Məhkəmə qərarları › İş №2-1(102)-127/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-127/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-127/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə pensiya) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)1817/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 12.01.1962-ci il tarixdə doğulmuşdur. 1985-2005-ci illərdə müxtəlif müəssisələrdə işləmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona 14.03.2017-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur.

2. İddiaçı 25.07.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh 25.07.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya aid ə mək kitabçasında onun iki iş yeri üzrə işə daxil olma və işdən çıxma müddətləri arasında xeyli zaman fərqi olmasına baxmayaraq, qeydlər eyni qələmlə yazıldığı, "xxxx" Kiçik Müəssisəsi ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçmədiyi və hər iki müəssisənin sənədlərinin yoxlanılması mümkün olmadığı üçün onun ərizəsi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 14.03.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, 25 iyul 2019-cu il tarixdə xəstəliyi ilə əlaqəda r 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu əsassız olaraq 13.08.1991-ci il tarixindən 27.12.1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində fəhlə və 09.01.1996-cı il tarixdən 28.09.2005-ci il tarixədək 2 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli daş ustası vəzifəsində çalışdığı illəri iş stajı kimi sosial sığorta stajına daxil etməmişdir. 25.07.2019-ci il tarixli, **********7 saylı imtina məktubunda cavabdeh göstərmişdir ki, 13.08.1991-ci il tarixindən 27.12.1995-ci il tarixinədək "xxxx" Kiçik Müəssisəsində və 09.01.1996-cı il tarixdən 28.09.2005-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrlərə aid qeydlər əmək kitabçasında eyni qələmlə yazılmış, "xxxx" Kiçik Müəssisəsi ümumiyyətlə Dövlət Sosial Müdafiə Fond unda qeydiyyatdan keçməmişdir. Hər iki müəssisənin sənədlərinin yoxlanılması da mümkün olmamışdır. Bu səbəblərdən onun ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir.

6. Birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1505/2021 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 14.03.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 14.03.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş və onun əlilliyi müəyyən edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, iddiaçı tələ b olunan əmək stajına malik olduğundan (iş materiallarında olan hərbi bilet və əmək kitabçasına əsasən), ona münasibətdə qanunvericiliyin həmin normaları tətbiq olunmalı və iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməlidir.

8. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)-1817/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1505/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti məzmun baxımından imtinanın əsaslarına və apelyasiya şikayətinə uyğundur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında m üvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. Maddə 37.3.2. Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. 15. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 16. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxil i işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir

17. Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

19. İnzibati Prosessual Məcəllə: Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı mübahisə iddiaçıya aid əmək kitabçasında qeyd olunmuş 13.08.1991-ci il tarixdən 27.12.1995-ci il tarixədək "xxxx " Kiçik Müəssisəsində fəhlə, 09.01.1996-cı il tarixdən 28.09.2005-ci il tarixədək daş ustası işlədiyi illərin sığorta stajına daxil edilərək iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmasından cavabdehin imtinası ilə bağlıdır.

26. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

27. Mübahisəyə dair işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmələr tərəfindən i ddiaçının əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən hallar da müəyyən edilməmişdir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsaslanaraq qeyd olunmalıdır ki, iddiaçının 1985-2005-ci illərdə əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunduğundan, onun həmin illər üzrə əmək fəaliyyətinin təkrarən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)45/2021 nömrəli qərarları).

28. Kassasiya şikayətinin əmək kitabçasının mötəbərliyi ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normanın tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüqu qi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyi təqdirdə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Həmçinin nəzərə almaq lazımdır ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir.

30. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən məhkəməyə əmək kitabçasının mötəbərliyi ilə bağlı onda olan şübhələrin əsaslı və ya həqiqətə uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız əmək kitabçasında olan formal xətalara istinad e tmişdir. Halbuki, müvafiq araşdırma aparmadan, həmin formal xətalara istinad edərək iddiaçıya pensiya təyinindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, iddiaçının əmək kitabçasının mötəbər sayılmaması üçün əsaslar müəyyən olunmamışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunma sından yaxud yenidən hesablanmasından imtina barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

32. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qəra r qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Bu Qərarın 14-cü bəndində istinad olunan normaya (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq ş ərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

34. İş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin arayışından görünür ki, iddiaçıya 14.03.2017-ci il tarixdən üçüncü dərəcəli müddətsiz əlillik təyin olunmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qanunvericilik normaları və iş üzrə müəyyən olunmuş hallar baxımından, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçı tələb olunan sığorta stajına malikdir və iddiaçıya 14.03.2017-ci il tarixdən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

36. Beləliklə, iddiaçıya əlilliyə görə əm ək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

37. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1817/2021 nömrəli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar