Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1265/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi; ünvanlı sosial yardımın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 mart tarixli, 2-1(103)125/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 2017-ci il 16 avqust tarixli məlumatına görə, iddiaçının ailəsini təmsil edən şəxs qismində X3 və X5 (VEMTAS) 2016-cı il 3 avqust tarixli müraciəti əsasında onun ailəsinə 2016-cı il 1 avqust tarixdən 2018-ci il 1 avqust tarixədək “VEMT AS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2017-ci il 21 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona cavabdeh tərəfindən hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsini və ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvanlı sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 01 avqust tarixə qədər 19 ay olmaqla hər ay 300 manat, cəmi 5700 manat ödənilməmiş sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi 4 il sosial yardım almış, 5-ci ilə gəldikdə isə bildirmişlər ki, “VEMTAS” internet vasitəsi ilə sənədlər qəbul edilir. O da 2016-cı ilin aprel ayından müraciət etməyə başlamışdır. Üç dəfə müraciəti qəbul edilməmişdir. İddiaçı bununla bağlı nazirliyə müraciət etmiş, müraciəti 2016-cı il 03 avqust tarixdə qəbul edilmiş, ona mesaj vasitəsilə avqust ayının 24-ü bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, ona iki il müddətinə ayda 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı bundan sonra 5 ay müddətində 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində olan yardımı almışdır. Hətta yeni illə əlaqədar olaraq ona ərzaq yardımı da verilmişdir. 2017-ci ilin yanvar-mart aylarında ona təyin olunan həmin sosial yardım verilməm işdir. Lakin, ona yenə bayramla əlaqədar olaraq ərzaq yardımı edilmişdir. Aprel ayında yenə o, müraciət etmiş, bildirilmişdir ki, ona ödənilən ünvanlı sosial yardımdan imtina edilmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, onun 0.22 ha pay torpağı var. Lakin, buna baxmayaraq, o, 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün həmin torpaqdan istifadə edə bilmədiyini bildirmişdir. Həm də həmin torpaq mülkiyyət olaraq nənəsinə məxsusdur. O isə 5 ay müddətində bu yardımı nəyə görə kəsmədiklərini və bununla bağlı nəyə görə yanvar ayında rəsmi imtina cavabı verilmədiyini bildirmişdir. Onlar isə bununla bağlı heç bir cavab verə bilməmişlər. Ona bildirmişlər ki, o, yenidən VEMTAS ilə müraciət etsin və həmin torpağın rəsmi olaraq orda qeyd etsin və ona yenidən sosial yardım təyin edilsin. Ancaq bildirmişlər ki, 5 ay müddətində almadığı sosial yardım hesablanmayacaq, yalnız müraciət etdiyi gündən hesablanacaq. O, isə buna qəti şəkildə etiraz etmiş və razılaşmamışdır. Bundan başqa hər ailənin minimum gəliri 115 manat olduğu halda, onun ailəsinin 460 manat gəliri olmalıdır, ancaq o, 55 manat pensiya alır, yoldaşı 3-cü qrup gözdən əlil 47 manat pensiya alır. Ailəsinin gəliri ümumi 102 manatdır. Bununla onun ailəsi real olaraq dolana bilməz, maddi cəhətdən çətinlik çəkirlər. Buna görə də ona minimum olaraq 300 manat sosial yardım təyin edilməli idi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 2017-ci il 26 sentyabr tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdehlə əvəz edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 2018-ci il 27 aprel tarixli qərarına əsasən iddia rədd edilmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1983/2018 saylı, 2018-ci il 19 sentyabr tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçı həmin qərardan kassasi ya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-234/2019 saylı, 2019-cu il 30 aprel tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 sentyabr tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 03 oktyabr tarixli, 2-1(103)-1683/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinə göndərilmişdir. b. birinci instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli, 2-1(112)-851/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 2016-сi il 03 avqust tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nə zərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. İddiaçı 2016-cı il tarixə olan ehtiyac meyarının 117 manat təşkil etdiyini və ailə tərkibinin 4 nəfərdən ibarət olduğunu göstərmişdir. 2016-cı il üçün ehtiyac meyarının həddi 117 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 117*4=468 manat təşkil etmişdir. Həmçinin iddiaçı 2-ci dərəcəli əlil, onun arvadı 3-cü dərəcəli əlil olduğundan onlara aylıq ümumilikdə 102 manat məbləğində əlilliyə görə pensiya ödənilmişdir. Bu halda ailəyə 468-102=366 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər və həmin məbləğdən qaydalarda müəyyən edilmiş digər xərclər nəzərə alındıqda (ev telefonu, mobil telefonu üçün ai lənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği) məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onun ailəsinə aylıq 300 manat məbləğində ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbində haqlıdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(103)-125/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2021-ci il 02 mart tarixli, 2-1(103)-125/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 2016-сi il 03 avqust tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 01 avqust tarixə qədər ödənilməmiş 19 ay üçün hər ay 148,47 (bir yüz qırx səkkiz manat qırx yeddi qəpik) manat olmaqla, cəmi 2820,93 (iki min səkkiz yüz iyirmi manat doxsan üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ödənilməli sosial yardımın məbləğinin hər ay üçün 300 manat hesablanmalı olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, sosial yardımın təyin edilməsi, məbləğin müəyyənləşdirilməsi avtomatik olaraq X3 və X7 (VEMTAS) tərəfindən həyata keçirildiyindən, 2016-cı il 01 avqust tarixdən iddiaçıya “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyindən, ödənilməli olan dövr üzrə (2017-ci il 01 yanvar tarixdən 2018-ci il 01 avqust tarixə qədər) sosial yardımın məbləği hər ay üçün 148.47 manat müəyyən edilməlidir. Ünvanlı sosial yardımın ödənilməsinin dayandırılmasının əsassız olduğu müəyyən edildiyindən 2017-ci il 01 yanvar tarixdən 2018-ci il 01 avqust tarixə qədər ödənilməmiş ünvanlı sosial yardım iddiaçıya ödənilməlidir.
18. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarında qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” J-769, Kod 80903018 nömrəli dövlət aktının surətindən məlum olmuşdur ki, Salyan rayonu Aqrar İstehsalat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfat ı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsinin ayrılması göstərilmişdir. Bu hal “Ünvanlı dövlət sosial yardımı” haqqında qanunun 10.1 və 10.2ci maddələrinə ziddir. Belə ki, həmin qanunun 10.1-ci maddəsində qeyd olunur ki, Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenindən baxılır. Həmin qanunun 10.2-ci maddəsində göstərilmişdir ki, qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlu mat verilmədiyi halda, həmin ailə 1 il müddətində sosial yardım almaq hüququnu itirir.
21. İddiaçı “VEMTAS”-la müraciət zamanı ona məxsus torpaq sahəsinin olması faktını gizlədərək, bu barədə ərizə-bəyannamədə heç bir məlumat əks etdirməmiş və bu səbəbdən də “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada ona ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.7-ci maddəsində göstərilmişdir ki, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsi nin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Bu səbəbdən iddiaçının müraciətindən İmtina edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
23. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun (sosial yardımın təyin edildiyi 2016-cı il 1 avqust tarixdə qüvvədə olan redaksiyada): 10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin da yandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin daya ndırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pros es iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “hazırkı iş materiallarında olan sənədlər əsasında iddiaçının ailəsinin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olduğu müəyyən edilməmişdir... Məhkəmə hesab edir ki, göstərilən əmlaklar eyni təyinatlı olmamaqla, mənzilin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınması müəyyən edilməmişdir... Həmçinin “Torpağa mülkiyyət hüququna dair” JN–769, Kod 80903018 nömrəli dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətində torpaq sahəsinin olması müəyyən edilmişdir. Həmin torpaq sahəsi Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə iddia çının nənəsi X2 və onun ailə üzvlərinə ayrılmışdır və həmin ailə üzvlərinin siyahısında iddiaçının da adı qeyd olunmuşdur... Göründüyü kimi, Qaydalara əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Hazırkı iş materialları ilə qeyd olunan hallar öz təsdiqini tapmadığından cavabdehin imtinası əsassız olmuş və iddiaçı ona ünvanlı sosial yardımın verilməsinin dayandırılması barədə qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.”.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini İPMin 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
32. Məhkəmə kollegiyası razılaşır ki, qərarda istinad edilən mənzilin və “Torpağa mülkiyyət hüququna dair” JN–769, Kod 80903018 nömrəli dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin fərqli təyinatlı daşınmaz əmlaklar olduqları aşkardır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş və apellyasiya instansiyası məhkəməsinin də qərarda istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 2021-ci il 8 yanvar tarixli yazılı məlumatına görə, JN–769 nömrəli dövlət aktına əsasən İddiaçı adına torpaq sahəsinin olması ilə yanaşı, JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X1 da adına paylı torpaq sahələrinin olduğu göstərilmişdir. İmanova (2000-ci il 22 fevral tarixdə nikaha daxil olduqdan sonrakı soyadı “Ağayeva”) Sevinc Nurəddin qızının da iddiaçının ailə üzvü o lduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.7-ci bəndinin tələblərinə uyğun tədqiq etməli və qiymətləndirməli idi.
33. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün işin yuxarıda qeyd olunan hallarını “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyi n olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların müddəaları nəzərə alınmaqla tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli idi. Belə ki, burada, söhbət təkcə həmin Qaydaların 3.7.7-ci bəndinin (ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda) tətbiqindən getmir. Qeyd olunan normativ aktlar ünvanlı sosial yardımın təyin edilməli olub-olmadığı ilə yanaşı, həm də bu yardımın məbləğinin dəqiq müəyyən edilməsi üçün təyinatından asılı olmayaraq bütün daşınmaz əmlaklar barədə məlumatların verilməsini tələb edir. Belə ki, qeyd olunan Qaydaların tələbinə görə, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır (5.1-ci bənd). Ailənin gəlirinin Qaydaların 5-ci bəndinin tələblərinə uy ğun düzgün hesablanması üçün isə, sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar, o cümlədən daşınmaz əmlaklar barədə məlumatlar təqdim olunmalıdır.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırarkən və onlara qiymət verərkən istinad edilən Qaydaların 3.7.7-ci bəndi ilə məhdudlaşmalı deyil.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya bax ışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 mart tarixli, 2-1(103)-125/2021 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.