Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1270/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2445/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Zəngilan rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 20 sentyabr 1971-ci i l tarixindən 20 mart 1972-ci il tarixinədək, 22 mart 1972ci il tarixindən 29 oktyabr 1973-cü il tarixinədək, 04 noyabr 1973-cü il tarixindən 16 iyul 1974-cü il tarixinədək, 06 sentyabr 1974-cü il tarixindən 01 avqust 1975-ci il tarixinədək, 21 oktyabr 1975-ci il tarixindən 13 fevral 1976-cı il tarixinədək, 18 fevral 1976-cı il tarixindən 20 aprel 1976-cı il tarixinədək, 01 iyul 1976-cı il tarixindən 01 sentyabr 1976-cı il tarixinədək, 03 sentyabr 1976-cı il tarixindən 25 sentyabr 1979-cu il tarixinədək, 10 dekabr 1979-cu il tarixindən 01 fevral 1992-ci il tarixinədək, 01 fevral 1992-ci il tarixindən 30 iyun 1997-ci il tarixinədək, 01 fevral 1998-ci il tarixindən 01 mart 1998-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. (25.10.1976-cı tarixli əmək kitabçası) İddiaçı 20 sentyabr 19 71-ci ildən 20 mart 1972-ci ilədək təhsil almış, ona rəngsazsuvaqçı ixtisası verilmiş, 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. (Sənaye-Tikinti Nazirliyinin Mərkəzi Tədris Kombinatı tərəfindən verilmiş 1799 saylı Şəhadətnamə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu, iddiaçıya 28 mart 2018-ci il tarixli, 19/2788-0 nömrəli məktub ünvanlanaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olm ayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan sosial stajı və pensiya kapitalı olmadığı üçün onun ərizəsini təmin etmək mümkün deyildir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20 sentyabr 1971-ci il tarixindən 20 mart 1972-ci il tarixinədək, 22 mart 1972-ci il tarixindən 29 oktyabr 1973-cü il tarixinədək, 04 noyabr 1973-cü il tarixindən 16 iyul 1974-cü il tarixinədək, 06 sentyabr 1974-cü il tarixindən 01 avqust 1975-ci il tarixinədək, 21 oktyabr 1975-ci il tarixindən 13 fevral 1976-cı il tarixinədək, 18 fevral 1976-cı il tar ixindən 20 aprel 1976-cı il tarixinədək, 01 iyul 1976-cı il tarixindən 01 sentyabr 1976-cı il tarixinədək, 03 sentyabr 1976-cı il tarixindən 25 sentyabr 1979-cu il tarixinədək, 10 dekabr 1979-cu il tarixindən 01 fevral 1992-ci il tarixinədək, 01 fevral 1992-ci il tarixindən 30 iyun 1997-ci il tarixinədək, 01 fevral 1998-ci il tarixindən 01 mart 1998-ci il tarixinədək işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1954-cü ildə Zəngilan rayonunda anadan olmuşdur və 63 yaşı tamam olduğu tarixə 25 il 01 ay 01 gün sığorta stajı mövcuddur. Ona görə də, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 28 mart 2018-ci i l tarixli, 19/2788-10 saylı məktubla pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, pensiya hüququ yarandığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2378/2018 saylı, 07 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 20 sentyabr 1971-ci il tarixindən 20 mart 1972-ci il tarixinədək, 22 mart 1972-ci il tarixindən 29 oktyabr 1973-cü il tarixinədək, 04 noyabr 1973-cü il tarixindən 16 iyul 1974-cü il tarixinədək, 06 sentyabr 1974-cü il tarixindən 01 avqust 1975-ci il tarixinədək, 21 oktyabr 1975-ci il tarixindən 13 fevral 1976-cı il tarixinədək, 18 fevral 1976-cı il tarixindən 20 aprel 1976-cı il tarixinədək, 01 iyul 1976-cı il tarixindən 01 sentyabr 1976-cı il tarixinədək, 03 sentyabr 1976-cı il tarixindən 25 sentyabr 1979-cu il tarixinədək, 10 dekabr 1979-cu il tarixindən 01 fevral 1992-ci il tarixinədək, 01 fevral 1992-ci il tarixindən 30 iyun 1997-ci il tarixinədək, 01 fevral 1998-ci il tarixindən 01 mart 1998-ci il tarixinədək işlədiyi dövrlər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb ol muşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2445/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2378/2018 saylı, 07 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2445/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya inst ansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1 -dək hər il 6 ay artırılır). Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 2010-cu ilədək qüvvədə olmuş redaksiyasına görə, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvədə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu qanunun müddəalarına əsasən şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasını n ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2445/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxı lması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla veril diyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqq ında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.19 92-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. Həmin Qanun unun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələ ri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıdakı qanunvericilik aktlarına əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayış lar əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 29 sentyabr 2017-ci il tarixli 2909 saylı arayışında göstərilmişdir ki, BBTİ 5 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1954-cü il təvəllüdlü vətəndaş İddiaçı 23 mart 1972-ci il tarixli, 67 saylı əmrlə 22 mart 1972-ci il tarixdən X1 Kombinatından buraxıldıqdan sonra 2ci dərəcəli rəngsaz- suvaqçı vəzifəsinə işə qəbul olunması, 26 oktyabr 1973-cü il tarixli, 165 saylı əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 29 oktyabr 1973-cü il tarixdən işdən azad olunması, yenidən 05 sentyabr 1974-cü il tarixli, 134 saylı əmrlə 06 sentyabr 1974-cü il tarixdən hərbi xidmətdən qayıtdıqdan sonra 2-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunması və 04 avqust 19 75-ci il tarixli, 106 saylı əmrlə 01 avqust 1975-ci il tarixdən işdən azad olunması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının 25 ildən çox əmək stajı olması əmək kitabçası və arxiv arayışı ilə təsdiq edildiyindən ona əmək pensiyasının təyin edilməsi qanunveri ciliyin tələbinə uyğundur. Apelyasiya şikayətində olduğu kimi cavabdeh kassasiya şikayətində də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan redaksiyasına istinad etməklə iddiaçının pensiya hüququnun olmamasını qeyd edir. Bu dəlillə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olma qla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 63 yaş 6 ayı 11.04.2018-ci ildə tamam olduğundan və həmin vaxt qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğundan, həmçinin iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası və arayışlar olduğundan cavabdehin imtinası əsaslı hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim ol unan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhk əmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2445/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qə
Məhkəmə qərarları › İş №2-1(102)-1270/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1270/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver