Məhkəmə qərarları › İş №2-1(102)-1272/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1272/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1272/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) qarşı “ver gilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(105)60/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 avqust 2021-ci il tarixli **********747300 nömrəli qərar ilə iddiaçı barəsində 2020-ci ilin gəlir vergisi üzrə 3472,08 manat əlavə vergi borcu hesablanmışdır.

2. İddiaçı həmin qərardan inzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etmişdir.

3. Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 avqust 2021-ci il tarixli, **********892900 nömrəli qərarı ilə inzibati şikayətin təmin olunmasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********747300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzə cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN ********** verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarının tələblərinin düzgün icra olunmamasına etirazı ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Belə ki, həmin qərara əsasən, sahibkarların kateqoriyasını müəyyən edən qurum Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir. Kateqoriyanı müəyyən edən qurum Dövlət Vergi Xidməti olmadığı halda, bu kateqoriyanı cavabdeh özü səhv müəyyən edir, meyarların ölçü göstəriciləri dəyişən sahibkarların kateqoriyasının növbəti ildən deyil, həmin ildən dəyişdiyini bildirir və sahibkarlara xüsusən də mikro sahibkarlara güzəştlərdən yararlanmağa imkan vermir. Bu problemin həlli məqsədi ilə dəfələrlə Dövlət Vergi Xidmətinə şikayət olunmuş, hətta Dövlət Statistika Komitəsindən sahibkarın hansı kateqoriyaya aid olma sına dair arayış alınıb Vergilər Nazirliyinə təqdim olunsa da, cavabdeh bu arayışı nəzərə almamışdır. Bu uyğunsuzluğa görə hesablanmış KYB məbləği hazırda qüvvədədir. İddiaçıya xx.xx.2021-ci il tarixində daxil olmuş xəbərdarlıq məktubunda yaranmış borcun alınmasına görə ölkədən getmə hüququnun məhdudlaşdırılacağı ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmiş və o, xx.xx.2021-ci il tarixində cavabdeh vergi orqanına çağırılmışdır. Həmin gün iddiaçının gələ bilməyəcəyi, notarial qaydada etibarnamə əsasında nümayəndənin növbəti gün gələ biləcəyi barədə telefonla məlumat verilmişdir. Nümayəndə növbəti gün Bakı şəhərindən Sumqayıt şəhərinə 2 saylı ƏVBİ idarəsinə getmişdir. Nümayəndə ilə heç kim görüşməmişdir. Daxili telefon vasitəsi ilə “Kameral vergi yoxlamaları” şöbəsinin rəisi Əliyev A zərlə danışmışdır. İddiaçının nümayəndəsi uyğunsuzluğun aradan qaldırılması ilə bağlı gəldiyini, müvafiq sənədləri gətirdiyini, onları təqdim etmək istədiyini bildirmiş və onu qəbul etməsini xahiş etmişdir. Lakin şöbə rəisi əsassız olaraq nümayəndəni qəbul etməkdən imtina etmişdir. Nümayəndəni həmin gün nə şöbə rəisi, nə də hər hansısa bir əməkdaş qəbul etməmişdir. Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışı cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması barədə qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə cari gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlamış və nəticədə xx.xx.2020ci il tar ixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi iddiaçının gəlir vergisi bəyannaməsində güzəştdən istifadə etməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. İddiaçının 2020-ci il üzrə vergiyə cəlb olunan gəliri 23.133,70 manat olmuş, VM-nin 102.1.30-cu maddəsinə əsasən həmin məbləğin 75 faizi – 17.350,28 manat hissəsi vergidən azaddır. Nəticədə, iddiaçının vergiyə cəlb olunan gəlir vergisi 1.156,68 manatdır. Lakin cavabdeh vergi orqanı VM-nin 102.1.30-cu maddəsini tətbiq etmədən gəlirə əsasən əlavə vergi məbləği hesablamışdır. Bununla əlaqədar olaraq, iddiaçı Dövlət Statistika Komitəsinə müraciət ünvanlayar aq, onun hansı sahibkarlıq subyektinə aid olmasını sorğulamış, DSK tərəfindən iddiaçıya ünvanlanmış 01/3-314 saylı, 15 dekabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli, 566 nömrəli Qərarına əsasən, Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumata görə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Dövlət Statistika Komitəsinə daxil olmuş siyahıda fərdi sahibkar İddiaçı dair məlumat mövcud deyildir) iddiaçı xx.xx.2020-ci il vəziyyətinə fərdi sahibkar kimi mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilir. Hesab edir ki, 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh in zibati orqan tərəfindən keçirilən kameral vergi yoxlamasının aparılması, ümumiyyətlə, qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən **********747300 saylı, xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır.

6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci il gəlir vergi bəyannaməsinin 1223-cü "Ümumi gəlirlər" sətrində göstəril ən 221.500 manat məbləğ 200.000 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17.350,28 manat güzəşt hüququndan mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edilə bilməməsi və təqdim edilən bəyannamənin “Xammal və materiallar" (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri" (1226.10-cu), “Rabitə xərcləri" (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təc rübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər" (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (198.366,30 manat) tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (198.356,20 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ö dənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (198.356,20 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (198.356,20 manat) məbləğin müqayisəsi nəticəsində 10,10 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi üzrə elektron uyğunsuzluqlar yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixli **********919600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 3.472,08 manat vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********074400 nömrəli elektron kamer al hesablama barədə qərar göndərilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17350,28 manat güzəşt hüququ nəzərə alınmayaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 3.472,08 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********747300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komi təsi tərəfindən ona təqdim edilmiş xx.xx.2020-ci il tarixli 01/3-314 saylı arayışa əsasən mikro sahibkarlıq subyektinə aid edildiyini əsas gətirərək, müvafiq güzəştdən istifadə etmək hüququnun olduğunu iddia etmişdir. Bununla bağlı cavabdeh qeyd edir ki, fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi sətrindən 221.500,00 manat məbləğində gəlir məbləğinin qeyd edildiyi, həmin dövr üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi dövlət sosial sığorta haqları bəyannamələrinə, əmək müqaviləsi bildirişləri barədə məlumatlara əsasən işçisinin olmadığı müəyyən edilmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" nın təsdiq edi lməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il 556 nömrəli Qərarına əsasən, işçilərin orta siyahı sayı 10 nəfərə qədər, illik gəliri isə 200.000,0 manata qədər olan sahibkarlıq subyektləri mikro sahibkarlıq subyektlərinə aid edilmişdir. Qərara əsasən, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin, satışdankənar gəlirlər aid edilir, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı" və “illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Buna əsasən vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyy ən edilir.

7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 17 yanvar 2022-ci il tarixli, 01/3-57 nömrəli məktubunda bildirmişdir ki, sahibkarlıq subyektinin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, müvafiq olaraq işçilərin orta siyahı sayı və illik gəlir haqqında Dövlət Statistika Komitəsinə ötürülən məlumatlar əsasında, sözügedən Qərarla təsdiq edilmiş meyarlara uyğun olaraq müəyyən edilir və il ərzində dəyişməz qalır. Eyni zamanda göstərilmişdir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Dövlət Statistika Komitəsinə daxil olmuş siyahılarda fərdi sahibkar İddiaçı dair məlumat mövcud olmamışdır) fərdi sahibkar kimi xx.xx.2020-ci il vəziyyətinə mikro, xx.xx.2021-ci il vəziyyətinə isə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin 15 fevral 2022-ci il tarixli, 21(118)- 260/2022 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(105)-412/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 6 sentyabr 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin gəl ir vergisi bəyannaməsinin 1223-cü "Ümumi Gəlirlər" sətrində göstərilən 221.500,00 manat məbləğ 200.000,00 manatdan yuxarı olduğundan, mikro sahibkarlıq subyekti ola bilmədiyindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan 17.350,28 manat güzəşt hüququndan istifadə edə bilməyəcəyi müəyyən edilərək, ona vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarına uyğun olaraq mikro sahibkar statusunu itirmişdir. O, mikro sahibkar statusunu itirdiyinə görə Azərbaycan Respublikası Nazirl ər Kabinetinin qərarı ilə müəyyən edilmiş meyarlara uyğun olaraq kiçik sahibkar kimi hesabat verməli idi.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 3 fevral 2023-cü il tarixli, 2-1(105)-60/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli, 2-1(118)-260/2022 nömrəli qərarı ləğv edilərək iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 avqust 2021-ci il tarixli **********747300 nömrəli qərar ləğv edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, illik gəliri 200.000 manatdan aşağı olan sahibkarlıq subyekti ölçüsünə görə mikro sahibkar, illik gəliri 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti ölçüsünə görə kiçik sahibkar kateqoriyasına aid edilir. İqtisadiyyat Nazirliyi onlara təqdim olunmuş illik gəlirlər barədə məlumatı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürür, sonuncu isə həmin məlumat əsasında sahibkarlıq subyektlərinin bölgüsünün təşkilini aparır. Deməli, son nəticə olaraq hər hansı sahibkarın hansı kateqoriyaya aid olması DSK tərəfindən aparılsa da, DSK belə bölgünü şəxsi mülahizələri əsasında deyil, İqtisadiyyat Nazirliyinin həmin sahibkarlıq subyektləri nin illik gəlirləri barədə məlumatı əsasında hazırlayır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 dekabr 2020-ci il tarixli məktubda, eləcə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 17 yanvar 2022-ci il tarixli, 01/3-57 saylı məktubda bildirilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə, iddiaçı fərdi sahibkar kimi xx.xx.2020-ci il vəziyyətinə mikro, xx.xx.2021-ci il vəziyyətinə isə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. İddiaçının sahibkarlıq subyekti kimi 2019-cu il üzrə mikro sahibkar kateqoriyası DVX tərəfindən DSX-yə məlumatların ötürüldüyü il ərzində, yəni 31 dekabr 2020-ci il tarixinədək dəyişilməz qaldığında n, iddiaçı 2020-ci il üzrə də mikro sahibkar olmuşdur. Beləliklə, iddiaçı 2020-ci il üzrə də mikro sahibkar kateqoriyasına aid edilsə də, cavabdeh orqan qanunvericilikdə həmin kateqoriyadan olan sahibkarlar üçün nəzərdə tutulmuş güzəşt hüququnu nəzərə almayaraq həmin il üzrə iddiaçı barəsində 3.472,08 manat əlavə gəlir vergisi borcu hesablamışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, iddiaçı 2019-cu ilin göstəricilərinə əsasən mikro sahibkar statusu qazanmış və həmi n ildə qeyd olunan vergi güzəştindən yararlanmışdır. Lakin 2020-ci ildə iddiaçının ümumi gəlirləri 221.500,0 manat olduğundan o, mikro sahibkar statusunu itirmiş və bununla da həmin güzəştdən istifadə etmək hüququ da olmamışdır. Ümumiyyətlə, iddiaçının yaratdığı mübahisə süni mübahisədir və məqsədi vergiləri ödəməkdən yayınmaqdır, iddiaçının yanlış fikirləri ilə razılaşan apellyasiya məhkəməsi isə absurd qərar qəbul edərək iddianı təmin etmişdir. 19. 2020-ci il ərzində ötürülən məlumatlar 2019-cu ilin göstəriciləridir. Çünki hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər barədə məlumatlar növbəti ilin müvafiq dövründə ötürülür (31 mart, 20 aprel, 10 may). Belə ki, apellyasiya məhkəməsi 2020-ci ilin meyarını m üəyyənləşdirmək üçün 2021-ci il ərzində ötürülən məlumatları rəhbər tutmalı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 17 yanvar 2022-ci il tarixli 01/357 nömrəli məktubuna əsasən xx.xx.2021-ci il tarixinə iddiaçı kiçik sahibkarlıq subyektidir) və sahibkarlıq subyektinin meyarlarını müəyyən etməli idi. Beləliklə, iddiaçının 2021-ci il ərzində ötürülən məlumatlar əsasında 2020-ci il üçün iri sahibkarlıq subyekti olması və bunun il ərzində (2021-ci ili ərzində) dəyişməz qaldığı aydın olardı. İddiaçının reyestr məlumatlarına əsasən, qeydiyyat tarixi xx.xx.2019-cu ildir və 2019-cu il gəlir vergisi bəyannaməsinə əsasən, vergi ödəyicisinin ümumi gəlirləri 173.500,0 manat, xərcləri 125.942,0 manat, mənfəəti 47.558,0 manat, güzəşt hüququ 35.668,5 (75% mikro sahibkarlıq subyekti) man atdır. Göründüyü kimi, 2019-cu il göstəriciləri üçün (2020-ci ildə təqdim edilən məlumatlar əsasında) vergi ödəyicisi müvafiq güzəşt hüququndan istifadə etmişdir. Bir hesabat ili üçün təqdim edilən göstəricilər (2020-ci ildə təqdim edilən 2019-cu ilin göstəriciləri) iki hesabat ili üçün (həm 2019, həm də 2020) nəzərə alına bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır:... 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;... Maddə

129. Vergi ili Vergi ili təqvim ili sayılır. Maddə

149. Bəyannamənin verilməsi... 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.... 22. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 556 nömrəli Qərarı:...

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə mə lumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt reji mində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin. 23. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”: Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları Mikro sahibkar Kiçik sahibkar... İşçilərinin orta siyahı sayı (nəfər) İllik gəliri (ig) (min manat) 1 - 10 ig ≤ 200 11 - 50... 200 < ig ≤ 3 000... Qeydlər:

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür....

4. Sahibkarların mikro, kiçik, orta və ya iri s ahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. [3]...

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılmas ı qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin təmin olunmasını və apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd edilməsini zəruri sayır.

29. Belə ki, Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən, mənfəət vergisi məqsədləri üçün vergi ili təqvim ili sayılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (hazırki mübahisədə 149.1.1-ci maddəyə uyğun olaraq, iddiaçı) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarı ilə “Mikro, kiçik, orta və ir i sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur. Həmin Qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

31. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmay araq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

32. Həmçinin, qeyd olunan Qərarın 4-cü bəndində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılmışdır ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə ötürülməsini təmin etsin.

33. Həmin Qərarla təsdiq edilən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”nın “Qeydlər” hissəsinin 4-cü bəndinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid məti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

34. Qeyd olunanlardan göründüyü kimi, sahibkarın hansı kateqoriyaya aid olduğunu müəyyən etmək üçün təqvim ili (vergi ili) başa çatmalı, aprel ayının 20-dək əvvəlki təqvim ilinin gəlirləri və işçi sayı barədə məlumatlar Dövlət Statistika Komitəsinə ötürülməli və Statistika Komitəsi 10 may tarixinədək müvafiq kateqoriya üzrə məlumatı reyestrə ötürməlidir.

35. Göründüyü kimi, həmin məlumatlarla başa çatmış il üzrə sahibkarın kateqoriyası müəyyən olunur. Çünki növbəti ilin 31 mart tarixinədək mənfəət vergisi üzrə bəyannamə təqdim olu nmalıdır ki, onun illik gəliri vergi orqanı üçün müəyyənləşmiş olsun. Təqvim ili başa çatmadan həmin ilin sahibkarlıq kateqoriyası və ya əvvəlki ilin göstəriciləri ilə növbəti ilin sahibkarlıq kateqoriyası müəyyən oluna bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Meyarların 4-cü bəndində əks olunan sahibkarlıq kateqoriyasının il ərzində dəyişməz qalması ilə bağlı ifadə yanlış şərh edilmişdir. Belə ki, həmin ifadə Dövlət Statistika Komitəsi tərəfindən sahibkarlıq kateqoriyasının bəyan olunduğu ili deyil, başa çatmış əvvəlki təqvim ili üzrə sahibkarlıq kateqoriyasının dəyişməzliyini əks etdirir. Həmin ifadənin yazılış tərzi normanın tənzimlədiyi məsələnin mahiyyətini dəyişmir.

37. İddiaçının 2020-ci ildə ümumi gəlirlərinin 221.500,0 manat təşkil etdiyi mübahisəyə dair iş üzrə m ateriallarla təsdiq olunur. Həmin məbləğ 200.000,0 manatdan artıq olduğundan, iddiaçı həmin il üçün mikro sahibkar statusunda sayıla və bu baxımdan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan istifadə edə bilməz.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(105)-60/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddi açı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar