Məhkəmə qərarları › İş №2-1(102)-1268/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1268/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1268/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçıları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1961-cı il təvəllüdlü, FİN:0W50EoT) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılmış pensiya ödənişlərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-320/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə 23 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaz qaynaqçısı peşəsi üzrə təhsil almış, xx.xx.1979-xx.xx.1981-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1978-xx.xx.1979, xx.xx.1982-xx.xx.1999, xx.xx.1999xx.xx.2005-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı 6 yanvar 2022-ci il tarixdə cavabdehə m üraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 14 yanvar 2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən Firmada işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (19 il 3 ay 10 gün (xx.xx.1979-xx.xx.1981-ci il və xx.xx.1982xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46560.00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14794,99 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona 57 yaşı tamam olduğuna görə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçının ümumi əmək stajı 28 il 7 ay 18 gün təşkil edir. Həmin müddətdən 23 il 11 ay onun elektrik qaynaqçısı olaraq zərər li iş stajı vardır. Onun işlədiyi vəzifənin zərərli işə aid olduğunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında 23200000-19906 kodla “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin imtinası əsassız və qanunsuzdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil ed ir.

7. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli e-2-1(112)-5846/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək stajının mübahisəli olduğu xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" Firmasının fəaliyyətinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.1999-cu il tarixdə, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfində n ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı vardır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli e-2-1(112)-5846/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.

12. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilmiş imtinanın məzmunu eynilik təşkil edir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə i stinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində ya ş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”. XXXİİİ. Ümumi peşələr. 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

22. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci i l tarixədək "xxxx" Firmasında işlədiyi dövrdə həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamış, 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının mümkün hesab edilmədiyini bildirilmişdir.

23. Məhkəmə kollegiyası cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 1 yanvar 2006-cı ilədək təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajı vardır.

24. Cavabdeh tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada aparılmış və iddiaçının işlədiyi müəssisə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********516700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətinə əsasən, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdır madan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.

26. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda həmin staj dövrünü qəbul etməy ə bilərdi.

28. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, iddianın təmin edilməsi üçün bu şərtin də ödənilməsinin vacibliyini nəzərə alaraq, məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir.

29. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Real-İnşaat” Firmasında işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda 23200000-19906 kodu ilə nəzərdə tutulmuşdur.

30. Beləliklə, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajına malik oldu ğundan onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar