Məhkəmə qərarları › İş №2-1(102)-1265/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1265/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1265/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1265/2020) Açar sözlər: pensiyanın yenidən hesablanması. Bakı şəhəri xx xxxxxx 2020-ci il 31.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Əlizadə Fariz Ariz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-113/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx xxxxxxx 1951-ci ildə anadan olmuşdur və Qax şəhərində yaşayır. İddiaçının hərbi biletində və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilədək Qax rayonunun “Şota Rustaveli” kolxozunda, xx.xx.1974-cü ilən xx.xx.1974-cü ilə kimi Qax rayon unun “Nizami” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi Qax rayonunun “26 Bakı Komissarları” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1983-cü ilə kimi və xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi Rusiya Federasiyasının Perm vilayətinin Bioloji preparatlar istehsalatı birliyində, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə kimi Rusiya Federasiyasının Perm Maşınqayırma zavodunda, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi Rusiya Federasiyasının Perm şəhərinin X1 X3 Şöbəsinin mühafizə bölməsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi “Permbalıq” Balıq məhsullarının buraxılışı və tətbiqi birliyində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi Perm şəhəri “Biomed” Elmi istehsalat birliyində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Perm pivə-alkoqolsuz içkilər kombinatında, xx.xx.199 2-ci ildən xx.xx.1993-cü ilə kimi Qax rayonunun Qaxingiloy baytarlıq idarəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi Goranboy rayonunun “Komsomol” sovxozunda, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə kimi “Qax Aqrotexservis” ATSC-də işləmişdir. xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə kimi texnikumda təhsil almışdır. İddiaçıya xx.xx.2014-cu il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının xx.xx.1967-xx.xx.1971-ci illərdə texnikumda təhsil aldığı illərin və xx.xx.1999-xx.xx.2004cü ilədək olan müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-nin Qax rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı, ümumilikdə 28 il 10 ay 29 gün müəyyən ol unmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7.27.1 və 32.1. maddələrinə əsasən pensiyası xx.xx.2018-ci il tarixdə verilmiş qərarla xx.xx.2014-cü il tarixdən yenidən hesablanmışdır. İddiaçı yenidən aparılmış hesablama ilə razılaşmamış, cavabdehə müraciət edərək, əlində olan əmək haqqı cədvəllərinə görə ona pensiyanın daha çox məbləğdə hesablanmalı olduğunu bildirmiş, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF-nin Qax rayon şöbəsi iddiaçının xahişini təmin etməmiş və ona x xxxxx 2019cu il tarixli **********5 saylı məktubla cavab verərək bildirmişdir ki, “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx xxxxxx 2015-ci ildən 163,27 manat, xx.xx.2016-ci ildən 165,80 manat, xx.xx.2016-cı ildən 175,80 manat, xx.xx.2017-ci ildən 183,96 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehin verdiyi cavabla razılaşmamış və cavabdeh DSMF-nin Qax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən, sosial sığorta stajına daxil edilən illər və Rusiya Federasiyasının Perm şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayından işlədiyi illər də nəzərə alınmaqla, yenidən hesablanmasının cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla ə saslandırmışdır ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2010-ci il tarixli qərarı əsasında onun pensiyası 2014-cü ilin noyabr ayından yenidən hesablanmalı idi. Lakin pensiyası yenə də düzgün hesablanmamışdır. Əmək haqqı cədvəllərinə əsaslanaraq, DSMF-nin Qax rayon şöbəsi tərəfindən hesablanmış pensiyadan bu əmək haqqı cədvəllərində olan əmək haqlarının sığorta kapitalı olduqca daha yüksəkdir, yəni Azərbaycan valyutası ilə 16-19 min arası olmalıdır. Rusiya Federasiyası Perm şəhərində bioloji preparatlar hazırlanan fabrikdə işlədiyi illərin əmək haqqı cədvəllərini və qərarı cavabdeh DSMF-nin Qax rayon şöbəsinə təqdim edərək pensiyanın qərarda və əmək haqqı cədvəllərində qeyd edilən illər də nəzərə alınmaqla yenidən hesablanması, pensiyanın hansı tarixdən hansı növ pensiy a olaraq hesablanıb rəsmi məlumat verilməsi barədə ərizəsinə öz bildikləri kimi pensiya hesablama aparılması və pensiyanın düzgün hesablanması barədə x xxxxx 2019-cu il tarixli məktub göndərmişlər. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazının dəlillərini iddiaçıya göndərdiyi cavab məktubuna uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək yenidən hesablanma nəticəsində müəyyən olunan 988,49 manat artım fərqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1 maddəsinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək hesablanan 19,38 manat (988,49: 51 ay = 19,38 manat) vəsait aylıq pensiyanın üzərinə əlavə edilməklə 219,66 manat məbləğində (200,28 man at + 19,38 manat = 219,66 manat) cari ilin yanvar ayından başlanaraq vətəndaşa ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Yuxarı instansiya məhkəmələrinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəm əsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin “Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən, sosial sığorta stajına daxil edilən illər və Rusiya Federasiyası Perm şəhərində bioloji preparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayında işlədiyi illər də nəzərə alınmaqla, yenidən hesablanmasının cavabdehə həvalə edilməsi“ kimi irəli sürüldüyü, yəni sözügedən hesablamanın müddətinin başlanmasının tarixi göstərildiyi, müddətin bitməsinin tarixi isə bəlli olmadığı, başqa sözlə, iddia tələbinin konkret olmadığı halda, bu mühüm məsələni araşdırmamışdır. Cavabdeh iddiaçının Rusiya Federasiyasının Perm şəhərində işlədiyi müddəti bütövlükdə nəzərə alındığını bildirsə də, bu mötəbər sübutlarla təsdiqini tapmır. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya iş stajının 20 il 10 ay 2 gün kimi hesablanması iş materiallarından bəlli deyildir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-113/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Əliyev (sədrlik edən və məruzəçi) A.Eyvazov və İ.Şükürov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21(84)-905/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiqlənmiş surətindən göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ xx.xx.2008-ci il tarixdən yaranmışdır.Pensiya fonduna onun birinci müraciəti haqqında Qax Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə xx xxxxxx 2008-ci ildən qeydiyyat vardır. Rusiya Federasiyasının Perm şəhərindən işlədiyi iş yerindən Səhiyyə Nazirliyinin xətti ilə pensiya fonduna iki arayış təqdim olunmuşdur. Arayışın birincisi ona 57 yaşında təqaüdə çıxmaq hüququ verən işdə işləməsi haqqında, ikincisi isə Perm şəhərinin ümumi sanitariya vəziyyəti haqqındadır ki, onun orada işlədiyi 16 il iki qat hesablanır. Yəni 32 il. Bundan əlavə, həmin müəssisədə işlədiyi zaman xəstələnib müalicə olunmuşdur. Bu barədə hərbi biletində qeydiyyat vardır. 1981-1983-cü ildən müəssisənin havası,iqlimi onun səhhətinə ağır təsir etdiyinə görə oranı tərk etmək məcburiyyətində qalmışdır. 19781992-ci illər ərzində dispanser uçotunda olmuş, həmin şəhərdə yaşadığı müddətdə, nə də Azərbaycanda heç bir təqaüd və yardım almamışdır. Perm şəhərində bialoji preparatlar hazırlanan fabrikdə işlədiyi müddət ona güzəştli şərtlərlə xx.xx.2008-ci il tarixdən pensiya almaq hüququ verirdi. Tərəflərin izahatları: Cavabdehinvəkili Əlizadə Fariz Ariz oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, id diaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin ed ilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə Qanunun qüvvəyə mindiyi 2006-cı ilin 1 yanvar tarixinədək onların ümumi iş stajına, ikinci mərhələdə isə 2006-cı il 1 yanvar tarixindən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərlə əlaqədar olaraq xx xxxxxx 2010-cu il tarixdən əmək pensiyasının 2006-cı ilin yanvar ayının 1-dək olan hər hansı bir dövrü əsas götürərək orta aylıq əmək haqqı nəzərə alınmaq la hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda iddiaçının pensiyasının hesablanma qaydasına cavabdehin düzgün əməl edibetməməsini yoxlamaqdan ötrü mütəxəssis çağırılmasına və ya ekspertiza keçirilməsinə heç bir zərurət qalmır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. İddiaçı ilkin iddia ərizəsində irəli sürdüyü “Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən, sosial sığorta stajına daxil edilən illər və Rusiya Federasiyasının Perm şəhərində bioloji preparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayından işlədiyi illər də nəzərə alınmaqla, yenidən hesablanmasını” tələb etməsini onunla əsaslandırmışdır ki, Sovetlər birliyi dönəmində aldığı 226 manat əmək haqqı 32 4 ABŞ dolları təşkil edirdi. Bu əmək haqqının illik sığorta hissəsi 576 dollar, 28 il 11 aylıq staj dövrünün pensiya kapitalı isə 16656 ABŞ dolları, Azərbaycan manatına məzənnəsinə uyğun olaraq 28.315 manat təşkil edir. Yəni onun mövcud sığorta kapitalı, hesablanmış məbləğdən daha çoxdur (səh 71). Sonradan iddiaçı apelyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiasını dəqiqləşdirərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş illərin və xx.xx.1975-ci ildən xx.xx.1991-ci ilədək Perm şəhərində bioloji preparatlar hazırlanan fabrikdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, pensiya hüququnun yarandığı tarixdən, yəni xx.xx.2014-cü ildən əmək pensiyasının yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həval ə edilməsini tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin tələb üzrə işə baxmış və müəyyən etmişdir ki, iddiaçının pensiya hüququnun müəyyən edilməsi zamanı əmək kitabçasında qeyd edilən bütün dövrlər, hərbi xidmət dövrü, həmçinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarına əsasən sosial sığorta stajına daxil edilən xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə kimi texnikumda təhsil aldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü ilə kimi “Qax Aqrotexservis” ATSC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajına daxil edilərək, ümumilikdə müəyyən olunan 28 il 10 ay 29 gün sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin qərarı icra olunaraq yenidən hesablanma nəticəsində müəyyən ol unan 988,49 manat artım fərqi 19,38 manat vəsait aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilir və xx.xx.1975-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə kimi Rusiya Federasiyasının Perm vilayətinin Bioloji preparatlar istehsalatında işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarı ilə iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1971-ci il tarixə kimi texnikumda təhsil aldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixə kimi “Qax Aqrotexservis” ATSC-də işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan müddətlərin daxil edilməsindən sonra iddiaçının p ensiyasının düzgün hesablanmaması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, iş materialları ilə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək müəyyən edilən 28 il 10 ay 29 gün sosial sığorta stajı nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınan 4910,0 manat pensiya kapitalı (28 il tam iş stajı x 170, 0 manat) + (170,0 manat: 12 ay x 10 ay) 8,97 manat), həmin Qanunun 29.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək pensiya hüququnun yarandığı xx xxxxxxx 2014-cü il tar ixə 8985,0 manat məbləğində müəyyənləşdirilmiş və yaşa görə əmək pensiyası 162,40 manat məbləğində aşağıdakı qaydada hesablanmışdır. 100,0 manat (əmək pensiyasının baza hissəsi) + 62,40 manat (8985,0 manat xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı): 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 162,40 manat. Müəyyən olunmuş pensiyanın məbləği “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx.xx.2015-ci ildən 163,27 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 63,27 manat (62,40 manat + 62,40 manat x 1,4 % istehlak qiymətləri indeksinin 2014-cü il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2016-ci il tarixdən 165,80 (100,0 manat + 65,80 manat (63,27 manat + 63,27 x 4% (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2016-cı il tarixdən 175,80 manat (110,0 manat əmək pensiyasının baza hissəsi + 65,80 manat əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2017-ci il tarixdən 183,96 manat (110,0 manat əmək pensiyasının baza hissəsi +73,96 manat (65,80 manat + 65,80 manat x 12,4 % (istehlak qiymətləri indeksinin 2016cı il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində hesablanmışdır. 2017-ci ilin 1 iyul tarixindən Qanuna edilmiş dəyişikliklərlə əlaqədar olaraq əmək pensiyasının cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevilməsi aparılmaqla 183,96 manat əmək pensiyasının sığorta hissəsi kimi müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən 194,45 manat (183,96 manat + 183,96 manat x 5,7 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, 01.01,2019-cu il tarixdən 200,28 manat (194,45 manat + 194,45 manat x 3% (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, xx.xx.2020- ci il tarixdən 233,53 manat (200,28 + 200,28 manat x 16,6 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artı m tempi)) məbləğində hesablanaraq ödənilmişdir. İddiaçının Sovetlər dönəmində aldığə əmək haqqının o dövrdə ABŞ dorlarına məzənnəsinə uyğun hesablaması açıq-aşkar əsassızdır. İddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ olduğu və bu əsaslarla ona pensiya təyin edilməli olduğu barədə barədə dəlilləri isə kassasiya baxışının predmeti ola bilməz. Çünki iddiaçı həmin tələbi irəli sürməmişdir və Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə məhkəmə vekrilmiş tələb üzrə işə baxır və hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə kassasiya məhkəməsinin verilmiş tələbdən kənara çıxmaqla iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun araşdırılması üçün qanunda nəzərdə tutulmuş müstəsna hallar yoxdur. Ümumiyyətlə kassasiya şi kayətinin dəlillərindən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunmasına nail olmaq istəyir. Bu məqsədlə iddiaçının ilkin olaraq müvafiq orqana müraciət etmək, narazı qaldığı halda məhkəmədə iddia qaldırmaq hüququ vardır. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-113/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar