Məhkəmə qərarları › İş №2-1(102)-1264/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1264/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1264/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ; NK-nın 1 və 2 saylı Siyahıları; peşənin xarakteri nəzərə alınmaqla Siyahılara uyğunluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)-203/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X3 xx.xx.1962-ci ildə doğulmuş, 01.09.1977-ci ildən 24.02.1981-ci il tarixədək Bakı Baza Energetika Texnikumunda təhsil almış, 21.04.1981-ci il tarixdən 20.06.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2. İddiaçı 29.08.1983-cü ildən 25.09.1984-cü ilə qədər “X” İstehsalat Birliyinin keçmiş “X1” zavodunda kalium qələvisinin buxarlanması sexində kompressor qurğu maşinisti, soyutm a aparatçısı, 10.10.1984-cü ildən 27.01.1989-cu ilə qədər Rusiya Federasiyasının Altay Diyarında tikintidə işləmiş, 09.02.1989-cu ildən 16.11.1993-cü ilə qədər "X” İstehsalat Birliyinin keçmiş “X1” zavodunun su təchizatı sexində maşinist, 16.11.1993-cü ildən 01.10.1999-cu ilədək "X1" zavodunda propilen oksidi sexində çilingər, 01.10.1999-cu ildən 01.08.2000-ci il tarixədək propilen oksidi və lak-boyaq bərkidicilər sexi üzrə 5-ci dərəcəli NÖC və A təmiri üzrə çilingər, 01.08.2000-ci il tarixdən 18.02.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və A təmiri üzrə çilingər, 17.09.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və A təmiri üzrə növbəli çilingər, 01.04.2004-cü ilədək həmin sexdə NÖC və A təmiri üzrə sahə rəisi, 01.07.2010-cu il tarixədək propilen oksidi sexində NÖC və A təmiri üzrə sahə rəisi, 03.09.2012-ci ilədək propilen oksidi sexinə nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, 27.12.2012-ci il tarixədək mütləqləşdirilmiş spirt istehsalı sexində nəzarət-ölçü cihazları və avtotamika üzrə mühəndis, 18.12.2012-ci ildən 04.09.2012-ci il tarixədək “Azərkimya İB” təmir-tikinti idarəsində 1 saylı mexaniki quraşdırma sahəsində 11-ci dərəcəli iş icraçısı kimi çalışmışdır.

3. İddiaçı 12.07.2019-cu il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 23.07.2019-cu il tarixli **********1 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olması göstərilmişdi r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 01.09.1977-ci il tarixindən 24.02.1981-ci il tarixinədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 57 yaşdan, yəni 17.01.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçi lər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə kişilər55 yaşına çatdıqda və azı 25 il stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Onun 57 yaşı tamam olduğu 01.01.2006-cı il tarixə qədər 26 il 8 ay 29 gün ümumi iş stajı, ümumilikdə 13 il 02 ay 11 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır.

6. Cavabdehin iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, nə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki və yeni redaksiyalarına əsasən İddiaçı pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri stajı yoxdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “NÖC və A təmiri üzrə çilingər” və “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə AR NK-nın 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı Siyahılarda rast gəlmək mümkün deyildir. Bundan başqa, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün əsas olan yaş həddinə çatmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən kişilər ü çün güzəştli şərtlərlə pensiya yaşı 52, “b” bəndinə əsasən isə 57-dir, 2006-cı ildə iddiaçının 44 yaşı tamam olmuşdur, demək ki, həmin vaxt qüvvədə olmuş qanunvericiliklə əmək pensiyası yaşına çatmamışdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanun təhsil müddətini sığorta stajına aid etməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan 2 şərt öz təsdiqini tapmamışdır: iddiaçının xüsusi sığorta stajının olmaması, iddiaçının zəruri yaş həddini tamamlamaması. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019cu il tarixli qərarı ilə (hakim Aygün Abdullayeva) iddianın təmin edilərək iddiaçıya 01.09.1977-24.02.1981-ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil aldığı müddətin sığorta stajına daxil edilərək ona 60 yaşının tamam olduğu tarixdən, yəni 17.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 01.01.2006-cı il tarixinə kimi 25 ildən artıq əmək stajı olduğundan və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 20.06.2019-cu il tarixdə artıq 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh məhkəmə qərarından apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı, 11.02.2020-ci il tarixli qərarı ilə (hakimlər Valeh Ağayev, Afaq Nuriyeva və Səriyyə Seyidova) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Ali Məhkəmənin İnzibati Kollegiyasının 12.08.2020-ci il tarixli, 2-1(102)1584/2020 nömrəli qərarına əsasən (sədrlik edən İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı, 11.02.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi stajı ilə bağlı apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamışdır. İş materiallarında olan arayışlarda işçinin zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətləri əks etdirilməmiş, məhkəmələr isə buna qiymət verməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi arayışda göstərilən məlumatları 1 və 2 nömrəli Siyahılarla tutuşdurub gəldiyi nəticəni əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin tam əsaslandırılmamış mövqeyin i eynilə qərarına köçürməklə işi tamamlamışdır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 21(103)-203/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Elmira Nağıyeva və Xəyalə Cəmilova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2-1(81)-3775/2019 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

16. Məhkəmə kollegiyası qərara almışdır ki, arayışda qeyd edilmiş şifrə 1 və 2 nömrəli Siyahıda sadalanmış “nəzarət-ölçü cihazlarının və ventilyasiyasının kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər” peşələri uyğun gəlir. Həmin şifrlə güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququnun yaranması üçün şəxs kimya istehsalatında bilavasitə iştirak etməlidir ki, iddiaçıya münasibətdə bu şərtə əməl olunmur.

17. Məhkəmə qərarı iddiaçıya 05.04.2021-ci il tarixində təqdim edilmişdir.

18. İddiaçı 04.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)-203/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarmalı idi.

20. Ali Məhkəmə tərəfindən inzibati iş məhz iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırılması, onun işlədiyi istehsalatın və peşən in zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək məqsədilə işlədiyi müəssisələrə sorğu verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Lakin işə təkrar baxan məhkəmə bu göstərişləri yerinə yetirməmişdir.

21. İddiaçının əmək kitabçasında nəzərdə tutulan kalium qələvisinin buxarlanması sexində kompressor qurğularının maşinisti, soyutma aparatçısı, Propilen oksidi və lak boyaq bərkidicilər sexində X5 və Avtomatika üzrə çilingər peşəsi, X5 və Avtomatika üzrə sahə rəisi peşələri siyahıda konkret olaraq adı çəkilməsə də, həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin “fəhlələri”, “rəhbərləri” vəzifələrinə uyğundur.

22. Beləliklə, iddiaçının işlədiyi müddət 29.08.1983-cü ildən 25.09.1984-cü ilə kimi, 16.11.1993-cü ildən 30.09.1999-cu ilə kimi, 01.10.1999-cu ildən 31.12.2005-ci ilə kimi, iş şəraiti ağır və zərərli olduğu “Azərkimya” İB-nin “Etilen-polietilen” Zavodu tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 08.05.2021-ci il tarixli 184, 185 və 186 nömrəli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən izahlı arayışlarla sübut olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izaha t verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v ardır.

27. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axır ıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “X. Kimya istehsalatı” bölməsində 2110A030—17531 kodla “2 № -li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının” və 2110A030 kodla “ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr” qeyd olunmuşdur.

31. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Həmin Məcəlləni n 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

33. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Həmin Məcəllənin 96.5-ci maddəs inə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

37. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

38. H əmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

42. Bununla bağlı kassatorun dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini icra etməmiş, bununla da hazırkı qərarın 37-ci bəndində göstərilən normanın tələbini pozmuşdur.

43. Belə ki, Ali Məhkəmə 12.08.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi”.

44. Ali Məhkəmənin əsas mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin istinad etdiyi arayışlar peşələrin eyniləşdirilməsi üçün zəruri olan meyar əlamətlərini əks etdirmədiyindən peşələrin uyğunluğunu və həmin peşələrin həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahəyə aid olması məhkəmə tərəfindən əlavə araşdırma aparmaqla müəyyən edilməlidir.

45. Lakin işə təkrar baxan məhkəmə Ali Məhkəmənin qeyd olunan göstərişləri istiqamətinə araşdırma aparmamışdır. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi arayışlarda 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə və oksidlərin istehsalına istinad olunmuşdur. Halbuki, arayışda qeyd edilən şifrə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün o, kimya istehsalatında bilavasitə iştirak etməli idi.

46. Halbuki, iş materiallarında olan 14.02.2019-cu il tarixli 72 və 73 nömrəli arayışlarda qeyd edilən peşələrin kodu hazırkı qərarın 30-cu bəndində göstərilən kodla üst-üstə düşür. Belə olan halda, yuxarıda qeyd olunan hüquq mövqeyə uyğun olaraq məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyə t istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hazırkı qərarın 31-34, 37-ci bəndlərində göstərilən prosessual normaların tələbləri pozulmuşdur.

48. Odur ki, iddiaçının kassasi ya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)-203/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

49. İşə təkrar baxan məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılara uyğun olub-olmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçının tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.

50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 21(103)-203/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar