Məhkəmə qərarları › İş №2-1(102)-1269/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1269/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1269/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin dəyişdirilməsi” tələbin ə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-707/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhərində yerləşən sosial təyinatlı binalarda ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsi və ona verilmiş mənzilin Bakı şəhərində yerləşən digər mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-707/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır.

6. İddiaçı 20 fevral 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)707/2023 saylı qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-707/2023 nömrəli qərardadı iddiaçı tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin edilmə” barədə ərizə təmin edilərək, iddiaçının vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.

8. İddiaçı və vəkili 13 mart 2023-cü il tarixdə ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş etmişlər.

9. Ər izə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-ci il tarixdə “Femida” Vəkil Bürosu tərəfindən vəkillə təmin edilmiş, xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayəti təqdim etmək istəsə də, sistemdə baş verən xətaya görə iş üzrə materiallar sistemə yüklənməmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə rəsmi qaydada kassasiya şikayəti təqdim edir.

10. İddiaçı eyni zamanda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-707/2023 nömrəli qərarının ləğv edilməsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.

1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtin a edilməlidir.

13. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-c2 il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə, iddiaçıya məxsus şəxsi elektron kabinetində 10 fevral 2023-cü il tarixində yerləşdirilmişdir.

14. İddiaçının vəkili (nümayəndəsi) qərardan verilmiş kassasiya şikayətini 13 mart 2023-cü il tarixində, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə (elektron qaydada) təqdim etmişdir.

15. İddiaçı kassasiyanın mümkünlüyü barədə ərizədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-ci il tarixdə “Femida” Vəkil Bürosu tərəfindən vəkillə təmin edilmiş, xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayəti təqdim etmək istəsə də, sistemdə baş verən xətaya görə iş üzrə materiallar sistemə yüklənməmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə rəsmi qaydada kassasiya şikayəti təqdim etmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmır.

17. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

18. Hazırkı mübahisəyə münasibətdə iddiaçının vəkili tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, onun ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin bu qərarın 11-ci bəndində istinad olunan norma ilə tələb olunan müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur.

19. Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 21(103)-707/2023 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin ed ilməsin. Şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar