Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1270/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-883/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı müddət, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dövrü güzəştli iş stajı hesab edilməsi, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixə və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrləri sosial siğorta stajına daxil etməklə yaşa görə güzəştli şərtlə əmək pensiyasına hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliynin cavabdehə həvalə edilməsi barədə iddia tələb i ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil müddətinin və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-532/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2021-ci il tarixli, 21(103)-202/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddət onun sosial sığorta stajına daxil edilmiş, İddiaçı1 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
6. İddiaçı1 21 dekabr 2021-ci İl tarixində vəfat etmişdir.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edil məməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)694/2022 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarının ləğv edilməsi və iş üzrə ic raatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdı ki, araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı1 21 dekabr 2021-ci il tarixində vəfat etmişdir. Buna baxmayaraq vəfat etmiş şəxsə dair inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Bu səbəbdən də qeyd olunan məhkəmə qərarının Mərkəzi Filial tərəfindən icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olu na bilər. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən icraata xitam verilmə əsası kimi “iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə” müəyyən olunmuşdur. Aydındır ki, pensiya hüququ şəxsi hüquqdur, hüquq varisliyi yolu ilə vərəsələrə ötürülmür. “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Sözügedən maddə yalnız əmək pensiyaçısı olan şəxslərin alınmamış pensiya məbləğinin vərəsələrə ödənilməsi imkanını müəyyən edir. Bu halda isə iddiaçı əmək pensiyaçısı olmadığından sözügedən iş üzrə hüquq varisliyindən söhbət gedə bilməz.
11. Bakı İnzi bati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 5.10.2022-ci il tarixli, 21(112)-532/2020 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçının ölməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş yeni açılmış hal kimi qiymətləndirilə bilməz.
13. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9.2.2023-cü il tarixli, 21(103)-883/2023 nömrəli qərardadı ilə İddiaçı1 həyat yoldaşı X1 iddiaçının hüquqi varisi qismində tanınmışdır
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9.2.2023-cü il tarixli, 21(103)-883/2023 nömrəli qərardadı ilə (hakimlər: A.P. Oruczadə,-məruzəçi, X.A. Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 5.10.2022-ci il tarixli, 2-1(112)-532/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 17.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadını ləğv edərək iş üzrə icraatın təzələ nməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı 26 aprel 2022-ci il tarixinə aiddir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı1 21 dekabr 2021-ci İl tarixində vəfat etmişdir. Buna baxmayaraq vəfat etmiş şəxsə dair inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Bu səbəbdən də qeyd olunan məhkəmə qərarının Mərkəzi Filial tərəfindən icrası mümkün olmamışdır. Pensiya hüququ şəxsi hüquqdur, hüquq varisliyi yolu ilə vərəsələrə ötürülmür. “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi, sözügedən maddə yalnız əmək pensiyaçısı olan şəxslərin alınmamış pensiya məbləğinin vərəsələrə ödənilməsi imkanım müəyyən edir. Bu halda isə iddiaçı əmək pensiyaçısı olmadığından sözügedən iş üzrə hüquq varisliyindən söhbət gedə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qə rar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsini n mümkünlüyü Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə b aşa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.
29. Cavabdeh inzibati orqan İddiaçı1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 42.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə uyğun olaraq pensiya hüququnun hüquq varisliyi yolu ilə vərəsələrə ötürülə bilməməsini əsas gətirərək həmin halın yeni açılmış hal kimi qiymətləndirilərək icraatın təzələnməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmi şdir ki, iddiaçının vəfat etməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş yeni açılmış hal kimi qiymətləndirilə bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-883/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası vurğulayır ki, iddianın təmin edilməsi barədə yekun qərar 8 dekabr 2021-ci il tarixdə apellyasiya məhkəməsi tərəfindən qəbul edildiyindən, İPM-in 101ci maddəsinə görə ərizəyə birinci instansiya məh kəməsi deyil, apellyasiya məhkəməsi baxa bilərdi. İPM-in 96.7-ci maddəsinə əsasən belə pozuntu apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas sayılmır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-883/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.