Məhkəmə qərarları › İş №2-1(102)-1264/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1264/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1264/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: arxiv arayışları ilə iş stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlə rin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2105/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur.

2. İş materiallarında olan arxiv arayışlara əsasən iddiaçı 1972-1989-cu illərdə Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək Naxçıvan şəhər M.S.Ordubadi adına Mərkəzi kitabxanasında, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Naxçıvan MR D övlət Dram teatrında, 1980-1981-ci illərdə Şərur rayon Təhsil şöbəsi Şahtaxtı kənd orta məktəbində, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək Azərbaycan Dövlət Dəmir X2 Şahtaxtı stansiyasında (bilet kassiri) işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh **********40 saylı, 06 dekabr 2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iş stajı əmək kitabçası əsasında təyin edildiyindən iddiaçının təqdim etdiyi “Azərbaycan Dəmir Yollan" QSC-nin xx.xx.2019cu il tarixli, NÜA-71/4 saylı, "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli, NÜA-71/3 saylı, Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, № 13 saylı, Naxçıvan Muxtar Respub likası Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 13/371 saylı, Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin xx.xx.2018-ci il tarixli 13/229 saylı arxiv arayışlarındakı qeyd edilən dövrləri siğorta stajına daxil etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1972-ci il tarixdən 2001-ci il tarixədək "xxxx" QSC-də işlədiyi müddətin iş stajına hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X3 işləmişdir. Qeyd olunan iş stajı arxiv arayışları ilə təsdiq olunur. O, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1103/20 20 saylı qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia təmin edilmiş, iddiaçının 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə xx.xx.2018ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçası itirilsə də, iddiaçının əmək fəaliyyəti ilə bağlı arxiv arayışları mövcuddur. Məhkəmə araşdırılması zamanı iddiaçının arxiv arayışlarında qeyd olunan dövrlər və vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmamasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə iddiaçının arxiv arayışlarına əsasən 25 il 3 ay 10 gün ümumi iş stajının mövcud olması müəyyən edilmişdir.

11. Məhkəmənin həmin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-843/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: A.B.Nuriyeva və V.M.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1103/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən arxiv arayışlarında olan ziddiyyətlər araşdırılmamış, a rxiv arayışlarının həqiqiliyi müəyyən edilməmişdir. c) birinci instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-163/2022 saylı qərarı ilə (hakim: P.A.Hüseynov) iddia təmin edilmiş, iddiaçının 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli Rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə xx.xx.2018ci il tarixdən ( 60 il 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ xx.xx.2018-ci ildə yaranmışdır (60 il 6 ay) və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

16. Məhkəmənin həmin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2105/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və M.Nümayəndə) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-163/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçı 1972-2001-ci illər üzrə cəmi 21 il 11 ay işləyərək əmək haqqı almışdır. Bu dövr isə iddiaçıya yaşa görə əmək pensiyasının təyininə kifayət etmir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırır ki, vətəndaşın işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinin vətəndaşın təqsiri ucbatından olmaması il ə bağlı məhkəmə təcrübəsi mövcuddur. Lakin hazırki halda iddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri arxivdə aşkar edilir, lakin həmin əmək haqqı cədvəllərində iddiaçının adı, müvafiq dövrlər üzrə əmək haqqı alması aşkar edilmir. Bundan əlavə iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilmiş Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan bölməsi üzrə 265 nömrəli xx.xx.2001-ci il tarixli əmrdən aydın görünür ki, iddiaçı uzun müddət üzürsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan respublikasının ƏM-nin 72-ci maddəsinin a bəndi ilə işdən azad edilmişdir. Bu hal özü də Məhkəmə kollegiyasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı əmək haqqı aldığı dövrlər üzrə işlədiyindən yalnız həmin dövrlər onun pensiya təyininə əsas verən sosial sığorta stajına daxil edilməlidir.

19. Daha sonra qeyd edilmişdir ki, pensiya sisteminin iki əsas təməl prinsipi var: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Mövcud qanunvericilik normalarından da göründüyü kimi əmək pensiyası təyin edilən şəxsin əvvəllər aldığı və həmin məbləğdən məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda şəxs pensiyaya çıxdıqdan sonra bu vəsait kompensasiyası şəklində şəxsə aylıq ödənişlər formasında həyata keçirilir. Lakin Məhkəmə kollegiyası hazırki iş üzrə 2-ci tələbin araşdırılmasını zəruri hesab etmir. Belə ki, “Vətəndaşlar ın pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bununla ya naşı, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə

2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Göründüyü kimi, əmək fəaliyyəti dövrü bir qayda olaraq işçinin işləyərək əmək haqqı aldığı dövrdür. İddiaçı arxiv arayışlarına qoşulmuş əmək haqqı cədvəllərində əmək haqqı almadığı dövrlərlə bağlı hər hansı bir arqument gətirə bilmədiyindən, sübutlar təqdim etmədiyindən, həmin dövrlərdə əmək fəaliyyəti göstərdiyi halda əmək haqqı ödənişinin olmasını müəyyən etmək mümkün olmur. Bundan əlavə iddiaçının xx.xx.20 01-ci il tarixli işdən çıxma barədə əmrindən də göründüyü kimi uzun müddət üzürsüz səbəbdən işə çıxmadığına görə əmək fəaliyyətinə xitam verilmişdir. Qeyd edilənlər isə Məhkəmə kollegiyasında daxili inam əsasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının işlədiyi dövrlər üzrə iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 25 il sığorta stajına malik deyildir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Şikayətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 90-cı maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

22. Belə ki, məhkəmə işin hallarına formal yanaşmış, formal mülahizələr əsasında qərar qəbul etmişdir. Belə ki, iddiaçı 1972-ci ildən 1989-cu ilə kimi Naxçıvan MR Kəngərli rayon, Şahtaxtı kənd, H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi isə X1 işləmişəm. Həmin müəssisələrdə iş stajı isə onlar tərəfindən verilmiş və məhkəməyə təqdim etdiyim arayışlarla təsdiq edilir. İddiaçı pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciətə xx.xx.2019-cu il tarixdə verilmiş cavab məktubunda isə bildirilmişdir ki, arxiv arayışında qeyd edilən dövrləri sığorta stajına da xil etmək mümkün olmamışdır. Məhkəmə sözügedən fakta obyektiv yanaşmamış, onun müqəddəratına biganə mövqe sərgiləmişdır. Birinci instansiya məhkəməsində düzgün qərar qəbul edilsə də, apellyasiya instansiyası məhkəməsi yanlış mülahizələr əsasında qeyri-obyektiv qərar qəbul etmişdir.

23. Məhkəmə işə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı məhkəmədə mübahisələndirilən dövrlər üçün əmək kitabçasını itirmiş, ancaq həmin dövrlərdəki iş stajı müəssisələr tərəfindən təqdim edilmiş arayışlarla təsdiq edilmişdir. Həmin arayışlar aşağıdakılardır: Azərbaycan Dəmir Yollan QSC-nin xx.xx.2019-cu il tarixli arayışı, Kəngərli rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli arayışı, Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışı. Lakin məhkəmə həmin sənədlə rin mötəbərliyini, mənsubiyyətini və mümkünlüyünü düzgün qiymətləndirməmişdir. İşə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlə rinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

28. Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəll əri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə

117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”...

4. Sosial sığorta stajının hesablanması 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanu nuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüqu qi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 9 6.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Odur ki, qərar ləğv edilməli, iddia təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

36. Hazırki işdə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsinə nail olmaqdır. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının əmək stajını təsdiq edən əmək kitabçasının olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

37. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etsə də, apelyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş və bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik sosial sığorta stajı mövcud deyildir.

38. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırki qərarın 28-ci bəndində qeyd edilən maddi hüququ normalarının tələbləri baxımından əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

39. Eyni zamanda SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” nın 117-ci maddəsinin q bəndində də arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

40. İddiaçı tərəfindən təqdim edilmiş və mötəbərliyi heç bir şübhə doğurmayan arxiv arayışlarından görünür ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş iş stajı mövcuddur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq ed ə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

41. Məhkəmə tərəfindən də arxiv arayışlarının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu baxımdan hazırkı qərarın 31-ci bəndində istinad olunan normada nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, arxiv arayışında və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

42. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi də öz növbəsində iddiaçının 25 ildən artıq sosial sığorta stajının olduğunu qəbul etmişdir. Bununla belə qeyd etmişdir ki, iddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı cədvəlləri arxivdə aşkar edilir, lakin həmin əmək haqqı cədvəllərində iddiaçının adı, müvafiq dövrlər üzrə əmək haqqı alması aşkar edilmir. Odur ki, iddiaçı 1972-2001-ci illər üzr ə cəmi 21 il 11 ay işləyərək əmək haqqı aldığından onun cəmi 21 il 11 ay əmək stajı mövcuddur.

43. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, əməkhaqqı cədvəllərində iddiaçının adının aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında və ya arxiv arayışlarında göstərilmiş iş stajları dövründə şəxsin əmək haqqının alıb almamasının yoxlanılması bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

44. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının iş stajı arxiv arayışları ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, qeyd olunan arayışlarda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

45. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilənləri nəzərə almayaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-2105/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər X3 işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə xx.xx.2018- ci il tarixdən (60 il 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar