin təqdim edilmədiyinə istinad etməklə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlərin geri qaytarıldığını bildirərək, “****” İctimai Birliyinin qeydiyyata alınmasından imtinanın qanunvericiliyin pozuntusu kimi qiymətləndirilməsi və Birliyin qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2872/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim M.Hacıb əyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2960/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və V.Ə.Baxışova) iddiaçılar İddiaçı X1, İddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından iddiaçılar İddiaçı X1, İddiaçı X2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh İctimai Birliyin dövlət qeydiyyatına alınmasından əsassız və qanunsuz olaraq imtina etmiş, cavabdeh orqan tərəfindən təşkilatın təsis sənədlərindəki çatışmamazlıqları aradan qaldırmaq üçün təsisçilərə vaxt verməmiş, dövlət qeydiyyatına alınmanın xeyli ləngidilməsi nəticəsində qurum uzun müddət hüquqi şəxs statusu ala bilməmiş və bu səlahiyyətli şəxslər tərəfindən ərizəçilərin birləşmək hüququnun həyata keçirilməsinə müdaxilədir, məhkəmə tərəfindən Avropa Məhkəməsinin presedentləri tətbiq edilməmiş, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 8.3-cü maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının, habelə “İnsan hüquqlarının və əsas aza dlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının tələbləri pozulmuşdur. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı halla rda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2960/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “******” İctimai Birliyinin təsis yığıncağının xxxx 2017-ci il tarixli protokolundan çıxarışa əsasən iddiaçılar tərəfindən “*****” İctimai Birliyi təsis edilmiş və Birliyin Nizamnaməsi təsdiq edilmiş, birliyin sədri X1, sədr müavini İddiaçı X2 seçilmiş, cavabdehin xxxx 2017-ci il tarixli məktubu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.4-cü maddəsinə zidd olaraq, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti ərizəyə əlavə edilmədiyindən, həmin Qanunun 11.3.1-ci maddəsinə əsasən s ənədlər geri qaytarılmış, iddiaçılar, şəxsiyyət vəsiqələrinin surətlərini sənədlərə əlavə edərək, yenidən cavabdeh inzibati orqana müraciət etmişlər, cavabdehin xxxx 2018-ci il tarixli məktubu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə zidd olaraq qurumun dövlət qeydiyyatına alınması üçün ərizə təqdim edilmədiyindən, “*****” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təsis edilən ictimai birliyin dövlət qeydiyyatına alınması üçün ilk dəfə cavabdehə müraciət edilən zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respu blikası Qanunun 5.4.4-cü maddəsinə əməl edilərək, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətlərini birliyin dövlət qeydiyyatına alınması haqqında ərizəyə əlavə etmələri barədə sübutu məhkəməyə təqdim etməmişlər, əksinə cavabdehin təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətlərinin əlavə edilməməsi əsası ilə iddiaçıların təsis etdikləri ictimai birliyin dövlət qeydiyyatına alınmasından imtina edilməsini mübahisəsiz qəbul etmələri cavabdehin imtinasının əsaslı olduğunu təsdiq edir, sonuncu dəfə iddiaçıların təsis etdikləri “KİV Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulan qaydada təsisçilərin və ya onl arın müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə ilə cavabdehə müraciət edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə təsis sənədlərinin onlardakı çatışmazlıqların aradan qaldırılması üçün qaytarılması qeydiyyat orqanı tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddələrinin pozuntusu kimi, iddiaçılara verilən cavabda göstərilən çatışmazlığı aradan qaldırdıqdan sonra qeydiyyat orqanına yenidən müraciət etmək hüququ olan iddiaçının bu hüquqdan istifadə etməməsi onun yuxarıda qeyd edilən normativ aktlarda təs bit olunmuş hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun 5.4-cü maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti. Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Məhkəmələr iş materiallarına istinad etməklə iddi a tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surətlərini birliyin dövlət qeydiyyatına alınması haqqında ərizəyə əlavə etmədikləri üçün geri qaytarıldığını, inzibati orqanın imtinasının qanuni olduğunu, iş üzrə iddiaçıların hüquq və azadlıqlarının pozulması, hüquq və azadlıqlarına maneçilik törədilməsi, həmçinin birləşmək hüquqlarının pozulması halının müəyyən edilmədiyini, iddiaçıların qeyd olunan pozuntuları aradan qaldıraraq ictimai birliyi qeydə almaq üçün yenidən müraciət etmək hüquqları olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2960/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2960/2018 saylı qərarı də yişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar