Məhkəmə qərarları › İş №2-1(102)-1268/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1268/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1268/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın, məhkəmə iclas katibi F.Rəsulovanın iştirakı ilə, İddiaçı YYYqızının cavabdeh Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1394/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı YYYqızı cavabdeh Xəzər rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi və icra sənədinin tam icra olunması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2-1(82)-1932/2018 saylı 12 aprel 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1394/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1932/2018 saylı 12 aprel 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1394/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərardadından vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Sözügedən kassasiya şikayəti vəkil tərəfindən imzalanmış və vəkilin orderi işə əlavə olunsa da, həmin şikayətdə iddiaçının imzası olmamışdır. Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Göründüyü kimi kassasiya şikayəti yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə cavab verməmiş və bu barədə iddiaçıya Ali Məhkəmənin İnzibati –İqtisadi Kollegiyası 04.03.2019-cu il tarixli 2-1(102)-1268/2019 saylı Bildiriş ünvanlamış və 17.04.2019-cu il tarixədək iddiaçıya qeyd olunan çatışmazlıqların aradan qaldırılması təklif edilmiş, lakin iddiaçı tərəfindən kassasiya şikayətinin imzalanmış nüsxəsi məhkəmə yə təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinin tələblərinə əməl edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1394/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı YYYqızının kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilsin və kassasiya şikayəti iddiaçıya qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar