Məhkəmə qərarları › İş №2-1(102)-1273/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1273/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1273/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-1273/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 24 yanvar 2019-ci il tarixli, 2-1(103)-165/2019 saylı qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında, arayışlarda, hərbi biletində qeyd olunmuş bütün iş dövrlərinin iş stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2-1(82)2658/201 8 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2-1(103)-165/2019 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilərək, iş üzrə mahiyyət üzrə baxılıb qərar qəbul edilməsi üçün yeni baxışa qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Mə hkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 24 aprel 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçı və vəkilinə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması iddiaçıya təklif edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılan zaman iddiaçının vəkili tərəfindən prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə ilə prosessual müddətin buraxılmasının səbəbi kimi bildirilmişdir ki, apellyasiya məhkəməsinin qərardadı rəsmi qaydada alındığ ı tarixdən sonrakı gündən başlayaraq şikayət verilməsi üçün prosessual müddət hesablanmış, ötürülmüş müddət bir gün deyil, 9 saat təşkil etmişdir. Göstərilənlərə əsasən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa, kassasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımi qaydada cavabdeh tərəf məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassas iya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və y a qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərardadının alındığı gündən 10 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 59-cu səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin qərarı 04 fevral 2019cu il tarixdə təqdim edilmişdir. İşin 63-cü səhifəsində olan kassasiya şikayətinin ilk və rəqində olan apellyasiya məhkəməsinin möhüründən göründüyü kimi, şikayət məhkəməyə 14 fevral 2019-cu il tarixdə daxil olmuşdur. Bununla da müəyyən edililir ki, kassasiya şikayəti iddiaçı tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verilmişdir. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində ve rilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Buraxılan prosessual müddətin iddiaçının təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı tərəf kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin məhkəmə aktının alındığı gündən sonrakı gündən başlayaraq hesablandığını üçün müddətin ötürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizədə göstərilmiş əsas buraxılmış müddətin bərpası üçün yetərli deyildir. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 94.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qərardadının təqdim olunduğu gündə n 10 gün müddətində verilməsi müəyyən edilmişdir. Yəni təqdim edilmiş gün də hesab olunmaqla prosessual müddətin axımı başlanmışdır. İddiaçının ərizədə istinad edilən mülki prosessual qanunvericiliyin tələblərindən fərqli olaraq inzibati prosessual qanunvericilikdə yuxarıda əks olunmuş qaydada prosessual müddətin hesablanması qaydası müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ərizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci və 96. 3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəyə minir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 89, 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-ci il tarixli, 2-1(103)-165/2019 saylı qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunma sın, kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar