Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1272/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9 – xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) qarşı “torpaq sahəsinə və oradakı tikililərə dair reyestrdə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında aparılmış sonrakı qeydiyyatın silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1243/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən, ümumi sahəsi 70 kv.m o lan ev və 0,0443 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 6 may 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır.
2. Daha sonra sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqları qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında 24 iyun 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adına qeydiyyata alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 5 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı (hazırkı iş üzrə iddiaçı) Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-7707/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-7707/2019 nömrəli, 1 6 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X7 (hazırkı iş üzrə üçüncü şəxs) cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-2990/2020 nömrəli, 31 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbin rədd edilməsi barədə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-2990/2020 nömrəli, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 5 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 nömrəli qətnaməsinə əsasən: - X9 X2nun vərəsəsidir. Hazırkı iş üzrə iddiaçı i lə X2 arasında 3 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanmışdır; - tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmayacağı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılacağı barədə tərəflər razılığa gəlmişlər; - X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni iddiaçıya 2500 ABŞ dollarına satmışdır; - iddiaçı həmin vaxtdan X4 və onun vərəsəsi üçüncü şəxsin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; - iddiaçının 2008-ci ildə həmin evdə qızı anadan olmuşdur; - iddiaçı 3 aprel 2004-cü ildən sonra üçüncü şəxsin ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır; - İddiaçının 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə heç bir hüququ olmayan X8 ilə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz.
5. İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikililərin ilkin özəlləşdirilməsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında aparılmış sonrakı qeydiyyatın silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən, ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikililərin ilkin özəlləşdirilməsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında dövlət reyestrində sonradan aparılmış qeydiyyatın silinməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikililərə X2nun adına cavabdeh tərəfindən mülkiyyət hüququna dair ilkin qeydiyyat aparılmış və bundan sonra həmin qeydiyyat vərəsəlik hüququna dair şəhadətnamə əsasında üçüncü şəxsin adına dəyişdirilmişdir. Həmin ilkin qeydiyyat birbaşa iddiaçının mənafeyinə zidd olaraq aparıldığından ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-398/2021 nömrəli iş üzrə qanuni qüvvəsini almış 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 3 ünvaninda yerləşən, ümumi sahəsi 36 kv.m olan bir yaşayış otağından, sanitar qovşaqdan ibarət “A” tikilisi adlanan fərdi evdə yaşamaq və bu fərdi tikilinin alaqapıdan ayaqaltı adlanan sahəyədək olan 50 kv.m həyətyanı sahəsindən istifadə etmək hüququ tanınmışdır. Belə ki, həmin qətnamə ilə onun sözügedən əraziyə istifadə hüququnun olduğu müəyyən edilər ək göstərilmişdir ki, “....işin mübahisəsiz halları ondan ibarətdir ki, D. Rzayeva X12 Hacı ağa oğlu ilə ər-arvad olmuşdur; D. Rzayevanın mərhum əri X8 və alıcı S. Qulamova arasında 3 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanılmışdır; tərəflərin dəyərini 2.500 ABŞ dolları müəyyən etdikləri fərdi tikiliyə görə alıcı satıcıya 3 gün müddətində 2.000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmayacağı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılacağı barədə tərəflər razılığa gəlmişlər; X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan (alaqapı) şüşəbəndin ayaqaltısına qədər, ümumi ərazisi 50 kv.m olan həyətyanı sahədən ibarət “A” tikil isini iddiaçıya 2.500 ABŞ dollarına satmış, həmin məbləğin 2.000 ABŞ dollarını 3 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixində almışdır; S. Qulamova həmin vaxtdan D. Rzayeva və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında, 0,0443 ha ərazisində yerləşən “A” tikilisi adlanan fərdi evə köçərək orada yaşamışdır; S. Qulamovanın 2008-ci ildə həmin evdə qızı anadan olmuşdur. 3 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra D. Rzayevanın, eləcə də mərhum əri X4, yəni bu ailənin, ər-arvadın razılığı əsasında S. Qulamova həmin fərdi yaşayış evinə, yəni A tikilisinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır.” Bakı Apel lyasiya Məhkəməsinin qeyd olunan 5 fevral 2021-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan başqa, ölmüş şəxsin adına dövlət reyestrində ilkin qeydiyyatın aparılmasının özü qanun pozuntusudur. Hətta “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində də bildirilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh idarə isə sözügedən əraziyə dair ilkin qeydiyyatı məhz ölmüş şəxsi n adına aparmışdır. İddiaçı yuxarıda sadalanan faktlara və qanuni əsaslara görə özünü ona satılmış “A” tikilisinə istifadə hüququ, onun sahibi və mülkiyyətçisi olan şəxs kimi qəbul edir və bu baxımdan da həmin tikilinin, yerləşdiyi ərazinin onun razılığı alınmadan özəlləşdirilməsini qanunsuz hesab edir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (0.0443 ha torpaq sahəsi üzərində mülkiyyət növü – xüsusi, hüququn növü – mülkiyyət) üzərində mülkiyyət hüquqları mərhum X3 adına ********** qeydiyyat nömrəsi ilə 6 may 2019-cu il tarixdə daşınmaz əmlakın d övlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında üçüncü şəxsin adına ********** qeydiyyat nömrəsi ilə 24 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda sonuncunun mülkiyyətindədir. Sözügedən əmlakla bağlı Binəqədi Rayon Məhkəməsinin 2-1(001)-1574/2020 saylı bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Bakı Apellyasiya Məhkəməsinin 21(103)-398/2021 saylı iş üzrə 5 fevral 2021-ci il tarixli məhkəmə qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, əmlak üzərinə Binəqədi rayon Məhkəməsinin 2-1(001)-157 4/2020 nömrəli qərarı əsasında qadağa qoyulmuşdur. Müvafiq fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətindədir. Ərizəçinin adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd edilən ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2288/2022 nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə inzibati məhkəmə icraatında iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil, çünki istər torpaq sah əsinə, istərsə də onun üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd (sərəncam, qərar, reyestrdən çıxarış, hüququn müəyyən edilməsi barədə məhkəmə qərarı və s.) iddiaçı tərəfindən inzibati icraatda və məhkəmə icraatında təqdim edilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının eyni əsasla eyni daşınmaz əmlaka hüquqların mübahisələndirilməsi barədə iddiası (eyni cavabdeh inzibati orqana qarşı) qaldırdığı iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4356/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya baxılması üçün işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-1243/2022 nömrəli qərardadı (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2288/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəril məsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə istinad edərək göstərir ki, 3 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra üçüncü şəxsin, eləcə də mərhum əri X4, yəni bu ailənin, ərarvadın razılığı əsasında həmin fərdi yaşayış evinə, yəni A tikilisinə köçərək orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Həm Bakı İnzibati Məhkəməsi, həm də Bakı Apellyasıya Məhkəməsinin İnzibati Kollegiyası iddia üzrə düzgün hüquq normasını tətbiq etməmiş, iddiaçının hüquqları nəzərə alınmamış, qanunsuz aparılmış ilki n özəlləşdirilməyə düzgün hüquqi qiymətin verilməsi təmin edilməmişdir. Mübahisəli ərazinin iddiaçıya aid hissəsinin qanunsuz özəlləşdirilməsinə göz yumulmuşdur. Apellyasiya instansiyası isə iş üzrə düzgün araşdırma aparmamış və işin içərisində olan, iddiaçının özəlləşdirilməsi aparılmış əraziyə istifadə hüququnu tanıyan məhkəmə qərarında müəyyən olunmuş hallar nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün ol masıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqq ətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar da mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla o nunla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinə və oradakı tikililərə dair reyestrdə mərhum X3 adına və onun qanun üzrə vərəsəsi üçüncü şəxsin adına aparılmış qeydiyya tın ləğv olunması barədə iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların t əqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunveri ciliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibəti nin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin apellyasiya məhkəməsi tərəfində n müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından iddiaçının mərhum X6 ilə 3 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağladığı, həmin müqaviləyə əsasında iddiaçının qeyd olunan evə köçdüyü görünür. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 5 fevral 2021-ci il tarixli, 2(103)398/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçının X6 ilə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilməmiş, lakin buna baxmayaraq iddiaçının mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququ tanınmışdır.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçının mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmamışdır. Məhkəmə qaydasında onun daşınmaz əmlakın müəyyən hissəsi ilə bağlı yalnız istifadə hüququ tanınmışdır.
33. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmadığından və ya onun mülkiyyət hüququnun yaranmasını nəzərdə tutan qanuni əsaslar mövcud olmadığından, iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malik deyildir.
34. Bundan başqa, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2 iyun 2020-ci il tarixli, 2-1(112)-4356/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 ünvanında yerləşən, ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair mərhum X3 və onun vərəsəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və çıxarışların etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmamışdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsinin 2 iyun 2020-ci il tarixli, 2-1(112)-4356/2020 nömrəli qərardadı ilə iddiaçının iddiası məhz onun subyektiv hüquqa malik olmadığı üçün mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadında qeyd olunmuşdur ki, iddiaçı iddia etdiyi daşınmaz əmlakla bağlı hər hansı hüquq əldə etdiyini təsdiq edən sənədi və ya sübutu məhkəməyə təqdim edə bilməmişdir.
36. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisə üzrə iddia tələbi ilə qeyd olunan iş üzrə iddia tələbi zahiri baxımdan fərqli görünsə də, iddiaçının hüquqi marağının məzmunu və nail olmaq istədiyi məqsəd baxımından eyni daşınmaz əmlakla bağlıdır və əvvəlki iş üzrə tərəflərə qarşı qaldırılmışdır. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hər iki mübahisədə tərəflərin adına aparılmış qeydiyyatın ləğvinə nail olmaq məqsədi daşıyır.
37. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxs inzibati məhkəmə icraatında inzibati orqanın h ərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etmək üçün, ən azından pozulduğunu iddia etdiyi subyektiv hüquqa malik olmalı və həmin hüquqa istinad etməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə iddiaçı iddia etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu, eləcə də məhz həmin daşınmaz əmlak üzərində hüququnun mövcud olduğunu təsdiq edən, yəni onun irəli sürdüyü tələb üzrə subyektiv hüquqa malik olduğuna dair istinad edə biləcəyi hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçı başqa şəxsin adına aparılmış qeydiyyatın ləğvi barədə tələb hüququna da istinad edə bilməz.
38. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Q anununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
40. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə onun istifadə hüququ tanınmış daşınmaz əmlak üzərində üçüncü şəxsin adına mülkiyyət hüquqlarının qeydiyyata alınması nəticəsində hüquqlarının pozulduğunu iddia edir. Bununla bağlı iddiaçı həmin mübahisəli yaşayış sahəsi üzərində məhkəmə qətnaməsi ilə tanınmış istifadə hüququnun qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etməyə haqlıdır.
41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 21(103)-1243/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.