Məhkəmə qərarları › İş №2-1(102)-1271/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1271/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1271/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının hüquq varisi x1 nümayəndəsi x2, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(103)-157/2019 nömrəli qərardadından cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 bağ sahəsinə dair plan-ölçü sənədinin tərtib olunması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 22 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İdarənin elektron baza məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Sahənin bir hissəsi yüksək təzyiqli qaz xəttinin, digər bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2017-ci il 22 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanuni istifadəsində olan ünvan 1 bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli 2-1(82)-886/18 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(103)-157/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm cavabdehin məktubunda, həm də mütəxəssis rəyində iddiaçının istifadəsində olan bağ sahəsinin bir hissəsinin yüksək təzyiqli qaz xəttinin, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi göstərildiyindən, baxılan mübahisə hüquqlarına toxunduğu üçün işə baxan məhkəmə tərəfindən x4 və x5 iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğu halda, məhkəmə tərəfindən prosessual normanın tələbinə riayət edilməmişdir. Məhkəmənin qərardadı cavabdehə 2019-cu il 30 yanvar tarixdə təqdi m edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-cu il 7 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, x4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 11.1, 12.1, 23-cü maddələrinin, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.4, 67-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3, 4.1, 14.1-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 28.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Kassasiya instansiyasında icraat: İddiaçı x3 2019-cu il 30 yanvar tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(102)-1271/2019 nömrəli qərardadı ilə i ddiaçı x3 prosessual hüquq varisi x1 ilə əvəz edilmişdir. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının hüquq varisi x1 məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 87.7.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məh kəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Apellyasiya instansiyası məhkəməsi həmin normanı hazırkı işə tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin məktubunda və mütəxəssis rəyində iddiaçının istifadəsində olan bağ sahəsinin bir hissəsinin yüksək təzyiqli qaz xəttinin, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi göstərildiyindən x4 və x5nin onların mübahisə predmeti ilə bağlı mövqeyi öyrənilməli, həqiqətən bağ sahəsinin hər hansı hissəsindən istismarda olan qaz xətti keçib-keçmədiyi x4- nin iştirakı ilə araşdırılmalı, ərazinin bir hissəsi elektrik xəttinin mühafizə zonasına düşdüyündən həmin xəttin hansı tarixdə çəkildiyi araşdırılmalı, əgər xətt iddiaçıya torpaq sahəsi ayrılmazdan əvvəl çəkilmişsə iddiaçının mühafizə zonasına düşən sahə nəzərə alınmadan bağ sahəsinin özəlləşdirilməsi məsələsinə münasibəti aydınlaşdırılmalıdır. Bundan əlavə, işin materiallarına görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylıBakı Ərazi İdarəsinin arxivində yalnız “Qum adası” adına neft və qazçıxarma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında tərtib edilmiş ayrıc aktı mövcuddur. Lakin iddiaçıya bağ sahəsi ayrılması barədə protokoldan çıxarışda Bakı şəhər İcra Hakimiyyətini n 2005-ci il 20 may tarixli, 126 saylı sərəncamına istinad edilmişdir. Ərazi İdarəsinin məhkəmənin sorğusuna 2018-ci il 6 mart tarixli cavab məktublarında Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il 20 may tarixli, 126 saylı sərəncamının, üzvlərin siyahısının, protokoldan çıxarışın arxiv qovluğunda aşkar olunmadığı qeyd edilmişdir. Həmin sərəncam əsasında tərtib edilmiş ayrıc aktının arxivdə olub-olmadığı ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə verdiyi mütəxəssis rəyinə görə, iddiaçının istifadəsində olan 16 saylı bağ sahəsinin “Qum adası” bağçılıq yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi ilə bağlı məhkəmə tərəf indən qoyulmuş sual Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylıBakı Ərazi İdarəsinin məktubuna istinad edilərək cavablandırılmışdır. Halbuki, cavabdeh orqanın bu mövqeyinin əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə rəy verməsi zəruri hesab edilmişdir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəq il şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhz həmin prosessual normaların tələblərinin pozulması səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə işi təkrar baxılması üçün həmin məhkəməyə göndərməkdə haqlı olmuşdur. Digər tərəfdən, cavabdehin özü də kassasiya şikayətində icra hakimiyyəti orqanları ilə bərabər, x4-nin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və eksper tiza təyin edilməli olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(103)-157/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar