Məhkəmə qərarları › İş №2-1(102)-1269/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1269/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1269/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X7 Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxslərin reyestrində qeydə alınmış faktlarda baş vermiş sonrakı dəyişiklik nəzərə alınmaqla iddiaçıya məxsus mənzilə aid ünvanın reyestrdən çıxarılması; mülkiyyətin müdafiəsi; öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlir lər Baş İdarəsinin X7 Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “hüquqi ünvanın dövlət qeydiyyatından çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3687/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 12.02.2021-ci il tarixli qərara əsasən təsisçilər X5 və X6 tərəfindən "xxxx" MMC təsis edilmişdir. MMC-nin nizamnaməsinin 1.2-ci bəndinə əsasən cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 12, mənzil 21 göstərilmişdir.

2. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünva nında yerləşən 21 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. 3. 22.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Nailə Məmmədova 21 saylı mənzili İddiaçı bağışlamışdır. 4. 28.07.2021-ci il tarixli Təsis payının alqı-satqısı müqaviləsinə əsasən isə X1 "xxxx" MMC-də ona məxsus olan 50% faiz payını alıcı X3 mülkiyyətinə vermişdir.

5. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı: AZ1033, ünvan 4 təsisçisi və qanuni təmsilçisi X4r və onun nizamnamə kapitalında mayalarının miqdarı 100%-dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkə məsindəki icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən 12 saylı evin 21 saylı mənzilinin "xxxx" MMC-nin hüquqi ünvanı kimi dövlət qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X7 qeydiyyatı idarəsi ilə əvəz edilməsini xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətin in Milli Gəlirlər Baş İdarəsinin X7 qeydiyyatı idarəsi ilə əvəz edilmiş, "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 12, mənzil 21 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzilin mülkiyyətçisi olduqdan sonra aşkar etmişdir ki, onun evində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkət xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Onun evində belə bir şirkətin fəaliyyət göstərməsi tamamilə qanunsuzdur. Belə bir şirkət heç vaxt onun ünvanında fəaliyyət göstərməmişdir. Mənzil üzərində mülkiyyət hüququ ona məxsus olduğu üçün oraya qeydiyyata düşmək və ya qeydiyyatdan çıxarmaq hüququ da ona məxsusdur. Elə buna gö rə də xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, həmin şirkətin dövlət qeydiyyatının onun evindən çıxarılmasını xahiş etmiş, lakin bu günədək ona cavab verilməmişdir. Cavabdehin etirazları:

10. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsinin Ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğunu, belə bir qərarın təqdim edilmədiyini bildirməklə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2974/2023 saylı qərarı ilə iddia təmin edilmiş və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən 12 saylı evin 21 saylı mənzilinin "xxxx" MMC-nin hüquqi ünvanı kimi dövlət qeydiyyatından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. 13. "xxxx" MMC-nin qeydiyyatı zamanı onun ünvanı kimi qeydə alınmış yer (21 saylı mənzil) xx.xx.2021-ci ildən etibarən başqa şəxsin mülkiyyətinə keçmişdir, həmin ünvan hazırda MMC-nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer deyildir.

14. Qanunvericilik hüquqi şəxsin nizamnaməsinə dəyişikliyin ali idarəetmə orqanının qərarı ilə edilməsini təsbit etsə də, bu qaydalar mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Nəzərə al ınmalıdır ki, iddiaçının tələbi üçüncü şəxslərin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, hər bir halda təsis edilmiş hüquqi şəxslərin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmalarına qarşı yönəlmişdir. Bu halda iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3687/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2974/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddia ərizəsində Milli Gəlirlər Baş İdarəsinin X7 qeydiyyatı idarəsinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə ə sasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə ə vvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.

22. Bir halda ki, məhkəmə hazırkı iş üzrə iddianı inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğuna dair qənaətə gəlmişdir, o halda məhkəmə vergi orqanı tərəfindən hansı hərəkətinin və ya hərəkətsizliyinin iddiaçının hüququnun pozulmasına gətirib çıxardığına, həmin hərəkətlərinin davam edib-etmədiyinə dair hüquqi münasibət bildirməli idi.

23. Həmçinin qeyd etməliyik ki, istinad olunan Plenum Qərarının 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

24. Həmin Qərarın 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.

25. Qərarın 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

26. Həmçinin 5.3-cü bəndinə əs asən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır.

27. Belə olan halda məhkəmə prosessual qanunvericiliyinin mümkünlük şərtlərinə diqqətlə yanaşmalı və ayrıca qərardada qəbul etmədiyindən qərarından həmin şərtlərin mövcud olub-olmamasına dair mövqeyini əsaslandırmalı idi.

28. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbi pozulmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən s übutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Məhkəmə İPM-in 12-ci maddəsi ilə üzərinə düşən vəzifələri icra etməmiş, həmçinin iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan qiymətləndirmişdir.

30. Məhkəmə xidməti vəzifəsinə görə iddianın xüsusi və ümumi mümkünlük şərtlərini öncəliklə və birlikdə yoxlamalı olduğu halda yoxlamamış, birbaşa iddianın əsaslılığının yoxlanılmasına keçmişdir.

31. Beləliklə, məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

32. İPM-in 92.0.6-cı maddəsinin tələbi pozulmuşdur. Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərarın əsaslandırılmaması məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

57. Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla on unla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Cavabdeh hesab edir ki, bir halda ki, məhkəmə hazırkı iş üzrə iddianı inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğuna dair qənaətə gəlmişdir, o halda məhkəmə vergi orqanı tərəfindən hansı hərəkətinin və ya hərəkətsizliyinin iddiaçının hüququnun pozulmasına gətirib çıxardığına, həmin hərəkətlərinin davam edibetmədiyinə dair hüquqi münasibət bildirməli idi. Məhkəmə xidməti vəzifəsinə görə iddianın xüsusi və ümumi mümkünlük şərtlərini öncəliklə və birlikdə y oxlamalı olduğu halda yoxlamamış, birbaşa iddianın əsaslılığının yoxlanılmasına keçmişdir.

41. Məhkəmə kollegiyası şikayətin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işin materiallarına görə, iddiaçı iddianın məzmununa uyğun xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Həmin müraciətə cavabdeh tərəfindən baxıldığına dair işdə məlumat yoxdur. İddiaçı da iddia ərizəsində bu fakta əsaslanır.

42. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmuşdur.

43. Tələbin əsaslarına gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, reyestrdə "xxxx" MMC-yə dair qeydə alınmış faktlarda sonrakı dəyişikl iyin baş verdiyi nəzərə alınmaqla, iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir.

44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3687/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar