Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1267/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin olunması; diaqnozun əlilliyə əsas verməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yinə qarşı “əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-540/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2014-cü il tarixdən “Baş beynin silkələnməsi. Keçirilmiş kəlləbeyin travmasının qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ilkin, daha sonra eyni diaqnoz və eyni səbəb ilə xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında aparılmış xx.xx.2002-ci il tarixli müayinə nəticəsində “Baş beynin silkələnməsi, Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri (1994)” diaqnozu əsasında “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir.
3. Əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayət üzrə TSEK-in xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin mü əyyən olunması Meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.1991-ci ildə Laçın rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmış, gizir vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1991-1993cü i llər ərzində X3 iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi zamanı qazandığı xəstəlik ucbatından “Qapalı kəllə-bəyin travması” diaqnozu qoyulması səbəbi ilə xx.xx.1993-cü il tarixdə hərbi xidməti sonlandırılmış və ehtiyata buraxılmışdır. Xidməti dövründə uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Hərbi xidmət keçdiyi dövrdən sonra xx.xx.1994-cu ildən xx.xx.1994-cu ilədək DİN Tibb İdarəsinin A.Heydərov adına Hərbi Hospitalında stasionar müalicə almış, lakin müalicəsi nəticəsiz qalmışdır. Sözügedən Hospitaldan alınmış 1216 nömrəli, 1994-cü il tarixli xəstəlikdən çıxarış epikrizi əsasında 21 sentyabr 2006-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Həkim Komissiyasının 13 saylı qərarı ilə “Qapalı kəllə-bəyin travması” di aqnozu qoyulmuş və ona ikinci dərəli əlillik təyin olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən əlillik vəsiqəsi təqdim olunmuşdur. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı ona “Baş beynin silkələnməsi, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri. Postravmatik ensafalopiya. Xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu qoyulmuş və xx.xx.2016-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixinədək hər hansı müddət məsələsi ilə bağlı problemlər meydana gəl məməsi üçün, habelə cavabdeh qurum tərəfindən onun göndərdiyi forma 88-lərə vaxtında baxılıb əlilliyinin yenidən qiymətləndirilməsi üçün 2021-ci ildən etibarən cavabdeh quruma müvafiq epikrizlər göndərməyə başlamışdır. İlk olaraq, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli çıxarışlarına cavabdeh qurum tərəfindən heç bir cavab göndərilməmişdir. Bundan sonra bir sıra klinikalarda müayinə və müalicə olunmuş, lakin xəstəliyi yenə də sağalmaz olaraq qalmışdır. Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin də N117 saylı çıxarışı verilmişdir ki, burada onun Sumqayıt Reabilitasiya Mərkəzindəki müayinəsi ilə bağlı təfərrüatlar qeyd olunmuş və müalicə ilə bağlı konsultasiyalar aparılmışdır. Lakin bütün bunlar nəticəsiz qalmışdır. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial E kspert Komissiyası tərəfindən onun “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə ona imtina cavabı gəmişdir. 2022-ci ildə X4 elektroensefaloqrafiya müayinəsindən keçmiş, həmçinin Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müayinədən keçdiyi ona “üzvi mənşəli qapalı kəllə-beyin travması, emosional assenik pozuntu ilə F 06.6, Yüngül koqnotiv pozuntu, qıcalma tutulmaları ilə F 06.7.” diaqnozu qoyulmuşdu. Beləliklə, bütün stasionar müalicə və müayinələrinin nəticəsiz qalmasından sonra xx.xx.2014-cü il tarixdən dispanser qeydiyyatında olduğu Sumqayıt 4 nömrəli xəstəxanasından 0530003AAJMD nömrəli göndəriş (forma 88) nümunəsini Tibbi Sosial Ekspert Komissiyasina göndərərək, müvafiq xx.xx.2022-ci il tarixli ərizə ilə ona təyin olunmuş ikinci dərəcəli əlilliyin bərpa olunmasını xahiş etmiş, lakin on un ərizəsi cavabdeh qurum tərəfindən cavablandırılmamışdır. Bir müddət sonra ona xx.xx.2022-ci il tarixində cavab məktubu qismində bir yazılı məlumat göndərərək onu əllilik vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət edəcəklərini və bu barədə onunla əlaqə saxlayacaqlarını bildirdilər. Lakin o vaxtdan bəri hələ də cavabdeh qurumdan bir hərəkət görməmiş, onunla heç bir əlaqə saxlanılmamışdır. Müvafiq əlilliyin bərpa edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddia tələbinə yazılı etirazında diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1245/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-ti bbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, T144/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda “Keçirilmiş kəllə-beyin travması (1994), postravmatik ensefalopatiya, qabarıq asteno-nevrotik sindrom, təkrarlanan vegetativ damar paroksizmlərlə kəllədaxili hipertenziya T90.5, S06.0” diaqnozu müəyyən edilmişdir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya əlilliyin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsi cava bdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2 -1(105)-540/2023 nömrəli qərarı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1245/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndərişdə qeyd edilmiş diaqnozun mövcudluğu tibbi sənədlər (tibbi müayinələrin nəticələri), mütəxəssisin izahatı və digər sübutlarla təsdiq olunduğundan, habelə həmin diaqnoz xəstəliklər yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə (orqanizmin 61-80 % pozulmasına) əsas olan xəstəlik qismi ndə çıxış etdiyindən, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilmədiyindən, cavabdehin imtinası əsassız olmuşdur.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Bütün diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. Əvvəlki diaqnozların da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olma dığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə ha kimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etm əli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz (mülahizə) təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Ma ddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edi r. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur): 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin m əhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ….. 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion x əstəlikləri (İ60İ66.9,G80-G80.9, S06.0-S06.9);..... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ….. 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.... 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəsk in nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9);.....
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəs təlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1 Qan təzyiqinin yükəsk olması ilə səciyyələnən xəstəliklər-İ10 Bənd
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olma sı. 6.1 Başın travmaları- S02-S09.... 6.6.2 digər ekstrapiramid və hərəki pozuntular-G25...... 6.7 Epilepsiya- G40 Bənd
8. Gözün və gözün əlavə aparatının xəstəlikləri Qeyd. Tibbi-sosial ekspertizanın aparılması zamanı gözün və onun əlavə aparatının xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn davamlı funksiya pozuntusunun təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi görmə funksiyalarının pozuntularının xarakterinə və təzahür dərəcəsinə (bunlardan əsasları: görmə itiliyi şərti vahidlərlə - v) və görmə sahəsi dərəcələrlə - ̊ ) əsaslanır. Görmə funksiyalarının vəziyyəti onların XBT-10-da verilmiş göstəricilərinin sıralanması vasitəsilə müəyyən olunur. Görmə analizatorunun pozulması dərəcəsi daha yaxşı görən (və ya yeganə) gözün funksiyasının optimal korreksiya ilə vəziyyətinə görə qiymətləndirilir. Daha dərin müayinə tələb olunanda elektrofizioloji və digər xüsusi morfofunksional müayinə üsullarından istifadə oluna bilər (görmənin retinal itiliyinin, törədilmiş görmə potensiallarının müəyyən edilməsi). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və mərhələsi, prosesin aktivliyi, çatışmazlığın əmələgəlmə vaxtı, ona qarşı adaptasiya dərəcəsi, korreksiyanın növü və xüsusiyyətləri (eynək, kontakt, intraokulyar). 8.1 Görmə itiliyi-H00-H59 8.2 Görmə sahəsinin daralması (periferik, fiksasiya nöqtəsindən radius boyu)- H00H59 Bənd
10. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları 10.1 Görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi -H00-H95
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qay dasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinə dair etirazın və apellyasiya şikayə tinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın iddiaçıya əlilliy in təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əsas diaqnoz və onun ağırlaşmaları kimi bir sıra xəstəliklər qeyd edilmiş, habelə həmin xəstəliklər məhz iddiaçı barəsində aparılmış bir sıra tibbi müayinələrin nəticəsi olaraq qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan tibbi sənədlər əsasında iddiaçının həmin xəstəliklərlə bağlı stasionar və ambulator müalicələrdə olması halı da müəyyən olunmuşdur.
26. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişində iddiaçının əsas diaqnozu “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmal arı => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi, Baş beyin sirkələnməsi. Keçirilmiş kəllə beyin travmasının qalıq əlaməti.(1994).;” kimi qiymətləndirilmişdir.
27. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, T144/2023 nömrəli ekspert rəyində isə göstərilmişdir ki, iddiaçıda müayinə zamanı “keçirilmiş kəllə beyin travması (1994), postravmatik ensefalopiya qabarıq asteno-nevrotik sindrom, təkrarlanan vegetative damar paroksizmlərlə, kəllədaxili hipertanziya (T90.5, S06.0)” diaqnozu müəyyən edilmişdir, yəni o hazırda həmin xəstəlikdən əziyyət çəkir, müvafiq tibbi göndəriş isə tam doldurulmuşdur.
28. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2022-ci il tarixli tibbi göndərişdə qeyd olunan xəstəliklərin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərində öz əksini tapmışdır, eləcə də iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir.
29. Beləliklə, apellyasiya məhkəməsinin haqlı mövqeyinə uyğun olaraq cavabdeh iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər aşkar olunduğu halda, əlilliyin təyin edilməsindən imtina etməsi əsaslarına dair heç bir dəlil təqdim edilməmiş, həmin müayinənin nəticələrini, buna dair tibbi sənədlərin nəyə görə əsas kimi qəbul edilməsindən imtina olunması hallarını əsaslandıra bilməmiş, habelə iş materialları əsasında təsdiq olunmuş halları təkzib edən heç bir sübuta istinad edilməmişdir.
30. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin d iaqnoz əsasında sonradan əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina etmişdir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-540/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.