Məhkəmə qərarları › İş №2-1(102)-1271/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1271/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1271/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(105)-498/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALL ARİ 1. 4 iyun 2003-cü il tarixli 191283 nömrəli müqaviləyə əsasən X1 rayonu, Masazır kəndində faktiki 12140,1 kv.metr torpaq sahəsində yerləşən, yaşayış sahəsi 29,2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr olan 2 otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır.

2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29,2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr olan 2 otaqdan ibarət yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 3. 445 inventar nömrəli, 29407 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu iddiaçının adına tərtib edilmiş, digər tikililərlə yanaşı yaşay ış evinin texniki göstəriciləri də qeyd edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh 16 sentyabr 2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 29407 nömrəli qeydiyyat vəsiqəsi və 445 inventar nömrəli texniki pasportda göstərilən mülkiyyət hüququ ilə iddiaçıya məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Baxış keçirilmiş ərazidə 1,1556 ha torpaq sahəsi və 1990,5 kv.metr ümumi sahəsi olan icazəsiz müxtəlif təyinatlı tikililər aşkar edilmişdir. Həmin torpaq sahəsinə və tikililərə dair hüquqmüəyyənedici və texniki sənəd lər hazırkı ərizəyə əlavə edilməmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi nin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1,1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Dövlət notariat kontorunda bağlanmış 4 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin alğı-satqı müqaviləsində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Bundan başa, X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə və iddiaçıya verilmiş evin texniki pasportunun torpaq sahəsinin planı M 1:1000 və torpaq sahəsinin şərhi hissələrində öz əksini tapmışdır. Cavabdeh orqan isə göstərilən halları nəzərə almamış, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqdan əsassız olaraq imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi səbəb “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək idd ianın rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2019-cu il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində eyni məzmunlu iddia qaldırmış və məhkəmənin 25 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq icraata xitam verilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(118)-78/2021 nömrəli qərarına əsasən (hakim İ.Quliyev) iddia qismən təmin edilmiş, iddiaçının Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən mə nzil iddiaçının xüsusi mülkiyyəti olduğundan və mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minməzdən əvvəl əldə edildiyindən həmin 29407 nömrəli qeydiyyat vəsiqəsi Qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasdır. Həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha torpaq sahəsinə isə iddiaçının mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddiaçının təqdim etdiyi 445 inventar nömrəli texniki pasportda başqa tikililər də mövcud olduğundan həmin texniki sənəd ancaq iddiaçıya məxsus evin texniki pasportu kimi qəbul edilə bilməz. Bu hal olmasa belə, qeyd edilən texniki pasport sırf iddiaçıya məxsus evin texniki pa sportu olsa belə yenə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas mövcud deyil.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci il tarixli 2- 1(105)-50/2022 nömrəli qərarı ilə (hakimlər: R.Ağayev - sədrlik edən və məruzəçi, H.Babayeva, İ.Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(118)-78/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X3 alğı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair işdə heç bir sənəd mövcud deyildir. Bu da özü-özlüyündə iddia tələbinin torpaq sahəsinə dair hissəsinin əsassız olmasını təsdiq edir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)762/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.Quliyev-məruzəçi, S.Kərimov və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci il tarixli, 2-1(105)50/2021 nömrəli qərarının qismən, yəni Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(118)-78/2021 nömrəli qərarının iddianın iddiaçıya məxsus evin yerləşdiyi və texniki pasportunda göstərilən 1,1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsində təmin edilməməsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya ş ikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

16. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən sözügedən məsələni yəni iddiaçıya məxsus yaşayış evinin torpaq sahəsinə münasibətdə 1 yanvar 2001-ci il tarixədək texniki inventarlaşdırma orqanları tərəfindən texniki pasportunun R.Rəsulovun və yaxud qeyrisinin adına tərtib edilib-edilməməsinə dair heç bir araşdırma aparmamış, halbuki işin adıçəkilən halı qanuni və əsaslı məhkəmə qərarının çıxarılması üçün həlledici xarakter daşıyır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(105)-498/2022 nömrəli (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və M.Rzayev) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(118)-78/2021 nömrəli qərarı - iddianın iddiaçıya məxsus evin yerləşdiyi və texniki pasportunda göstərilən 1,1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, müvafiq sorğu verilmiş və nəticədə cavabdehin iddiaçının müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinasının əsasl ı olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmənin sorğusuna cavabdehin 30 sentyabr 2022-ci il tarixli, **********15 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə reyestr kitabında aparılmış qeydiyyata əsasən İddiaçı adına 29407 reyestr nömrəli qeydiyyat vəsiqəsinin 05 iyun 2003-cü il tarixində verildiyi qeyd olunmuşdur. X4 adına 29407 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə dair reyestr kitabında müvafiq qeydiyyat aparılmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X3 alğı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ər izəsində, istərsə də apellyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha (alğı-satqı müqaviləsində 12140,1 kv.metr) göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçı tərəfindən satın alınmasına və ya iddiaçıya ayrılmasına dair işdə heç bir sənəd mövcud deyildir. Həmçinin qeyd edilir ki, ekspert rəyi ilə fərdi yaşayış evinin faktiki vəziyyətinin texniki pasportda göstərilən ölçülərə uyğunluğu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyil.

19. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0, 8.0.5, 10 və 15-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə e dilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinad etmişdir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassator hesab edir ki, məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi uzun müddətdir onun istifadəsindədir. Bu günə kimi heç bir dövlət orqanı ona qarşı i ddia qaldırmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını mübahisələndirməmişdi. O alqı-satqı ilə əmlak əldə edən zaman yalnız tikilini deyil, hasara alınmış və üzərində tikililər olan torpaq sahəsini də almışdır. Onun niyyəti tikilini satın almaq deyil, torpaq sahəsini almaq olmuşdur. Məhkəmə bu hissələrə ümumiyyətlə münasibət bildirməmişdir. Nəzərə almaq lazımdır ki, qarşı tərəf məhkəmə proseslərində iştirak etməmişdir. Ümumiyyətlə iddiaya heç bir rəsmi və əsaslandırılmış etiraz verilməmişdir. Belə olan təqdirdə iddianın təmin olunmaması əsassızdır.

22. Kassator Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsind ə təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsin ə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qa ydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Həmçin in qeyd olunmalıdır ki, İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər təkrar baxışda apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, qanuni qərar qəbul edilmişdir.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular verilmişdir.

34. Cavabdehin apellyasiya məhkəməsinə ünvanlamış 30 sentyabr 2022-ci il tarixli, **********15 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə reyestr kitabında aparılmış qeydiyyata əsasən İddiaçı adına 29407 reyestr nömrəli qeydiyyat vəsiqəsinin 05 iyun 2003-cü il tarixində verildiyi qeyd olunmuşdur. X4 adına 29407 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə dair reyestr kitabında müvafiq qeydiyyat aparılmamışdır.

35. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X3 alğı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha (alğı-satqı müqaviləsində 12140,1 kv.metr) göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçı tərəfindən satın alınmasına və ya iddiaçıya ayrılmasına dair işdə heç bir sənəd mövcud deyildir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq mə lumat və həmin sənədin arxiv məlumatları olmadığından iddia tələbini hazırda baxılan hissədə təmin edilə bilməz.

37. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, iddianın mübahisələndirilən hissəsinə münasibətdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Məhkəmə qərarı hazırkı qərarın 24-25a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2-1(105)-498/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar