Məhkəmə qərarları › İş №2-1(102)-1268/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1268/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1268/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyin at İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-152/2021 nömrəli iş üzrə 08.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 01.09.2019-cu il tarixindən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Salyan rayonunun Rəncbər kəndində doğulmuş, hal-hazırda Hacıqabul rayonunun Rəncbər kəndində yaşayır. Orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1979-cu ildən 19 oktyabr 1980-cı ilədək və 02 dekabr 1980-ci ildən 21 aprel 1981-ci ilədək “Başkolxozlararasıtikinti” Baş İdarəsinin 3 nömrəli trestinin 13 nömrəli Tikinti Quraşdırma İdarəsində bənna işləmiş, 19 may 1981-ci ildən 21 may 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur, 11 avqust 1983-cü ildən 25 aprel 1983-cü ilədək “Şirvanneft” NQÇİ-də neftin kompleks hazırlanması sexində təmizləyici, 25 aprel 1983-cü ildən 27 aprel 1990-cı ilədək “Şirvanneft” NQÇİ-də neftin kompleks hazırlanması sexində əmtəə operatoru, 27 avqust 1990-cı ildən 31 yanvar 1996-cı ilədək “Şirvanneft” NQÇİ-də neft və qaz hasilatı sexində quyuların yeraltı təmir operatoru, 01 fevral 1996-cı ildən 30 noyabr 2000-ci ilədək “Azərpetoyl” müştərək müəssisəsində yeraltı təmir operator u, 01 dekabr 2000-ci ildən 01 dekabr 2003-cü ilədək “Qarasu” əməliyyat şirkətində Əsaslı və Yeraltı Təmir Sexində yeraltı təmir operatoru, 01 dekabr 2003-cü ildən 01 yanvar 2008-ci ilədək Quyuların Əsaslı və Yeraltı Təmir şöbəsində qazma ustası, 01 yanvar 2008-ci ildən 01 yanvar 2009-cu ilədək Quyuların Əsaslı və Yeraltı Təmir şöbəsində əsaslı təmir üzrə buruq ustası, 01 yanvar 2009-cu ildən 01 mart 2009-cu ilədək Quyuların Əsaslı və Yeraltı Təmir şöbəsində əsaslı təmir üzrə sahə ustası, 01 mart 2009-cu ildən 31 iyul 2019-cu ilədək Quyuların Əsaslı və Yeraltı Təmir şöbəsində quyuların əsaslı təmiri üzrə usta vəzifəsində, 01 avqust 2019-cu ildən hal-hazıra kimi “Şirvan Drillinq Limited” şirkətində Quyuların Əsaslı və Yeraltı Təmir sexində quyuların əsaslı təmiri üzrə usta vəzifəsində çalışm ışdır. 01 yanvar 2006-cı il tarixinədək 25 il 10 ay 29 gün ümumi, 21 il 8 ay 7 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq, 25 aprel 1983-27 avqust 1990-cı illərdə “Şirvanneft” NQÇİ-də neftin kompleks hazırlanması sexində əmtəə operatoru-06 il 04 ay 12 gün Siyahıda -10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər:....neft xammalının hazırlanması...-əmtəə operatorları; 27 avqust 1990-31 yanvar 1996-cı illərdə “Şirvanneft” NQÇİ-də neft və qaz hasilatı sexində quyuların yeraltı t əmir operatoru-05 il 05 ay 04 gün –Siyahıda -10.2 Neft, qaz və qaz kondesatının hasilatı-quyuların yeraltı təmiri üzrə operatorlar; 01 fevral 1996-30 noyabr 2000-ci illərdə “Azərpetoyl” müştərək müəssisəsində yeraltı təmir operatoru-04 il 09 ay 29 gün-Siyahıda-10.2.Neft, qaz və qaz kondesatının hasilatı-quyuların yeraltı təmiri üzrə operatorlar; 01 dekabr 2000-01 dekabr 2003-cü illərdə “Qarasu” əməliyyat şirkətində əsaslı və yeraltı təmir sexində təmir operatoru-03 il- Siyahıda 10.2. Neft, qaz və qaz kondesatının hasilatı-quyuların yeraltı təmiri üzrə operatorlar, 01 dekabr 2003-01 yanvar 2006-cı il tarixinə qədər əsaslı və yeraltı təmir sexində qazma ustası-02 il 01 ay-Siyahıda 10.1. Qazma-quyuların qazılması üzrə istehsalat peşələrində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçiril məsində məşğul olan ustalar və baş ustalar vəzifələrində işləməsi ilə əlaqədar toplamışdır. Ondan asılı olmayan səbəblər üzündən onun 01.09.1979-cu il 21.04.1981-ci illərdə Salyan rayon 13 saylı Tikinti Quraşdırma İdarəsində işləməsi barədə məlumatların həmin idarənin sənədlərinin Salyan arxivinə təhvil verilməməsi və ya hazırda ona məlum olmayan hər hansı digər bir arxivə verilməsi, həmçinin həmin arxiv sənədlərinin ümumiyyətlə, heç bir arxivə verilməməsi, yaxud vaxtilə müxtəlif səbəblərdən məhv olması, digər halda, həmin idarənin bazasında əgər bir idarə, qurum yaradılıbsa və tapılmayan arxiv sənədləri orada saxlanırsa və bu barədə onun məlumatı yoxdursa, bu onun qazandığı əmək stajının qanuniliyinə xələl gətirə bilməz. 57 yaşının tamam olduğu 01 sentyabr 2019-cu il tarixinə kimi 25 ildə n çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin 10 dekabr 2019-cu il tarixli **********4 nömrəli məktubu ilə onun xahişindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, güzəştli pensiya hüququ verən iş stajında 01.09.1979-cu il 21.04.1981-ci illərdə Salyan rayon 13 saylı Tikinti Quraşdırma idarəsində işləməsi barədə əmək kitabçasındakı qeydlər, həmin idarənin arxiv sənədlərinin Azərbaycan Respublika sının Dövlət Arxivinin Salyan filialına təhvil verilməməsi səbəbindən, qeyd olunan dövr üçün əmək stajının dəqiqləşdirilməsi mümkün olmaması səbəbilə, həmin dövr iş stajı kimi sosial sığorta stajına daxil edilmir və buna görə də 01 yanvar 2006-cı ilə qədər topladığı staj 25 ildən az təşkil edir və eyni səbəblə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 14.08.2020-ci il tarixli, 2-1(112)2465/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni 01.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq, ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8, 21.1, 21.2.3, 31.1 və 32.1-ci maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, 01.01.2006-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda 67 və 69 maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.08.2020-ci il tarixli, 2-1(112)-2465/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)-152/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.08.2020-ci il tarixli, 2-1(112)-2465/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 21.1, 21.2 və 21.2.11-ci maddələrinə, 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları ”nın, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan, yəni hələ 60 yaşına çatmadığından ona hazırkı qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. İddiaçıya 60 yaşı olmadan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün iddiaçı təl əb edilən ümumi və güzəştli iş stajını 01.01.2006-cı il tarixinədək toplamış olmalıdır. İddiaçı isə həmin tarixədək müvafiq iş stajına malik olmamışdır. İddiaçının əmək kitabçasında 01.09.1979-21.04.1981-ci il tarixləri arasındakı dövr ərzində Salyan rayon 13 saylı Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Həmin idarə tərəfindən iddiaçıya verilmiş 15 oktyabr 2019-cu il tarixli 431 nömrəli arayışda idarənin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də qeyd olunan dövrə aid əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövr sosial sığorta stajına daxil edilmədiyi üçün iddiaçının 01 yanvar 2006-cı il tarixinədək iş stajı 25 ildən az təşkil edir. Bundan əlavə, iddiaçının g üzəştli iş stajı da mübahisəlidir. Belə ki, iddiaçı güzəştli stajını təsdiq edən arayış təqdim etməmişdir. İddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. İddiaçının 25.04.1984-27.08.1990-cı illərdəki fəaliyyəti neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsində 01.01.2006-cı ilə qədər digər dövrlərdəki fəaliyyəti isə neft-qaz və qaz kondensatının hasilatı sahəsində həyata keçirildikdə güzəştli sayılır. Məhkəmə sorğusu əsasında iddiaçıya dair 07.01.2021-ci il tarixli arayış təqdim edilmişdir ki, orada da iddiaçının güzəştli iş stajı 5 il 5 ay 3 gün olaraq göstərilmiş, yəni 12 il 6 aya çatdığı müəyyən edilməmişdir.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətind ə, apelyasiya instansiyası məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(103)-152/2021 nömrəli qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08.02.2021-ci il tarixli q ərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

19. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göst ərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21. Həmin Qanunun 21.2-ci maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə z ərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrə li Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

23. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 19 97-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır.

24. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 26. 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 27. 3.1.1. Qanunun qüv vəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 28. 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 29. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 30. 3.2.1. əmək kitabçası; 31. 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilm iş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir;

32. Həmin qaydaların 4.1.10-cu bəndinə gör ə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar;

33. Həmin qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir;

34. Həmin qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üç ün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qayd aları”nın 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

37. Göründüyü kimi, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

38. İddiaçının 27.08.1990-cı il tarixdən - 01.01.2006-cı il tarixədək işlədiyi neft quyularının yeraltı təmiri üzrə operatoru və qazma ustası vəzifələri, cəmi 12 il 6 aydan çox olmaqla, 2 nömrəli Siyahının “21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - 21302000 -

2. Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a - a) fəhlələr - 2130200a-11292 - quyuların əsaslı təmirinin qazmaçıları və 2130200a-15870 - quyuların yeraltı təmiri üzrə operatorlar, yəni 2130200a-11292 və 2130200a-15870 şifrlərində nəzərdə tutulmuşdur.

39. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçı hərbi xidmət də daxil olmaqla, 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olduğunu müəyyən etmişdir.

40. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında 01.09.1979-21.04.1981-ci il tarix ləri arasındakı dövr ərzində Salyan rayon 13 saylı tikinti quraşdırma idarəsində əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Həmin idarə tərəfindən iddiaçıya verilmiş 15 oktyabr 2019-cu il tarixli 431 nömrəli arayışda idarənin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də qeyd olunan dövrə aid əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövr sosial sığorta stajına daxil edilmədiyi üçün iddiaçının 01 yanvar 2006-cı il tarixinədək iş stajı 25 ildən az təşkil edir.

41. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd edilən bu dəlilin də işə əlavə edilmiş iddiaçının əmək kitabçası və Hacıqabul rayon Dövlət Arxivinin 11.03.2020-ci il tarixli 12 nömrəli arayışı ilə təkzib olunduğunu müəyyən etmişdir.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08.02.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)-152/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar