Məhkəmə qərarları › İş №2-1(102)-1270/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1270/2017

20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1270/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1270/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı qəyyumluq və himayəçilik komissiyasının verdiyi rəyin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-934/2017 saylı, 31 mart 2017-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin təsdiq etdiyi rəyə əsasən (rəyin tarixi göstərilməmişdir) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı ilə L.Ə.Mərəndskaya arasında olan nikahın pozulmasına dair iş üzrə 27 dekabr 2008-ci ildə anadan olmuş uşağın L.Mərəndkayanın himayəsində qalması məqsədə müvafiq hesab edilmişdir. İddiaçı həmin rəyin əsassız olmasına görə inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsinə dair iddia ilə 31 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-4929/2016saylıiş) 19 dekabr 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını cavabdehin təsdiq etdiyi rəyin inzibati akt olmaması və həmin rəylə tərəflər arasında inzibati hüquq münasibətinin yaranmaması ilə əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X2, 2-1(103)-934/2017saylı iş) 31 mart 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 17 aprel 2017-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərardadının surətini almış, 26 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia ərizəsini n icraata götürülməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Mübahisə olunan rəy mülki icraat üzrə baxılan işdə mühüm rol oynayır. Qanunun tələbinə görə belə rəylər əsaslandırılmalı olduğu halda cavabdeh tərəfindən əsaslandırılmamışdır. Rəydə yazılanlar həqiqəti əks etdirmir. Rəy onun hüquqlarını pozur və qərəzli xarakter daşıyır. Şikayətin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 88 və 97-ci maddələrinə, habelə Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad edilmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında şikayətə uyğun çıxış etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 91-ci maddəsinin tələbinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən anasının yanında qalmasına dair cavabdehin təsdiq etdiyi rəylə bağlı yaranmışdır. Mübahisə olunan rəydən görünür ki, Binəqədi rayon Məhkəməsinin icraatında cütlük arasında boşanma işi vardır və boşanma ilə bağlı məhkəmə işə baxarkən uşağın valideynlərdən anasının yanında qalmasına dair cavabdeh tərəfindən rəy verilmişdir. 2011-ci il ilin yanvarından qüvvədə olan “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olmamasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilmə si, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində isə inzibati aktın anlayışı verilmişdir. Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-ə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qayd alarını müəyyən edir (İPM-in 1.1-ci maddəsi). İddiaçının iddia ərizəsindən isə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Binəqədi rayon İcra Hakimiyyətini göstərsə də, irəli sürdüyü tələb inzibati hüquq münasibətlərinə aid deyildir. Odur ki, mübahisənin publik hüquqla tənzimlənməsi istisna olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlah iyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılm alı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi üçün onunla iddiaçı arasındakı münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkət sizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-934/2017 saylı, 31 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən s axlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar