Məhkəmə qərarları › İş №2-1(102)-1267/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1267/2019

07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1267/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “iddiaçıya məxsus bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi”tələbinə dair inzibati iş üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi və qərarın icrasının dayandırılması barədə vəsatəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2971/2018 saylı iş üzrə 18 dekabr 2018ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noya br 2017-ci il tarixli, 2-1(82)-2249/2017 saylı qərarı (hakim - E.M.Mustafayev) ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri Ləhiş bağ massivində yerləşən Bağlar Təsərrüfatı Birliyi tərəfindən ***** nömrəli 01 mart 2000-ci il tarixdə bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı ayrılmış sahəsi 0,12 ha olan **** saylı bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1320/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – X.Məmmədov, hakimlər – İ.Hüseynov və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-560/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh DƏDRX-nin 1 say lı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması haqqında vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, bağ sahəsi öz həqiqi yerindən 31 m kənarda yerləşir, müvafiq ərazi isə “xxxx” MMC-nin ərazisinə düşür. Buna görə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2249/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qərarının icrasının dayandırılmasına dair vəsatət isə İPM-in 105.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Həmin maddəyə görə vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2249/2017 saylı, 12 oktyabr 2018-ci il tarixli qərardadları (hakim – E.M.Mustafayev) ilə cavabdehin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsi və “məhkəmə qərarının icrasının dayandırılması”na dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2971/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2249/2017 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci 2018-ci il tarixli qərardadını ləğv edərək ərizənin və vəsatətin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış təkrar araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var və göstərilən bağ sahəsi öz həqiqi yerindən 31 metr kənarda yerləşir. Həmçinin, müvafiq ərazi “xxxx” MMC-yə məxsus olan ərazisinin hüdudları daxilində yerləşir. Yuxarıda qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin m əzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Bununla yanaşı, iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qanuni və əsaslı olduğu üçün apelyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağ ıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinin məzmunundan göründüyü kimi, onun yeni açılmış hallar istinad etdiyi hallar aşağıdakılardan ibarətdir:müvafiq bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var və göstərilən bağ sahəsi öz həqiqi yerindən 31 metr kənarda yerləşir. Həmçinin, müvafiq ərazi “xxxx” MMC-yə məxsus olan ərazisinin hüdudları daxilində yerləşir. Bununla bağlı olaraq kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin ilkin olaraq iş üzrə iddiaya qarşı etirazının, eləcə də həm birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinin, həm də apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin dəlillərindən görünür ki, eyni hallar onun tərəfindən mübahisələndirilmiş və artıq həmin hallar məhkəmə araşdırmalarının predmeti olmuş və məhkəmələr tərəfindən sözügedən dəlillər əsassız hesab edilərək şikayətləri təmin olunmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Həmin hallara cavabdeh başından etibarən istinad etmiş və qəbul edilmiş yekun məhkəmə aktında onlara qiymət verilməklə mübahisə həll edilmişdir. Ona görə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 105.1-ci m addəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd edilən maddəyə istinadla kollegiya hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilmədiyi üçün cavabdeh tərəfindən verilmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi də düzgün olmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2971/2018 saylı iş üzrə 18 dekabr 2018-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar