Məhkəmə qərarları › İş №2-1(102)-1272/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1272/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1272/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovadan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3763 /2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(112)-2497/2024 saylı qərarı ilə iddia tələbi təmin edilərək ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli binanın sonuncu (texniki mərtəbə kimi qeyd olunmuş) mərtəbəsindəki 3 otaqdan ibarət, 154 kv.m. ümumi sahəli qeyri-yaşay ış sahəsinin yaşayış sahəsinə keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

5. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.

6. Müddətin bərpası barədə ərizə onun la əsaslandırılmışdır ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X1 Konfransının 29-cu sessiyasının (COP29) beynəlxalq əhəmiyyətli tədbirin Bakı şəhərində keçirilməsi ilə əlaqədar işlərin çoxluğundan qərardan vaxtında kassasiya şikayətinin verilməsi mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştir akçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

9. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi 21(103)-3763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 18 oktyabr 2024-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixind ə təqdim edildiyindən cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşdür.

11. Cavabdeh prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

12. Məhkəmə kollegiyası ərizənin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh tərəfin qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

12. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X1 Konfransının 29-cu sessiyası (COP29) vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Bu müddət ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu mövcud olmuşdur.

14. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.

15. Odur ki, məhkəmə kollegiyası c avabdehin dəlillərini müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul etmir və hesab edir ki, cavabdehin kassasiya şikayətini vaxtında təqdim etməsinə mane olan və ya məhdudiyyət qoyan səbəblər müəyyən edilmədiyindən, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürülmüşdür. Odur ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, kassasiya mümkün sayılmamalıdır.

17. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3763/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar