Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1266/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə dair çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)509/2021 nömrəli iş üzrə 18.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, 2-1(81)-4229/2014 nömrəli qərarı ilə hazırlanmış plan və ölçü və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 ma rt 2015-ci il tarixli, 2-1(81)-1353/2015 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə ona alqı-atqı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə ayrılmış və hazırda faktiki mülkiyyətində olan 150 kv.m. torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 1414 saylı, 29 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən uzun illər istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığındakı 150 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədilə ona ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda onun istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığında 150 kv.m. bələdiyyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 27 saylı, 05.02.2007-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq e dilmişdir. Həmin torpaq sahəsinə 05 fevral 2007-ci il tarixli, 034573 saylı qəbzi ilə torpaq alqı-satqısı üçün 624 manat tərəfindən pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqısatqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə iddia tələbi t əmin edilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qərar icra olunaraq həmin torpaq sahəsi ilə bağlı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü hazırlanaraq ona verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2-1(81)-1353/2015 qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin hüquqdları daxilində Binəqədi rayon qəsəbəsi ərazisində ayrılmış 150 kv.m. torpağın alqısatqısına dair aktın tərtib edil məsi Binəqədi Bələdiyyəsinə həvalə edilmiş və icra edilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı o, çıxarışın alınması üçün Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək rəsmi sənədlərini təqdim etsə də, qanunsuz və əsassız olaraq ona çıxarışın verilməsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 16.09.2020-ci il tarixli, 2-1(112)5407/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə İddiaçı istifadəsində olan 150 kv.m. torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması v ə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 13, 129-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 5.1, 15, 19-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2, 12.1, 15-ci maddələrinə, İPM-nin 52, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.09. 2020-ci il tarixli, 2-1(112)-5407/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.03.2021-ci il tarixli, 2-1(103)-509/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Əziz Kərimli və Afaq Nuriyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5407/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndini, 9-cu maddəsini, 65-ci maddəsinin 1 -ci bəndini, 86-cı maddəsinin 2-ci bəndini, Mənzil Məcəlləsinin 35.1-ci maddəsini, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsini (12.12.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyasında), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10-cu maddələrini tətbiq etməklə, belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi İddiaçı müxtəlif vaxtlarda verdiyi müxtəlif məzmunli cavablarda müxtəlif bəhanələrlə, gah alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməmə sini, gah torpaq sahəsinin ayrılması ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin olmamasını, gah elektron ölçü ilə faktiki sahə arasında uygunsuzluğun mövcud olmasını, torpaq sahəsinin yaşıllıq massivində yerləşməsini və s. bəhanə etməklə vətəndaş İddiaçı öz “çirkin” niyyətlərinə tabe etmək istəmiş, lakin 40 ilin alimi, pedaqoqu olan tənha qadından istədiklərinə nail olmadıqdan sonra 2 qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qəraralarına məhəl qoymadan əsassız tələblərlə qanuni verilməli olan torpaq sahəsinə çıxarış verməkdən imtina etmişlər. Çox təssüf ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-509/2021 nömrəli, 18.03.2021-ci il tarixli qərarı ümumiyyətlə maddi və prosessual normaların tələblərini pozulmasına belə əhəmiyyət verməyərək, unutmuşlar ki, torpa q sahəsinin kadastr plan və ölçüsü də, mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı aktı da qanuni qüvvəsini almış məhkəmə qərarının icrası əsasında həyata keçirilmişdir, ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq aktların keçmiş DTXK tərəfindən təsdiq edilməsinin və həmin torpaq sahəsinə dair Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyinin olmasına artıq heç bir zəruriət qalmamışdır. Məhz həmin məhkəmə qərarları bu tələb olunan sənədlər üçün qəbul edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəy tələb etməsinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında onların tələbləri artıq həll olunduğundan zərurət yoxdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarının qanuni qüvvəyə minməsindən sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin qərar icra edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı əsasında vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Kadastr plan və ölçüsünü hazırlayaraq ona təhvil verilmişdir. İstər apelyasiya məhkəməsinin istinad etdiyi halın, istərsə də cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq aktların keçmiş DTXK tərəfindən təsdiq edilməsinin və həmin torpaq sahəsinə dair Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyinin cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tələb etməsi tam qanunsuz və yolverilməzdir. Bu məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə münasibət bildirilmiş və məhkəmə torpağın kadastr plan və ölçüsünün hazırlanması üçün məhkəmə qərarları verilmiş və icra olunmuşdur.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(103)-509/2021 nömrəli qərarın ləğv edilməsini, işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulması na yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.03.2021-ci il tarixli qərarın ləğv edilməsini, işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.03.2021-ci il tarixli qərarın ləğv edilməsini, işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cava bdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi bax ılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 57.8, 68.2-ci maddələrinin tələblərinə riayət etməmişdir.
20. Belə ki, apelyasiya instansiyası məhkəməsi 18.03.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, 29.09.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığındakı torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədi ilə həmin binanın 61-ci mənzilində yaşayan İddiaçı ayrılmışdır. Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 №-li, 05.02.2007-ci il tarixli İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərarına əsasən Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binanın yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 4 manat 16 qəp. ödəmək şərtilə) ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mü lkiyyətə verilməsi haqqında 27 №-li, 05.02.2007-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın qarşısında 150 kv.m. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 23.01.2007-ci il tarixli, PRN01 qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.09.2014-cü il tarixli, 2-1(81)-4220/2014 saylı qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1353/2015 saylı, 31.03.2015-ci il tarixli qərarına əsasən Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, 08.05.2015-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair a lqı-satqı aktı tərtib olunmuşdur.”
21. Həmçinin apelyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, “mübahisə predmeti olan torpaq sahəsi hər iki tərəfdən əhatə olunmuş çoxmərtəbəli yaşayış binalarının yaşıllıq massivində yerləşməklə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan torpaq sahəsi olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların a lqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçı tərəfindən göstərilən qaydaların qeyd edilən müddəalarına riayət edilməmiş, alqı-satqı aktı olmadığı kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də təsdiq edilməmişdir.”
22. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin ümumi istifadədə olması iş üzrə hər hansı mötəbər sübutla təsdiq edilmir.
23. Belə ki, bu məsələ ilə bağlı müvafiq səlahiyyətli orqana (Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyi) heç bir sorğu göndərilməmiş, yəni həmin məsələ araşdırılmamış qalmışdır.
24. Digər tərəfdən apelyasiya instansi yası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanını 2014-cü il tarixdə qüvvədən düşmüşdür, iddiaçıya Bələdiyyə orqanının aktı isə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən 2015-ci ildə verilmişdir, yəni apelyasiya instansiyası məhkəməsi sözügedən Fərmanın müddəalarını səhv tətbiq etmişdir.
25. İddiaçının kasasiya şikayətində yazdıqlarının isə işin mahiyyətinə aidiyyəti yoxdur.
26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.03.2021-ci il tarixli, 21(103)-509/2021 nömrəli qərarı ləğv edilsin. İş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.