Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1266/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki dövlət qulluğu pensiyasının bərpa olunmaqla və sonrakı artımlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövlət qulluğu pensi yasının bərpa olunmaqla və sonrakı artımlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-169/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 1 sentyabr 2010-cu il tarixdən dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin olunarkən iddiaçının 1987-1991-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin siyasi maarif evinin müdiri işlədiyi vəzifə hazırda Naxçıvan Nazirlər Kabineti Aparatında təminedici şöbəsinin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır.
2. DSMF-nin Pirallahı rayon şöbəsinin idd iaçıya ünvanlanmış 22 avqust 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsində işləyənlərin vəzifə maaşı 1 mart 2018-ci il tarixindən hər ay 875 manat olduğu halda, iddiaçıya hesablanan pensiya səhvən 1065 manatla hesablanmışdır. Ona görə də iddiaçının pensiyasının hesablanması düzgün aparılmamışdır. Pensiya 1 mart 2018-ci il tarixindən 535,94 manat hesablanmalıdır.
3. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə cavab olaraq DSMF-nin Pirallahı rayon şöbəsi 28 oktyabr 2019-cu il tarixli məktubunda bildirmişdir ki, iddiaçının pensiyası dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyə n edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 7 il 9 ay iş stajına görə 1 sentyabr 2019-cu ildən 26% artaraq 718,11 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 7 may 2020-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiyanın üzərinə gəlməsi və 1 sentyabr 2019-cu il tarixdən etibarən fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2010-cu ildən pensiya təyin edilsə də, 2019-cu ilin sentyabr ayı üzrə onun pensiyası 110 manat azalmışdır. Bunu nla bağlı cavabdehə müraciət etmiş, cavabdeh 22 avqust 2019-cu il tarixli məktubla onun pensiyasının düzgün hesablanmadığını bildirmişdir. Həmin ilin sentyabr ayında pensiya alarkən isə iddiaçıya məlum olmuşdur ki, onun pensiyası yenə də 200 manat azaldılmışdır. Bununla bağlı təkrar şikayətindən sonra pensiya məbləği 1 sentyabr 2019-cu il tarixindən 26% artaraq 718,11 manat təşkil etmişdir. Onun əvvəl aldığı pensiya məbləği 696 manat, 310 manat kəsildikdən sonra artan pensiya məbləği isə 698 manat olmuşdur. Beləliklə, dövlət qulluqçularının 26% artan pensiya məbləği onun məvacibində müsbət 2 manat fərq etmişdir. Lakin bundan sonra fevral ayında da onun pensiyası 20 manat azaldılmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 4 dekabr 2020-ci il tarixli, 2-1(112)-4446/2020 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia təmin edilmiş, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla (26 faizlə) yenidən hesablanması və 1 sentyabr 2019-cu il tarixdən məhkəmə qərarı qanuni qüvvəyə minənədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının müddəalarına uyğun olaraq əmək pen siyasının indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması barədədir. Hansı ki, qanunvericilik həmin artımın dövlət qulluğunda 5 ildən artıq 15 ildən az stajı olan bütün əmək pensiyaçılarına şamil olunmasını şərtsiz nəzərdə tutur. İddiaçının 15 ildən az dövlət qulluğu stajı olduğundan sözügedən Fərman ona da şamil olunur. Cavabdeh orqan həmin Fərmana uyğun olaraq iddiaçının pensiya məbləğində artım olduğu iddia etsə də, iş materialları ilə bu hal sübut olunmur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-1419/2021 nömrəli qərar ı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 dekabr 2020-ci il tarixli, 2-1(112)-4446/2020 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artım (26%) nəzərə alınmaqla yenidən hesablanması aparılmışdır və həmin artım onun pensiyasına əlavə olunub ödənilir. Sadəcə hazırkı vəziyyətdə iddiaçı ona 1 sentyabr 2010-cu il tarixindən dövlə t qulluqçusu kimi təyin edilmiş pensiyanın məbləğini vaxtında səhvən artıq hesablandığı üçün ona 1 dekabr 2013-cü ildən 11554,90 manat artıq ödənilmiş pensiya məbləği qanuna müvafiq qaydada hər ay ödənilən pensiyasından hissəhissə tutulduğu üçün həmin artımın aparılmadığı qənaətindədir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi ona vaxtilə səhv (artıq) hesablanmış pensiya məbləğinin artıq hissəsinin hesablanaraq hər ay pensiyasından hissə-hissə tutulmasının qanunsuz hesab edilməsi, başqa sözlə əvvəlki (artıq hesablanmış) pensiya məbləğinin bərpa olunması və artıq ödənilmiş pensiya məbləğlərinin aylıq pensiyasından tutulması ilə bağlı qəbul edilmiş qərarların mübahisələndirilməsi barədə deyil, pensiyasının müvafiq Qanunun müddəasına uyğun olaraq (26%-lə) yenidən hesablanıb, yaranmış fərq məb ləğinin ona ödənilməsi barədədir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)-600/2022 nömrəli qərarı (hakimlər: R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)1419/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi özündə hərtərəf li araşdırmanın nəticəsini əks etdirmir. Belə ki, məhkəmə qərarında iddiaçının əmək pensiyasının 651,90 manat müəyyən edildiyi, 1 sentyabr 2019 – 31 oktyabr 2020-ci il tarixləri ərzində isə ona hər ay 718,11 manat pensiya ödənildiyi qeyd edilsə də, həmin məbləğlərin hansı formada hesablanması qərarda öz əksini tapmamışdır. Bu hal isə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edir. Cavabdeh inzibati orqan tərəfindən hesablamanın düzgün aparılması, bununla da iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd edilən pensiya məbləğlərinin hansı formada hesablandığı müəyyən edilməli, daha sonra bu hesablamanın Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olub-olmadığına qiymət verilməli idi. He sablamanın Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olduğu, iddiaçıya müvafiq dövr ərzində artıq pensiya ödənildiyi müəyyən olduğu halda belə, cavabdeh inzibati orqanın bununla bağlı hərəkətləri qanunun tələblərinə uyğun olmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək ona təyin edilmiş 718 manat pensiya məbləğinin bərpa edilməsini, 2019-cu ilin avqust ayından 110 manat, həmin ilin sentyabr ayında 200 manat, 2020-ci ilin fevral ayında 20 manat, həmin ilin noyabr ayında 67 manat, 2021-ci ilin iyun ayında 45 manat, cəmi 442 manat qeyri-qanuni tutulmuş məbləğin 2019-cu ilin 1 avqust tarixindən məh kəmə qərarı qanuni qüvvəyə minənədək 2019-cu ilin sentyabr ayında 2626 faiz artım və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-169/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.İddiaçı) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4446/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixindən ödənilən 696,06 manat məbləğində əmək pensiyası bərpa edilməklə, bundan sonrakı dövr üzrə pensiyasından tutulmuş büt ün pensiya məbləğlərinin geri qaytarılması və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanından və 18 iyun 2019-cu il tarixli 1268 nömrəli Sərəncamından irəli gələn artımlar nəzərə alınmaqla, pensiyasının yenidən hesablanaraq 696,06 manat məbləğində pensiyasına əlavələrin edilməsi və yaranmış fərq məbləğinin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının DSMF-nin Xəzər rayon şöbəsinin “472,58 manat məbləğində pensiya təyin olunması barədə” xx.xx.2010-cu il tarixli qərarına və Azərbaycan Respublikası Prezidentinin 2013cü il 2 dekabr tarixli sərəncamının icrasından irəli gələrək xx.xx.2013-cü il tarixindən onun pensiyasının 661,18 mana t, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən pensiyasının 696,06 manat məbləğində yenidən hesablanması barədə sərəncamlarına göstərdiyi qanunla qorunan etimadını pozmuşdur.
18. İddiaçının “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinə yol verdiyi müəyyən olunmur və bununla bağlı cavabdehin hər hansı bir əsaslandırıcı dəlili də mövcud deyildir. Dolayısı ilə iddiaçı tərəfindən həmin hallara yol verilmədiyi işin mübahisələndirilməyən halıdır.
19. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2018-ci il tarixindən hesablanmış 696,06 manat məbləğində pensiyasının xx.xx.2019-cu il tari xdən əsassız olaraq 605,57 manata azaltdığı, bundan sonrakı artımların isə 696,06 manat məbləğindən deyil, məhz azaldılmış 605,57 manat pensiya məbləği nəzərə alınmaqla hesablanması və bu əsasla iddiaçının pensiyasından tutulmalar edilməsinin qanunsuz olduğu sübuta yetirilir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir.
22. İşin faktiki halları belədir ki, iddiaçının xx.xx.2010-cu il tarixində ərizəsinə əsasən əlillik pensiyasından yaşa görə pensiya növünə keçmiş və ona DSMF-nin Xəzər rayon şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə dövlət qulluqçusu kimi 7 il 9 ay stajına görə xx.xx.2010-cu il tarixdən 472,58 manat məbləğində yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. 23. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nömrəli sərəncamının icrası ilə əlaqədar pensiya təyinedicisi tərəfindən xx.xx.2014-cü il tarixli sərəncamla iddiaçının əmək pensiyası xx.xx.2013-cü il tarixindən yenidən hesablan araq onun pensiyası 661,18 manat məbləğində müəyyən edilmişdir. 24. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar onun əmək pensiyası pensiya təyinedicisinin sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq 696,06 manat müəyyən edilmişdir (1349,35x10%=134,94x50 %=67,47:15=4,50x7,75=34,88+661,18=696,06) Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 720,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi- 72,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 103,97 manat olmaqla orta ay lıq əmək haqqı 895,97 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (895,97 manat) 49 faizi - 439,03 manat müəyyən edilmişdir
25. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 795,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-79,50 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 114,79 manat olmaqla orta aylıq əmək haqqı 989,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 7 il 9 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (989,29 manat) 49 faizi-484,75 manat müəyyən edilmişdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqın ın sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
28. Bununla əlaqədar 7 il 9 ay dövlət qulluğu stajına görə əmək pe nsiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 25,83 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 875,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 87,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 126,35 manat olmaqla orta aylıq əmək haqqı 1088,85 manat təşkil etmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (989,29 manat) ilə 1 mart 2018-c i il tarixindən sonrakı orta aylıq əmək haqqının (1088,85 manat) arasındakı fərq məbləğinin (99,56 manat) 25,83 faizi - 25,72 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (484,75 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 510,47 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1315,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 131,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 189,88 manat olmaqla orta aylıq əmək haqqı 1636,38 manat təşkil etmişdir.
30. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəl i Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1088,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1636,38 manat) arasındakı fərq məbləğinin (547,53 manat) 25,83 faizi-141,43 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (510,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. İddiaçı kassasiya instansiyası məhkəməsinə məlumat göndərərək kassasiya şikayətinin əsassız olmasını bildirmiş, artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “İnzibati icraat haq qında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fizik i şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qan unla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinlə məyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəb ə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. 38. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilə nə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
39. Qeyd olunmalıdır ki, cavabdeh, DSMF-nin Xəzər rayon şöbəsinin “472,58 manat məbləğində pensiya təyin olunması barədə” xx.xx.2010-cu il tarixli qərarına əsasən və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli sərəncamının icrasından irəli gələrək xx.xx.2013-cü il tarixindən iddiaçının pensiyasının 661,18 manat, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən pensiyasının 696,06 manat məbləğində yenidən hesablanması barədə sərəncamlar qəbul etmişdir.
40. Cavabdeh sonradan müvafiq qaydada inzibati icraata başlamadan, həmin icr aatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmadan, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmadan pensiya ödənişini yenidən hesablayaraq azaltmaqla qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd davranmışdır.
41. Cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixindən 696,06 manat pensiya məbləğinin hesablanması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2018-ci il tarixindən 696,06 manat məbləğində pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.
42. Beləliklə, inzibati orqanın iddiaçı ilə bağlı davranışı, artıq formal- hüquqi baxımdan (inzibati icraat qaydalarının pozulması səbəbi ilə) qanunsuz olmuşdur. Buna görə də, mübahisənin bilavasitə maddi-hüquqi tərəfi ilə bağlı araşdırma aparılmasına lüzum qalmır.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 21(103)-169/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.