Məhkəmə qərarları › İş №2-1(102)-1270/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1270/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1270/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci ildə anadan olub; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 198 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdən 11 avqust 1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır. 2. НЗ seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı 21 oktyabr 1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 3. 0385139 nömrəli Əmək kitabçasına əsasən, İddiaçı 2 iyun 1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 2 iyun 1980-ci il tarixdən 16 oktyabr 1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz, 29 mart 1983-cü il tarixdən 22 may 1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi, 26 iyul 1984-cü il tarixdən 30 avqust 1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı, 1 sentyabr 1993-cü il tarixdən 3 iyul 1995ci il tarixədək “Azneft” İB-də X3 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı, 3 iyul 1995-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək Də rin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı, 2 oktyabr 2000-ci il tarixdən 1 mart 2001-ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı, 1 mart 2001-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Caspian SEA LTD MMCdə 6-cı dərəcəli qazmaçı, 9 avqust 2008-ci il tarixdən 25 dekabr 2008-ci il tarixədək “Binəqədi Oil” Kompani şirkətində əməliyyat şöbəsi Qazma sahəsinə qazmaçı köməkçisi, qazmaçı, 21 avqust 2009-cu il tarixdən 19 iyul 2010-cu il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir sexinə qazmaçı, 22 oktyabr 2010-cu il tarixdən 1 may 2012-ci il tarixədək X2 FZE şirkətində qazmaçı, 7 iyun 2012-ci il tarixdən 13 oktyabr 2016-cı il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir sexinə yeraltı təmir operatoru, qazmaçı, 14 oktyabr 2016-cı il tarixdən 9 dekabr 2019-cu il tarixədək “Binəqədi Oil” Kompani şirkətində Quyuların yeraltı və əsaslı təmir qazmaçı peşəsində işləmiş, 10 dekabr 2019-cu il tarixdən hal-hazıra kimi Shirvan Drilling Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qazma sahəsində qazma ustası işləyir.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/Z-552 nömrəli, 7 noyabr 2019-cu il tarixli arayışına əsasən, iddiaçı həqiqətən də 1984-1993, 1995-1999, 2000-2001-ci illərdə qazma köməkçisi, qazmaçı və 6-cı dərəcəli buruq montajçısı peşələrində işləmişdir.

5. SOCAR-ın 19 noyabr 2019-cu il tarixli arayışında göstərilmişdir: “SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivind ə saxlanılan sənədlərə əsasən xx xxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 2 iyun 1980-cı ildə (əmr № 77/k, 2 iyun 1980-cı il) “Azneft” Birliyi FTŞ-nin Neftçala bölümünün 17 №-li yeməkxanasına 3-cü dərəcəli aşpaz peşəsinə işə qəbul edilmişdir. 16 oktyabr 1980-cı ildə (əmr № 122/k, 16 oktyabr 1980- cı il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 29 mart 1983-cü ildə (əmr № 40/k, 28 mart 1983-cü il) X1 İdarəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlində göstərilən qeydə əsasən 1 fevral 1984-cü ildən 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, 1984-cü ilin may ayına kimi əmək haqqı alması (may ayında 12 iş günü olmaqla) göstərilmişdir.” 6. “Caspian Sea LTD” müəssisəsinin 25 yanvar 2021-ci il tarixli arayışın a əsasən, İddiaçı 1 mart 2001-ci il tarixli, 14 nömrəli əmrə əsasən "Caspian Sea" LTD müəssisəsində 6-cı dərəcəli qazmaçı vəzifəsində çalışmışdır. 14 dekabr 2007-ci ildə öz istəyi ilə 38 nömrəli əmrə əsasən işdən azad edilmişdir.

7. İddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. Cavabdeh orqanın 2 dekabr 2020-ci il tarixli, 20633/08308 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 oktyabr 1980-cı il tarixli, ******* nömrəli əmək kitabçasında 3 iyul 1995-30 sentyabr 1999-cu il tarixləri arasındakı dövr ərzində Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd e dildiyi halda, Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya dair 7 noyabr 2019-cu il tarixli 18/Z-552 nömrəli arayışında həmin dövr ərzində buruq montajçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Sənədlərdə uyğunsuzluqların olması və eyni zamanda iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az (8 il 2 ay 24 gün) təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2019-cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-cı ildə anadan olmuş, xx.xx.2019-cu ildə 57 yaşı tamam olmuş və həmin tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının, hərbi biletin təsdiq edilmiş surətlərinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat Xidmətinin xx.xx.2019-cu il tarixli 18\Z-552 saylı arxiv arayışına, SOCAR-ın xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu İl tarixli arxiv arayışlarına; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2020-ci il 225 saylı arayışlarına görə ümumi sığorta stajı 26 il, 07 ay, 26 gün təşkil edir, onun da 18 il, 01 ay, 15 günü güzəştli şərtlərlə st aj hesab edilir. İddiaçı cavabdehə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfin imtinasını əsassız hesab edir. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həmdə xüsusi stajı var.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və Milli Geoloqiya Kəşfiyyat xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli və SOCAR tərəfindən xx.xx.2019-cu il tarixdə tərdib edilmiş arxiv arayışını təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası ona xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və üzərində Şirvan Drillinq Limited Şirkətinin Azərbaycan Respublikası Filialının Kadrlar üzrə mütəxəssisi tərəfindən “əsli ilə düzdür” möhürü ilə möhürlənmişdir. Lakin, bu zaman həmin əmək kitabçasının hansı əmək kitabçası ilə əslinin düz olmasını müəyyən etmək olmur. Belə ki, iddiaçı onun ilkin əmək kitabçasını nə məhkəməyə nə də ki, cavabdeh orqana təqdim etməmişdir. Həmin əmək kitabçası ilə Milli Geoloqiya Kəşfiyyat xidməti tərəfindən (onlarda olan əmirlərə əsasən) tərtib edilmiş 7.11.2019-cu il tarixli arayışda iddiaçının işlədiyi peşələrin adlarında fərqlər var və bu da iddiaçının əmək kitabçası kimi təqdim etdiyi ******* saylı əmək kitabçasının içərisində iddiaçının işlədiyi peşələrin qəsdən adlarının digər bir peşələrin adları ilə əvəz edilməsini göstərir. Belə ki, ******* saylı əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçı 3.07.19xx-xx.091999-cu il tarix ləri arasında Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsinin 6-cı dərəcəli qazmaçı işlədiyi qeyd edilsə də, Milli Geoloji Kəşfiyyat Xidmətinin 7 noyabr 2019-cu il tarixli, 18/Z- 552 saylı arayışında həmin dövr ərzində iddiaçının buruq montajçısı vəzifəsində işlədiyi göstərilmişdir. Buruq montajçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”da qeyd edilmədiyindən, həmin arayış tərtib edildikdən sonra verilmiş əmək kitabçasında qeyd edilən peşə qəsdən adı başqa peşə ilə dəyişdirilmişdir. Məhz bu səbəbdən iddiaçının həmin dövr üzrə işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. Həmçinin, onu da xüsusilə qeyd edirlər ki, iddiaçının təqdim etdiyi heç bir arayışda onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Onu da qeyd etmək istərlər ki, məhz bu səbəbdən iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı cəmi 08 il 02 ay 24 gündür. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik xx.xx.2017-ci il tarixli, 543-VQD nömr əli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblə rə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dən əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nin qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimlənmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarının 3.2-ci bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2.əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bə rpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4439/2021 nömrəli, 1 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 15 iyul 2019-cu il tarixdən (57 yaşdan) güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin 21 iyul 2016-cı il tarixdə 57 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məh kəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-386/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik t əşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 31. bənd 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası h üququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32. bənd 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə ça lışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan d igər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apelyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, o cümlədən peşələrin uyğunluğu ilə bağl ı məsələni hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşı 15 iyul 2019-cu il tarixdə tamam olmuşdur və o, 1 sentyabr 1979-cu il tarixdən 11 avqust 1980-ci il tarixədək Azərbaycan SSR Neftçala rayonu 151 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış (11 ay 10 gün), 21 oktyabr 1980-ci il tarixdən 28 dekabr 1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş (2 il 2 ay 7 gün), əmək kitabçasına əsasən 2 iyun 1980-ci il tarixdən 16 oktyabr 1980-ci il tarixədək “Azneft” Birliyi Fəhlə təchizatı şöbəsinin Neftçala bölməsi üzrə 17 saylı stansiyasında 3-cü dərəcəli aşpaz (4 ay 14 gün), 29 mart 1983-cü il tarixdən 22 may 1984-cü il tarixədək “Azneft” Birliyinin Kürsəngi Qİİ-də 3-cü və 4-cü dərəcəli qazmaçı köməkçisi (1 il 1 ay 23 gün), 26 iyul 1984-cü il tarixdən 30 avqust 1993-cü il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinin Neftçala hidroloji kəşfiyyat dəstəsində qazmaçı (9 il 1 ay 4 gün), 1 sentyabr 1993-cü il tarixdən 3 iyul 1995-ci il tarixədək “Azneft” İB-də X3 Qazma Ekspedisiyasında 5-ci və 6-cı dərəcəli qazmaçı (1 il 10 ay 2 gün), 3 iyul 1995-ci il tarixdən 30 sentyabr 1999-cu il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (4 il 2 ay 27 gün), 2 oktyabr 2000-ci il tarixdən 1 mart 2001-ci il tarixədək Dərin qazma ekspedisiyasının Neftçala qazma dəstəsində 6-cı dərəcəli qazmaçı (4 ay 29 gün), 1 mart 2001-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Caspian SEA LTD MMC-də 6-cı dərəcəli qazmaçı (xx.xx.2006-cı il tarixədək 4 il 10 ay) peşəsin də işləmişdir.

29. İddiaçının təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 1 yanvar 2006cı il tarixədək 25 ildən çox, 25 il 24 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmış və həmçinin işə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 18 il 7 ay güzəştli iş stajına malik olmuşdur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyalar ı haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində ümumu və xüsusi, yəni tam stajla bağlı nəzərdə tutulmuş dispozisiya şərtləri 1 yanvar 2006-cı il tarixədək iddiaçıya münasibətdə tam ödənildiyindən, iddiaçı həmin şərtlərin ödənildiyi dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş digər şərtin – 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası hüququnu qazanmışdır.

32. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya h əmin pensiyanın təyin olunması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar