Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1264/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3 Xidməti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-8/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x yerləşən torpaq sahəsinin və üzərində yerləşən tikililərin qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx xxxxx 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 5 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmalıdır. Bundan əlavə, müraciətdə istinad edilən müvafiq məhkəmə qətnamələrində torpaq sahəsinin və üzərində yerləşən tikililərin qeydiyyata alınması öhdəliyi İdarənin üzərinə qoyulmamı şdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2018-ci il 24 aprel tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus tikililərin və onların yerləşdiyi torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxx 1992-ci il tarixli 612 saylı əmri ilə Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən və Sumqayıt Əsaslı inşaat idarəsinin balansında olmuş yanğın söndürmə deposu üçün tikili öz vəsaiti hesabına tikib icarəyə götürülməsi üçün “Nurəddin” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. xx.xx.1992-ci il tarixli aktla həmin obyektin yanğı nsöndürmə deposunun yararsız olduğu bir daha təsdiq olunmuşdur. Bundan sonra, “Nurəddin” kiçik müəssisəsi tərəfindən ərazidə bataqlıq qurudulmuş, abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır, ətraf hasara alınmış, asfalt örtüyü döşənmiş, elektrik xətləri çəkilmiş, ərazidə avtomobil təmiri və rənglənməsi sexləri, avtomobil hissələrinin satışı, avtomobillərin dayanacağı tikilib istifadəyə verilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə “Nurəddin” kiçik müəssisəsi təsisçilər arasında bölünmüş və obyekt üzərində mülkiyyət hüquqları tanınmışdır. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2008-ci il tarixdə “Nurəddin” kiçik müəssisəsi ləğv edilərək bütün mülkiyyəti və səlahiyyətləri y eni yaradılmış “xxxx” MMC-yə verilərək dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi “xxxx” MMC-yə və qeyrilərinə qarşı Sumqayıt şəhər İcra başçısının əmrinin və sərəncamının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və dövlətə qaytarılması barədə iddiası Sumqayıt Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2008-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Obyektin altında olan torpaq sahəsinin özəll əşdirilməsi haqda sənədlər Azərbaycan Respublikasının dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinə 2007-ci ildə təqdim olunarkən Komitə məhkəməyə müraciət edərək 11-2/8012 saylı xx.xx.2007-ci il tarixli cavabında müraciətin məhkəmə prosesinin nəticələrinə uyğun olaraq həll ediləcəyini bildirmişdir. Məhkəmə baxışı tamamlanandan sonra müraciətinə Komitənin sədr müavininin 121-2/1615 saylı xx.xx.2009-cu il tarixli cavabında göstərilir ki, texniki sənədlərin tərtibatı üçün müvafiq ölçmə işləri aparılır. xx.xx.2009-cu il tarixdən müraciətinə baxılmamış və şifahi olaraq bildirilmişdir ki, guya sənədlər hazırlanır. Bununla da müvafiq İcra hakimiyyəti orqanlarının günahı ucbatından obyektin özəlləşdirilməsi ləngiyir və torpağın mülkiləşdirilməsi gecikir. Rəsmi cavab verilmədiyindən büt ün imkanlardan məhrum olmuşlar, əmlakın və torpağın dövlət reyestrindən keçirilməsinə nail ola bilmirlər. Cavabdehin xx xxxxxxxx 2016-cı il tarixli cavabından 1 il keçməsinə baxmayaraq, göstərilən idarələrin vəzifəli şəxsləri müraciətlərə cavab vermir. Əmlakın hüquqi statusu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll olunarsa həmin əmlak hərraca çıxarıla bilməz və hətta həmin əmlakın dövlət rüsumu 1996-cı ilin 22 sentyabr tarixində (x) nömrəli sənəd ilə Dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ tanınmalı və əmlakların özəlləşdirilməsi hərracsız həyata keçirilməlidir.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(85)1629/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xyerləşən, giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunu 15 4 metr olan sahələr mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi və 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili, yanğınsöndürmə deposu üçün 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2-1(105)-579/2018 nömrəli qərardadı ilə X3 Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Sumqayıt Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2-1(105)-579/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-366/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. d. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Apellyasiya instansiyası m əhkəməsində təkrar icraat zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xyerləşən, giriş qapısından düzünə istiqamətdə eni 45 metr, uzunu 154 metr olan sahələr mişar daşından hörülmüş 12x12 metr ölçüdə rəngləmə sexi və 6x12 metr ölçüdə mağaza üçün başlanmış tikili, yanğınsöndürmə deposu üçün 6 yerli beton özül daxil olmaqla sahə və onların yerləşdiyi torpaq sahəsinə Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-08/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı m övcud mübahisə ilə bağlı iddiaya cavab verməli olan cavabdehə qarşı iddia qaldırmamışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, məhkəmə iddianı mümkün saymayaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınmışdır. Məhkəmə bu nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə “Nurəddin” kiçik müəssisəsi təsisçilər arasın da bölünmüş və obyekt üzərində mülkiyyət hüquqları tanınmışdır. Qubadlı Rayon Məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
17. Bundan əlavə, daşınmaz əmlak üzərində hüquqları qeydiyyata alan orqan X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələridir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının tələbi iki hissədən ibarətdir: 1) tikililər və 2) torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın v erilməsi. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığı ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınmamışdır. Bundan başqa, iş materiallarında olan sübutlar iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış əsaslar üzrə dövlət qeydiyyatı üçün əsas hesab edilmir. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)366/2019 saylı qərarında da vurğulanmışdır. Belə ki, həmin qərar ilə qiymət verilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 612 saylı əmri ilə iddiaçıya daşınmaz əmlak icarəy ə götürülmək üçün verilmişdir...”.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını işin hallarına uyğun hesab etmir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun preambulasına görə, “Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.”.
27. Normanın məzmunundan göründüyü kimi, həmin Qanun təkcə mülkiyyət hüququnun deyil, digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövl ət qeydiyyatı qaydalarını müəyyən edir.
28. Apellyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının tələbini “tikililər və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi” kimi qeyd etsə də, iddiaçının tələbində - iddia ərizəsinin nəticə hissəsində həmin məzmunda tələb irəli sürülməmişdir. İddiaçı da, kassasiya instansiyası məhkəməsinin qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi də iddia olunan daşınmaz əmlakların iddiaçının istifadəsinə verildiyini təsdiq edirlər. İddia ərizəsinin nəticə hissəsində məhz mülkiyyət hüququnun qeydə alınması və həmin hüquqa dair çıxarışın verilməsi barədə tələb yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd edir ki, “...iddiaçı mövcud mübahisə ilə bağlı iddiaya ca vab verməli olan cavabdehə qarşı iddia qaldırmamışdır.”.
30. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti də əsaslı deyil. Belə ki, iddiaçı əşya hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbi ilə daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanının müvafiq ərazi qurumuna müraciət etmiş, bu zaman icra hakimiyyəti orqanının aktına və məhkəmə aktlarına əsaslanmışdir. Həmin qurum isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. 31. “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinin (Aidiyyət) müddəalarına əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər (4.1). İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkild ə müəyyən etməyə borcludur (4.2). İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (4.3.).
32. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
33. Həmin Qanu nun 33.2-ci maddəsinə əsasən, ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.
34. İşdən göründüyü kimi cavabdeh müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmadığını müstəqil şəkildə müəyyən edərək, ərizəni başqa inzibati orqana göndərməməklə iddiaçının müraciətinə baxmaqda özünü səlahiyyətli hesab etmiş, müraciətə mahiyyəti üzrə baxaraq müraciətin təmin olunmasından imtina etmişdir.
35. Cavabdeh imtinanın bir əsası kimi iddiaçının aidiyyəti üzrə digər inzibati orqana müraciət etməli olduğunu qeyd etsə də, digər əsas kimi “müvafiq məhkəmə qətnamələrində torpaq sahəsinin və üzərində yerləşən tikililərin qeydiyyata alınması öhdəliyinin İdarənin üzərinə qoyulmadığı” g östərilmışdır.
36. Məhkəmə kollegiyası cavabdehin həmin cavabı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İlk növbədə nəzərə alınmalıdır ki, burada, söhbət MPM-in 82.3-cü maddəsinin və ya İPM-in 78-ci maddəsinin tətbiqindən getmir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır.
39. Cavabdeh inzibati orqan nəzərə almalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını ş ərt kimi təsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin bu hüququ qeyd almaq öhdəliyi isə məhkəmə qərarından deyil, bilavasitə qanundan irəli gəlir. Yəni bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir.
40. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun un 8.0, 8.0.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Cavabdehin yuxarıda qeyd edilən qənaəti nəzərə alındıqda, belə nəticəyə gəlmək olar ki, daşınmaz əmlaka dair hüququ qeydə alan inzibati orqan həmin müqavilələrin bağlanması üzrə notariat icraatına cəlb edilməli, onun nümayəndəsi müqavilənin bağlanmasında və təsdiq olunmasında bilavasitə iştirak etməlidir, yaxud da, notariat orqanı qərar qəbul etməklə həmin inzibati orqanın üzərinə öhdəlik qoymalıdır. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üz ərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır.
42. Beləliklə, iddiaçı icra hakimiyyəti orqanının aktına və məhkəmə aktlarına əsaslanmaqla əşya hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbi ilə daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanının müvafiq ərazi qurumuna müraciət etdiyindən, öz növbəsində, həmin qurum iddiaçının müraciətini təmin etməkdən imtina etdiyin dən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsasla iddianın mümkünsüzlüyünə dair gəldiyi nəticə İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun olmamışdır.
43. Nəzərə alınmalıdır ki, “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir.
44. İPM-in 12.1, 57.8 və 35.1-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-08/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə gö ndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov