Məhkəmə qərarları › İş №2-1(102)-1269/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1269/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1269/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri - mümkünlüyü, Nazirlər Kabinetinin qərarı, inzibati akt) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı onun hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-200/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 23 mart 2020-ci il tarixdə Nazirlər Kabinetində iclas keçirilmiş, həmin iclasda koronovirus infeksiyası ilə bağlı ölkədə mövcud vəziyyət müzakirə olunmuş və infeksiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində müvafiq karantin tədbirlərinin tətbiqi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Operativ Qərargahın 23 mart 2020-ci tarixli məlumatında bununla bağlı qeyd olunmuşdur ki, “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respubli kası Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 24 mart 2020-c- il saat 00.00-dan etibarən xüsusi karantin rejimi tətbiq edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin karantin tədbirlərinin tətbiqi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi, dərhal xüsusi karantin rejiminin ləğv edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, karantin zamanı ona maddi və mənəvi zərərin vurulması müqabilində cavabdehdən 6.000 AZN (4000 AZN maddi + 2000 AZN mənəvi zərərə görə) tutularaq onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli 2-1(112)- 5746/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qərardad əsaslıdır və onun ləğv olunması üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən et diyi hallarda qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt sayılır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi akt hamı üçün məcburi davranış qaydaları müəyyən edən, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir. Beləliklə, apelyasiya məhkəməsi hesab edir ki, qanunvericiliyin qeyd olunan normalarına əsasən mübahisə edilən qərar inzibati akt deyildir və bu baxımdan inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayıl araq işə mahiyyəti üzrə baxılması üçün yeni baxışa göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Daha sonra qeyd olunur ki, bu mənada Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmışdır, məhz həm in akta görə iddiaçının evdən çıxmaq hüququ əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır və bunu birmənalı olaraq yuxarıda qeyd edilən qərarın yaratdığı hüquqi nəticələrə aid etmək olar. Kassasiya şikayətinə etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 11 İddiaçı və onun vəkili kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi ). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Kassasiya şikayəti mümkündür. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və ona görə də təmin edilməməlidir (İPM 96.8-ci maddəsi). Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmır və bu baxımdan Bakı Apelyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün s ayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı ol masıdır (İPM-in 1.1-ci maddəsi). Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı (mübahisə qərarla əlaqədar olduğu üçün) mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üç ün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir. Başqa sözlə, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. İnzibati akt məhz bu keyfiyyətləri ilə ümumi və abstrakt qaydalar müəyyən edən, qeyri-müəyyən sayda şəxslər və hallar üçün nəzərdə tutulan normativ hüquqi aktlardan fərqlənir. Məhkəmə kollegiyası vurğulayır ki, Nazirlər Kabinetinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, həm inzibati aktlarla bağlı yuxarıda qeyd olunmuş tələblər, həm də normativ hüquqi aktlarla bağlı konstitusion-hüquqi tələblər baxımından qiymətləndirildikdə, Nazirlər Kabinetinin qərarının fərdi deyil, ümumi normativ xarakter daşıdığı, konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə deyil, qeyri-müəyyən sayda şəxslərə ünvanlandığı aşkar görünür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt sayılır. “Normativ hüquqi aktlar haqqında” Konstitu siya Qanununun 1.0.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi akt hamı üçün məcburi davranış qaydaları müəyyən edən, qeyrimüəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qəbul edilmiş, qeyrimüəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 122-ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən normativ hüquqi aktlarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin karantin, y əni pandemiya təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi hərəkətlər və tədbirlər də ümumu maraqlardan irəli gəlir və insanların həyatının, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Həmin hərəkət və tədbirlər “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsaslanır.

17. Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikası hökuməti müvafiq ərazilərdə və ya obyektlərdə xüsusi əmək, təhsil, hərəkət və sair rejimlər tətbiq edir. Həmin Qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 20 20-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilati, profilaktika və digər zəruri tədbirlərin görülməsi haqqında Qaydalar” qəbul edilmişdir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlərin, o cümlədən karantin-təşkilati, xüsusi sanitar rejimi, profilaktika və digər zəruri tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Qaydaların 1.3-ci bəndinə əsasən qeyd edilən tədbirlər Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı hissələrində tətbiq edilə bilər. Həmin qaydaların 1.4-cü bəndinə əsasən bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi müddəti Qaydaların 1.2-ci bəndində göstərilən qərarla müəyyən edilir. Qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti, müəyyən edilən qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin qərarı hazırkı məzmunda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada inzibati akt kimi qiymətləndirilə bilməz. Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı konkret hər hansı bir şəxsə deyil, ümumiyyətlə qeyri-müəyyən sayda şəxsə münasibətdə abstrakt normativ tənzimləməni nəzərdə tutur. Digər tərəfdən, yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsinə qarşı Azərbaycan Respublikası hökuməti tərəfindən tətbiq edilən xüsusi əmək, təhsil, hərəkət və sair rejimləri, habelə bu mübarizə tədbirləri çərçivəsində həyata keçirilən tədbirlər və hərəkətlər “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanununa əsaslanan, ümumu maraqlardan irəli gələn və insanların həyatının, sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə yönələn ümumi xarakterli tədbirlər kimi qiymətləndirilməlidir. Başqa sözlə, həmin tədbirlər Nazirlər Kabineti tərəfindən “Sanitariya-epidemioloji salamatlıq” haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində və həmin qanuna uyğun olaraq həyata keçirilmişdir.

19. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci ma ddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-200/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar