Məhkəmə qərarları › İş №2-1(102)-1271/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1271/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1271/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (vergi orqanının qərarının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Könül Əliyevanın, cavabdehin nümayəndəsi Rəşad Qazıyevin və vəkili Fərid Sadıqovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-116/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi orqanı tərəfindən qəbul edilmiş “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsibarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yoxlama zamanı ortaya çıxan m əsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu halda ekspertiza təyin edilir. Yoxlama aparılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək hüququ vardır. Ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda yoxlanılan şəxs təkrar ekspertizanın keçirilməsini tələb edə bilər. Ekspert rəyində hesablamalar ümumi şəkildə müxtəlif ərazilər üzrə aparılmış, iş və xidmətlər üçün eyni faizlə (20 %) əmək tutumu və eyni faizlə (68 %) material xərcləri müəyyən edilmişdir. Bu isə müxtəlif ərazilər üzrə eyni əmsalın tətbiqində şübhələr yaradır və əsaslı olmadığını göstərir. Habelə, ekspert rəyində müəssisəyə aidiyyəti olmayan podrat və subpodrat müəssisələrin adları qeyd olunmuşdur ki, bu da rəyin düzgün olmayan qeyri-real məlumatlar əsasında müəyyən edilməsinə dəlalət edir. Texniki avadanlıqların icarə haqqının bazar qiymətlərinin müəyyən edilməsində ekspert qeyripeşəkarlığa yol vermişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(84)-1461/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il t arixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-116/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Mübariz Hüseynov və Rövşən Rəfiyev) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsininxx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1461/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Şəki Apelyasiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, eləcə də məhkəməyə təqdim olunmuş s übutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılmamış və qəbul edilmiş qərar əsaslandırılmamışdır. İddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi səyyar vergi yoxlaması gedişində qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********188830 nömrəli qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Analoji mübahisələrlə bağlı Ali Məhkəmənin və digər aşağı instansiya məhkəmələrinin qərarlarına əsasən formalaşmış təcrübəyə uyğun olaraq mübahisələndirilən qərar inzibati akt olmadığından iddia tələbi mümkünsüz sayılmalı idi. Mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli qərar iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoymamışdır. Belə ki, yoxlamanın nəticəsi olaraq səyyar vergi yoxlaması aktı tərtib olunaraq onun əsasında yekun qərar qəbul olunmayana qədər iddiaçının hüquqi vəziyyətinin dəyişib-dəyişməməsi və onun üzərinə hər hansı bir öhdəliyin qoyulub-qoyulmaması barədə bir fikir söyləmək qeyrimümkündür. Lakin aşağı instansiyası məhkəməsi tərəfindən qeyd olunan faktlar araşdırılmadan tamamilə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-116/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Mə hkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Sadıqov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Qazıyev də vəkili F.Sadıqovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.202 0-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili K.Əliyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərə k, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)116/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1461/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1. 1, 2.1, 2.2.1, 14.1, 68.1, 82-ci maddələrinə, Vergi Məcəlləsinin 44-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 3, 11, 24, 41-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergi orqanı tərəfindən qəbul edilmiş «Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, inzibati mübahisələrin məhkəmələr tərəfindən qanuni və düzgün həll edilməsi üçün İnzibati Prosessual Məcəllən in 12.1, 58.7, 68.2-ci maddələrinin rolu çox böyükdür. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir k i, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin göstərilmiş maddələrinə tam riayət etməmişdir. Belə ki, cavabdehin sözügedən ekspertiza rəyi də nəzərə alınmaqla, yazdığı **********154564 nömrəli səyyar vergi yoxlaması aktı xx xxxxxx 2019-cu il tarixdə tərtib edildiyi halda, ekspertizanın təyin edilməsi və keçirilməsi ilə eləcə də ekspertizanın nəticələrinə dair etirazla bağlı vəsatət iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixində, yəni, xx xxxxxx 2019-cu il tarixli səyyar vergi yoxlaması artıq hazır olduqdan sonra verilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu mühüm halına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Digər tərəfdən, apelyasiya məhkəməsi cavabdehin xx xxxxxx 2019-cu il tarixli inzibati qərarının iddiaçının kon kret olaraq hansı hüquqlarının pozmasını da araşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, işin 147–149-cu səhifəsində iddiaçı barəsində cavabdehin qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, **********194686 nömrəli qərar da qəbul edilmişdir ki, bu da ümumiyyətlə hazırkı iddianın mümkünlüyünün olubolmaması məsələsini gündəmə gətirmişdir, lakin apelyasiya instansiyası məhkəməsi bu faktı nəzərə almamış, nəticə etibarı ilə də həmin istiqamətdə heç bir araşdırma aparmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz, buna görə də kasasiya şikayəti qismən təmin edi lməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(107)-116/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar