Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1267/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilm əsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 25 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim R.L.K ərimli) iddia təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni 25 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov, M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının nəzərinə çatdırılmışdır ki, işin materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 iyul tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2021-ci il 15 avqust tarixdə təqdim olunmuş, lakin həmin qərardan kassasiya şikayəti 2022-ci il 29 aprel tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra sürətli poçt xidmətinə təqdim olmuşdur. İddiaçıya prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları 04 iyul 2022-ci il tarixədək Azərbaycan R espublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etmək təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, m əhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını 4 ap rel 2022-ci il tarixdə məhkəmənin inzibati binasında qəbul etmişdir, bu baxımdan prosessual müddəti ötürməmişdir.
11. Məhkəmə kollegiyası prosessual müddətin ötürülmədiyinə dair iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 15 avqust 2021-ci il tarixdə şəxsən təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 29 aprel 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitə xidmətinə təqdim olunmuşdur. Həmin halları təkzib edən sübut işdə yoxdur. 1
2. İddiaçıya prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları 04 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etmək təklif olunmuş, əks təqdirdə, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
13. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-785/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.