Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1266/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlə rinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. İddiaçı 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və 19 aprel 2014-cü il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alınaraq onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmin dövrdən ona «X2» Qanunun 7 və 2 0-ci maddələri rəhbər tutularaq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı pensiyanın məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, xidmət illərinə görə hər ilə 3% əlavə, yəni xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59% hesablanmaqla aparılmışdır.
3. İddiaçı bununla razılaşmamış və bir müddət sonra, yəni 23 iyul 2019-cu il tarixdə DSMF orqanına müraciət edərək, onun əmək pensiyasının əlavə 10 ay 10 gün iş stajı və həmin dövrə görə illik 3%-in mütənasib məbləği nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir.
4. Həmin ilkin müraciətə cavab verilməmiş, lakin iddiaçının sonrakı dövrlərdə təkrar müraciətindən sonra onun əmək pensiyasının xidmət illərinə görə əlavəsi təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmaqla yenidən hesablanmış dır.
5. İddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılan hesablama ilə narazıdır və onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin 10 ay 10 gün staj əlavə olunaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanmasını tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və 12 iyul 2014-cü ildən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “X2” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə hər bi xidmətdən sonra S.M.Kirov adına Maşınqayırma Zavodunda başlamış, 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin Universiteti bitirərək hüquqşünas peşəsinə yiyələnmişdir. Bundan sonra 8 iyul 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsinə böyük inspektor vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətini həmin İdarədə davam etdirmiş, Komitənin müxtəlif şöbələrində rəis müavini və rəis vəzifələrində çalışmışdır. 19 aprel 2014-cü il tarixdə pensiya hüququnun yaranması ilə əlaqədar «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pe nsiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təminat xərcliyinin 59 faizi məbləğindən hesablanmaqla 643,27 manat məbləğində təyin olunmuşdur. Lakin ona pensiya təyin olunarkən 23 il 10 ay 10 gün əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Pensiya hüququ pozulduğundan, cavabdeh təşkilata müraciət edərək əmək stajının 10 ay 10 gününə uyğun olaraq əmək pensiyasına 3 faiz əlavənin hesablanaraq pensiya məbləğinə əlavə olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilatdan bu günədək ona heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməməsi (hərəkətsizlik) onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də iddiaçı hesab edir ki, qeyd olunan məsələ məhkəmə qaydasında həll olunmalıdır, əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gün ünə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin pul təminatının 3 faizi miqdarında hesablanaraq, pensiya məbləğinə əlavə edilməlidir. Ona pensiya təyin edilərkən yuxarıda qeyd olunan pensiya məbləğinə əlavənin hesablanmaması belə izah edilmişdir ki, 2014-cü il tarixdə qüvvədə olan «X2» Qanunun 20.14.1-ci maddəsində 20 ildən artıq hər il üçün təminat xərcliyinin 3% miqdarında əlavələrin hesablanması nəzərdə tutulmuşdur. Ona görə də il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 2017-ci ildə «X2» Qanunun 20.14.1-ci maddəsinə dəyişiklik olunaraq, maddəyə “il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ 2014-cü ildə n yarandığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən vəziyyətini yüngülləşdirən norma kimi geriyə qüvvəsi vardır və ona münasibətdə tətbiq edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-215/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabde h tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7964/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin qismən təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyas ının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əl avənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından DSMF orqanının imtinası qanunsuz sayılır. Belə olan halda, həmçinin iddiaçının müvafiq müraciətindən sonra cavabdeh inzibati orqanın onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılmaqla yenidən hesablanması hərəkətləri də qanuna zidd qiymətləndirilir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018ci il tarixli Fərmanı isə, iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunmuşdur və vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi ona münasibətdə tətbiq oluna bilməz.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərə k, qərarın qismən ləğv olunması və 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edi lmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 saylı Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, el əcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir.
16. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1- ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırkı işdə iddiaçıya inzibati orqan tərəfindən 19 aprel 2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmaya 10 ay 10 gün əm ək stajına görə əlavələrin iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 2.58%-i miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin aprel ayında 23 il 10 ay 10 gün əmək stajı ilə pensiyaya çıxarkən ona təmin at xərcliyinin 59% -i məbləğində pensiya təyin edilmişdir. Pensiyaya çıxarkən əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 10 ay 10 gün əmək stajına görə ödənilməli olan məbləğin o, pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 3% -i miqdarında (10 ay 10 gün təqribən bir il kimi hesablanması şərti ilə) hesablanaraq pensiya məbləğinə əlavə edilməsi xahişi ilə ƏƏSMN-in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə cavab olaraq göndərilmiş məktubda hesablanmayan 10 ay 10 gün əmək stajının da hesablanaraq pensi yanın təminat xərcliyinin 59%-dən 57.66%-ə endirildiyi bildirilir. Əslində pensiya məbləği “X2” Qanunun 20.14.1-ci maddəsinə görə belə hesablanmalı idi: 20 il xidmət ilinə görə 50%, 20 ildən yuxarı hər il üçün təminat xərcliyinin 3 % -i miqdarında, 10 ay 10 gün stajı üçün 2.58. Yəni 50% + 3% + 3% + 3% + 2.58% = 61.58%. Pensiya məbləğinin 59% dən 57.66% -ə endirilməsini cavabdeh tərəf ölkə başçısının xx.xx.2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq edilm iş “Pensiyaların hesablanması” Qaydalarının tətbiqini əsas gətirir.
19. İddiaçının 10 ay 10 gün əmək stajının hesablanmaması ilə bağlı hüquqlarının pozulduğu Ədliyyə Nazirliyi tərəfindən verilmiş rəydə də təsdiqlənir.
20. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 21(103)-429/2024 №-li qərarında tə sviri hissənin tam üç səhifəsi (səh. 2/17-4/17) 2019-cu ildə onun iddia tələbi ilə başlanaraq hər üç məhkəmə instansiyasından keçməklə yekunlaşmış hal-hazırkı mübahisə predmetinə aidiyyəti olmayan bitmiş məhkəmə qərarlarından köçürülmüşdür. Bu prosessual qanunvericiliyin kobud pozuntusudur.
21. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəyə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı barədə çıxışında dediklərinin heç birinə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarında münasibət bildirilməməsi onu göstərir ki, təqdim edilmiş sübutlar məhkəmə tərəfindən tam tədqiq edilərək qiymətlə ndirilməyib.
22. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarını, Ədliyyə Nazirliyi tərəfindən mübahisələndirilən məsələ ilə əlaqədar verdiyi rəyi deyil 2014-cü ildə o, əmək pensiyasına çıxarkən mövcud olmayan, mübahisəli hüquq münasibətləri barədə qərar qəbul edərkən qüvvədə olmayan Prezident Fərmanı ilə təsdiq edilmiş (Sözügedən Fərman ölkə Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) Pensiyaların hesablanması haqqında” Qaydalara və apellyasiya şikayətində həqiqəti əks etdirməyən yanlış məlumatlara istinad etməsi şübhə yaradan məqamlardandır.
23. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayəti ndə, apellyasiya məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, 2014-cü ilin aprel ayında pensiyaya çıxarkən hesablanmaya 10 ay 10 gün əm ək stajına görə əlavələrin iddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşının təminat xərcliyinin 2.58%-i miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən bax ılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə ic raat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiya sı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-429/2024 saylı qərarla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, “iddianın qismən təmin edilməsi, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, İddiaçı əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə” Bakı İnzibati Məhkəməsinin 2-1(112)7964/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarını (qərarın mübahisələndirilən hissəsi) ləğv edib, iddianın rədd edilməsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanır.
29. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “oxşar işlər üzrə inzibati məhkəmələrin təcrübəsində 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanmasına dair qərarlar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18 aprel 2023cü il tarix li 2-1(102)-316/2023 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1417/2021 nömrəli qərarını qüvvədə saxlayaraq apellyasiya məhkəməsinin “iddiaçının xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləğinin Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlav ə olunmaqla hesablanması” mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 saylı Fərmanı ilə ləğv edilmişdir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcəkdir. Adı çəkilən sərəncama əsasən 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən edilən faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Hazırkı işdə iddi açıya inzibati orqan tərəfindən 19 aprel 2014-cü il tarixdən pensiya təyin olunan zaman qüvvədə olan qanunvericiliyin, yəni yuxarıda adı çəkilən Fərmanla təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının inzibati orqan tərəfindən tətbiqi düzgün olmuşdur və bu zaman iddiaçıya münasibətdə “bərabərlik” və “mütənasiblik” prinsipləri pozulmamışdır. Bu əsaslandırma oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin yuxarıda adı çəkilən qərarlarında da öz əksini tapmışdır”.
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə ilə bağlı iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gələrkən, inzibati mübahisənin mahiyyətinin həll edilməsi zamanı konkret olaraq “X2” qanun un 1.0.1, 1.0.5, 20.14, 20.1.11, 20.14.1, 26.3-cü maddələrini, həmçinin (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasında) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1, 1.2, 2.5-ci bəndlərini tətbiq etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati mübahisə üzrə gəldiyi sözügedən nəticə ilə razılaşmayaraq, hesab edir ki, inzibati mübahisə tam və müfəssəl araşdırılmamış və bu arada yuxarıda göstərilmiş maddi hüquq normalarının mətnlərini xatırlatmağı zəruri sayır.
32. Belə ki, “X2” qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığo rtaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
33. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisn a olmaqla), artımlardan ibarət olan məbləğdir.
34. Həmin Qanunun 20.1.11-ci maddəsinə müvafiq olaraq, bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular.
35. Həmin Qanunun 20.14-cü maddəsinə görə (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyada) bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla ) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.
36. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir.
37. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə əsasən, Bu Qayda “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-c ü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “X2” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.
38. Həmin Qaydaların 1.2-ci bəndinə müvafiq olaraq, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
39. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, Qanun un 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
40. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “X2” qanunun (01 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş) 20.14.1-ci maddəsində deyilir ki, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla.
41. Bu arada xüsusi olaraq diqqətə alınmalıdır ki, iş m ateriallarından görünür ki, 20 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən «X2» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq (təbii ki, həmin maddənin xx.xx.2017-ci il tarixədək olan redaksiyada) iddiaçıya 23 il 10 ay xidmət müddətinə görə təminat xərcliyinin (1.090,29 manat) 59 faizi (20 ilə görə 50 faiz, 3 ilə görə 9 (3x3) faiz) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
42. Beləliklə, iddiaçıya pensiyanın 20 aprel 2014-cü il tarixdə təyin edilməsi işin təkzibolunmaz faktıdır və aydındır ki, o zaman “X2” qanunun 20.14.1-ci maddəsinə nə yeni əlavələr edilmiş, nə də ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı mövcud olmuşdur.
43. Lakin apell yasiya instansiyası məhkəməsi iddiaçının iddiasını rədd edərkən həmin məsələləri diqqətə almamış və araşdırmamış və məhz sözügedən yuxarıda adı çəkilən maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman şamil etmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hərəkət etməmişdir.
44. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
45. Burada işin önəmli bir halına xüsusi diqqət yetirilməlidir, belə ki, məlum olduğ u kimi, iddiaçıya 20 aprel 2014-cü il tarixdə pensiya təyin olunduğu zaman, iddiaçının iş stajından 10 ay 10 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və bildirilmişdir ki, “X2” qanunun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir.
46. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X2” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağada olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur.
47. Bununla belə, qeyd edilməlidir ki, “X2” qanunun 20.14.1-ci maddəsinin, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmi ş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır.
48. Belə ki, yuxarıda artıq göstərildiyi həmin maddənin Vİİ hissəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
49. Heç şübhəsizdir ki, iddiaçının natamam ildəki iş stajının, yəni 10 ay 10 gün müddətinin hesablanmasına (“X2” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir.
50. Həmçinin məhkəmə kollegiyası ayrıca olaraq “X2” qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırkı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir.
51. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya aid təminat xərcliyi barədə: 1. 2014-cü il təminat xərcliyi - 1090 manat 2. xx.xx.2018-ci il təminat xərcliyi – 1127 manat 3. xx.xx.2019-cu il təminat xərcliyi – 1263 manat 4. xx.xx.2020-ci il təminat xərcli yi – 1909 manat
52. İddiaçının 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi 1090,29 manat, 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi 1127,99 manat arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi-21,74 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir (iş səh. 169).
53. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məlumat vərəqələrinin dəqiq tarixlərini və mahiyyətini araşdırmayaraq, iş üzrə məhkəmə qərarı qəbul etmişdir.
54. Halbuki sözügedən məsələnin tam və hərtərəfli araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox əhəmiyyətlidir.
55. Belə ki, burada xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 1903 nömrəli, xx.xx.2022-ci il tarixli fərmanı ilə ləğv edilmişdir).
56. Həmin bənddə göstərilmişdir ki, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pen siyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
57. Sözügedən bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, “Əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yu xarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəası şəklində müəyyən edilmişdir, yəni təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (yuxarıda artıq göstərildiyi Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 iyun 2018-ci il tarixli, 142 nömrəli, 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edildiyinin bu qayda xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur).
58. Adı çəkilmiş Qaydanın 2.5-ci bənddəki sözügedən müddəa “X2” qanunun 20.14.1-ci maddəs inin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamış, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı.
59. Başqa sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı.
60. Lakin inzibati mübahisəni həll etmiş apellyasiya məhkəməsi, sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdırmadan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir.
61. Halbuki hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“X2” qanun un 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvəyə minmiş yeni redaksiyasında, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndi – 01 yanvar 2023-cü il tarixdən ləğv edilmişdir) və nəticə etibarı ilə də iddiaçının əmək pensiyasının düzgün hesablanmasının müəyyən olunması həmin maddi hüquq normalarına uyğun olaraq həyata keçirilməli olması zəruridir.
62. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar ba xılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-429/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.