Məhkəmə qərarları › İş №2-1(102)-1273/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1273/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1273/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx” MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X4, Cavabdehin vəkili X5 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarə sinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(107)-122/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarına əsasən, vergi ödəyicisi tərəfindən büdcəyə hesablanılmalı sadələşdirilmiş vergi 2178,84 manat, mənfəət vergisi 2016-cı ildə 5642,2 manat, 2017-ci ildə 11942,75 manat, ƏDV-si 94960,69 manat, gəlir vergisi 1,96 manat azaldıldığına və sadələşdirilmiş verginin 2311,02 manat artıq hesablanması nəzərə alınma qla vergi ödəyicisinə 112415,42 manat əlavə vergi hesablanmış, eyni zamanda vergi ödəyicisinə vergilərin azaldılmasına görə 50947,08 manat və vergi ödəyicisi tərəfindən vergi orqanına 2016 və 2017-ci ilin mənfəət, 2016-cı və 2017-ci ilin ƏDV-si bəyannamələri, 2016-cı il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatları təqdim olunmadığından hər bəyannamə üçün 40 manat olmaqla, cəmi 760 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 21 may tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-ci il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsini xahiş etmişdi r.

3. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********142335 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci ildə başlanılmış, xx.xx.2019-cu ildə başa çatdırılmışdır. Yoxlamanın nəticəsində xx.xx. 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən, vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanun vericliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə də vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasınd a ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, MMC-də 11 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli **********142335 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

6. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsin in 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının xx xxxxx 2018ci il tarixli **********147783 nömrəli qərarına əsasən xx xxxxx 2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır.

7. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə ver gi ödəyicisinə göndərilmişdir.

8. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə görə vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə görə bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır.

9. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri xx.xx.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalamaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən akt ı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir.

10. Vergilər nazirinin xx.xx.2016-cı il tarixli **********936300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili” Qaydalarına uyğun olaraq akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmişdir. Yuxarı vergi orqanında akta baxılaraq rəy verilmiş, rəy 11 saylı Ərazi Vergilər Departamentinə və vergi ödəyicisinə təqdim edilmişdir. Həmin rəydə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı n çıxarılmasına mane olan çatışmazlıqlar olduğundan həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Bu səbəbdən həmin rəy əsasında 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş əlavə vergi yoxlamasının nəticələri xx xxxx 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir.

11. Vergi ödəyicisi olan hüquqi ş əxsin rəhbəri xx.xx.2019-cu il tarixli **********598700 nömrəli məktubla xx.xx.2019-cu il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün xünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət olunmuş, lakin üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Bu səbəbdən də səyyar vergi yoxlaması materiallarına onun iştirakı olmadan baxılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189781 nömrəli qərar qəbul edilmiş elə həmin tarixdə vergi ödəyicisinə göndərilmişdir.

12. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslə rinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.

13. Yuxarıda göstərilənlərdən göründüyü kimi MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilmişdir.

14. Vergi ödəyicisi yoxlanılan dövrdə 2015-ci ilin İ rübündən 2017-ci ilin İ rübü də daxil olmaqla sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Eyni zamanda müəssisənin ardıcıl 12 a ylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 2017-ci ilin mart ayından etibarən 200000.00 manatdan artıq olduğu üçün xx.xx.2017-ci il tarixdə **********159900 nömrəli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” məlumat forması ilə vergi orqanına müraciət etmiş, müraciətə vergi orqanında baxılmış və MMC xx.xx.2017-ci il tarixdən 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınaraq bu barədə xx.xx.2017-ci il tarixli **********872900 nömrəli bildiriş göndərilmişdir.

15. Yoxlama zamanı isə müəyyən olunmuşdur ki, 2017-ci ilin may ayında MMC tərəfindən Mingəçevir Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 135.000 manat dəyərində torpağın hamarlanması, bataqlıq sahənin qurudulması kimi xidmətlər göstərilmiş və bu səbəbdən xx.xx.2017-ci il tarixdən 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır.

16. Bundan başqa, yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193542.00 manat olmuşdur. Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının 157.3.1-ci maddəsinin tələbinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda vergi ödəyicisi əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və bu zaman qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Odur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin xx.xx.2015-ci il tar ixdən sonra aparılan əməliyyatlarına ƏDV və mənfəət vergisi mükəlləfiyyətləri üzrə vergilər və maliyyə sanksiyaları hesablanmışdır.

17. Yoxlama zamanı xx.xx.2015-ci il tarixdən sonrakı vergi tutulan əməliyyatlarının həcminin 527548.50 manat olduğu müəyyən edilərək həmin məbləğə 527548.50*18%=94958.73 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 47479.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirinin (mənfəətinin) dəq iq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərin və xərclərin vaxtlı vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə gəlirini (mənfəətini) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən sahibkarın 2016-cı il üçün əldə etdiyi gəlirindən vergi (ƏDV nəzərə alınmadan) hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati-İqtisadi Məhkəməsinin x x xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərar ləğv edilmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(107)-122/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassa siya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin əsasını iddia tələbinə etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən ümumiyyətlə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməyib və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində göstərilən dəlillərin köçürülməsi ilə kifayətlənmişdir. Halbuki, cavabdeh orqan tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində göstərdiyi dəlilləri təkzib edən konkret hüquq normaları və sübutlar göstərilmiş və həmin sübu tlar şikayətə əlavə olunmasına baxmayaraq, apellyasiya instansiyası tərəfindən şikayətdə göstərilən məsələlərə və sübutlara ümumiyyətlə əhəmiyyət vermədən qərar qəbul edilmişdir.

25. Şəki Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsi kimi əsaslandırmağa çalışmışdır ki, iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsinin 38.3-cü maddəsində göstərilən əsaslar mövcud olmamışdır.

26. Məhkəmənin bu əsaslandırması ilə bağlı cavabdeh qeyd edir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas verən 9 hal göstərilmişdir ki, bu halların hər hansı biri mövcud olduqda növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Konkret olaraq, hazırkı halda növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləs inin 38.3.5-ci maddəsinə əsasən keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər.

27. Məhkəmə qərarında göstərmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətin hesablaşma hesabına hər hansı bir vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz.

28. Bununla bağlı cavabdeh bildirir ki, birincisi, qanunvericilik normasının (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin) tələbindən görün ür ki, məhkəmələrin qeyd etdiyi kimi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin müəyyən edilməsi deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi tələb edilir. Əgər səyyar vergi yoxlaması keçirilmədən vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin müəyyən edilməsi mümkün olsaydı səyyar vergi yoxlaması keçirilməsinə ehtiyac da qalmazdı. Məhz konkret olaraq vergi ödəyicisi tərəfindən vergilərin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) müəyyən edilməsi üçün bu cür əlamətlər əsasında səyyar vergi yoxlamasının keçirilməsi zəruridir. Məsələn, hazırkı halda iddiaçı cəmiyyətin ban k hesabına 2017-ci ilin 2-ci rübü ərzində 160.500,00 manat vəsaitin daxil olmasına baxmayaraq həmin dövr üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində dövriyyəsini 30.000,00 manat göstərməsi gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlaməti kimi qiymətləndirilməlidir.

29. Bundan başqa, məhkəmə birinci instansiya məhkəməsi kimi vergilərin müəyyən edilməsinin əsas şərtlərini, hazırkı iddia üzrə isə vergitutma obyektini müəyyən edə bilmədiyi üçün qərarında göstərmişdir ki, iddiaçı cəmiyyətin bank hesabına vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. Bu, o halda mümkün ola bilər ki, əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatlar vergi hesabatlarında qəsdən ə ks olunmasın, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmi azaldılsın, xərclər (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi vergi orqanı bu kimi halların mövcudluğunu araşdırmadan vergi ödəyicisi barədə növbədənkənar vergi yoxlaması təyin etmiş, nəticədə Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

30. Məhkəmənin bu mövqeyi ilə bağlı cavabdeh bildirir ki, əslində məhkəmə işə birtərəfli yanaşdığı və sadələşdirilmiş vergi ödəyicisinin vergitutma obyektinin nə olmasını və vergitutma obyektinin mahiyyətindən məlumatsız olduğu üçün bu nəticəyə gəlmişdir. Məhkəmə müəyyən edə bilməmişdir ki, iddiaçı mənfəət vergisinin deyil s adələşdirilmiş verginin ödəyicisi olmuşdur və onun vergitutma obyekti gəlirləri və gəlirlərinin əldə edilməsi üçün çəkilən xərcləri arasındakı fərq deyil, xərclər nəzərə alınmadan ümumi gəlirləridir.

31. Vergi orqanı da öz növbəsində əldə etdiyi bank hesabından çıxarışlara əsasən iddiaçının 2017-ci ilin 2-ci rübü ərzində ümumi gəlirlərinin məbləğini (160.500,00 manat) müəyyən etmiş, həmin məbləği vergi ödəyicisinin təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində göstərilən ümumi gəlirin məbləği (30.000,00) ilə üzləşdirərək tamamilə haqlı olaraq vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin olması qənaətinə gəlmişdir ki, bu hal, iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi b arədə qərar qəbul edilməsinin əsasını təşkil etmişdir.

32. Məhkəmə qərarında diqqət edilməli məqamlardan biri budur ki, məhkəmə qərarını əsaslandırarkən göstərmişdir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində bu məsələyə ətraflı münasibət bildirilməklə iddiaçı cəmiyy ət tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin olmasını sübut edən bank hesabından çıxarışların və iddiaçının 2017-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş verginin bəyannaməsinin surətləri apellyasiya şikayətinə əlavə etmişdir. Bu sənədlərlə isə iddiaçı cəmiyyətin 2017-ci ilin 2-ci rübü üzrə dövriyyəsinin (gəlirlərinin) 160.500,00 manat olduğu halda həmin dövr üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində dövriyyəsini (gəlirlərini) 30.000,00 göstərməsi sübut olunmuşdur.

33. Məhkəmə isə apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirməməklə və təqdim edilmiş bank hesabından çıxarışları və sadələşdirilmiş vergi bəyannaməsini mənbəyi bəlli olan sübut kimi qiymətləndirməməsini əsaslandırmamaqla İnzibati Prosessu al Məcəllənin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

34. Bundan başqa, məhkəmə qərarında tamamilə birinci instansiya məhkəməsinin qərarındakı əsaslara istinad etməklə göstərmişdir ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********142335 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarında səyyar vergi yoxlaması müddətinin 30 iş günü müddətinə müəyyən edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun deyil, həmçinin səyyar vergi yoxlamasının ümumi keçirilmə müddəti 53+45=98 gün olmaqla Vergi Məcəlləsində nəzərdə tutulan 90 günlük müddətdən artıq davam etmişdir ki, bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

35. Bununla bağlı cavabdeh bildirir ki, məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsini düzgün başa düşmədiyi üçün belə nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2018-ci il tar ixli KY181253548 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan da göründüyü kimi yoxlamanın başlama tarixi xx.xx.2018-ci il, sona çatma tarixi isə xx.xx.2018-ci il müəyyən edilmiş və səyyar vergi yoxlaması həmin müddətdə keçirilmişdir. Yuxarı vergi orqanının xx xxxxx 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 iş günü (45 gün) müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək artırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması ümumilikdə 98 gün davam etmişdir ki, bu da Vergi Məcəlləsində nəzərdə tutulan 30+90=120 gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması (aşılması) kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə səyy ar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

36. Bundan başqa, məhkəmə MMC-nin rəhbəri X2 xəstə olması barədə müraciətləri ilə səyyar vergi yoxlamasının dayandırılmasını xahiş etməsi barədə məktublarına əsasən səyyar vergi yoxlamasının 8 aya yaxın dayandırılmasını kobud pozuntu kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, tibb müəssisəsinin müvafiq rəyi olmadan Fəyyaz Məmmədovun müraciətini əsas götürərək Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını dayandırması (təxirə salınması) qanunsuzdur.

37. Bununla əlaqədar cavabdeh bildirir ki, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar q əbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;...

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimata, həmçinin bu təlimatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Ə mək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” qaydasının 1-ci bəndinə görə əmək qabiliyyəti olmamaq vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Həmin qaydaların 10-cu bəndinə görə xəstəlik vərəqəsinin “İşdən azad edilir” qrafasında xəstənin işdən azad olunduğu müddətin başlanğıcı (gün, ay, il) ərəb rəqəmləri ilə sonu isə sözlə (gün, ay, il) yazılır. Həmin qaydaların 11-ci bəndinə gərə xəstəlik vərəqəsinin “İşə başlamalı” qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyətinin olmaması barədə vərəqə xəstənin xahişi ilə və ya iş yerinin rəhbərliyinin tələbi ilə ba ğlanıla bilməz.

39. Yuxarıda göstərilənlərdən göründüyü kimi xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi gün əmək qabiliyyətini itirən şəxsdə ola bilməz ki, o da bu vərəqəni əmək qabiliyyətini itirməsi səbəbi ilə səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə müraciətinə əlavə edərək vergi orqanına təqdim etsin. Xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra əmək qabiliyyəti itirmiş şəxsə bağlanaraq və təsdiq edilərək təqdim oluna bilər. Həmçinin xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Yəni ki, bu sənəd xəstəyə xəstə olmasını və müalicəyə yerləşdirilməsini təsdiq edən sənəd kimi deyil işdən üzürlü səbəbdən qalmasını sübut e ləmək və müavinət almaq məqsədilə verilir. Odur ki, xəstənin əmək qabiliyyəti bərpa olunmadan xəstəlik vərəqi xəstəyə və ya başqa şəxsə verilmir.

40. Qanunvericiliyin tələbindən göründüyü kimi Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması halı kimi yoxlama aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi nəzərdə tutulmuşdur. Əmək qabiliyyətini müvəqqəti itirməyi təsdiq edən sənəd olan xəstəlik vərəqinin isə xəstənin əmək qabiliyyəti bərpa olunanadək bağlanaraq ona verilməsi mümkün olmadığından, həmin sənəd vergi orqanı tərəfindən əvvəlcədən tələb oluna bilməz. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilmə lidir. Odur ki, bu halda mövcud olan ziddiyyəti vergi orqanı vergi ödəyicisinin xeyrinə şərh edərək xəstə olması barədə yazılı müraciətləri əsasında səyyar vergi yoxlamasının keçirilməsini dayandırmışdır.

41. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş üzrə sübutları düzgün qiymətləndirə bilməmişdir. Belə ki, iddiaçının sadəcə şifahi izahatı əsasında məhkəmə səyyar vergi yoxlamasının dayandırılması üçün iddiaçı cəmiyyətin rəhbərinin xəstə olması barədə yazdığı 8 məktubun yazılmasında iddiaçının heç bir məqsədinin olmaması, sadəcə vergi orqanının xahişini yerinə yetirməsi qənaətinə gələrək vergi orqanının məqsədyönlü şəkildə qanun pozuntusuna yol verdiyi qənaətinə gəlmişdir. Məhkəmə müəyyən edə bilməmişdir ki, səyyar vergi yoxlamasının dayandırılmasında vergi orqanının hər hansı bir mə qsədi və ya motivi mövcud deyil. Lakin, vergi ödəyicisinin məsuliyyətini aradan qaldırmaq və yüngülləşdirmək kimi çox ciddi qəbul ediləcək məqsədi mövcuddur. Belə ki, səyyar vergi yoxlamasının dayandırılmasına və dolayısı ilə yoxlanılan dövrlə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələsinə baxılması tarixi arasındakı vaxtın maksimum uzadılmasına yönəlmiş hərəkətlər edilməsi vergidən yayınan vergi ödəyiciləri tərəfindən çox geniş istifadə edilən praktikadır. 42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparıla n bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş diskresion səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqları və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamala rın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri altına düşmür və həmin məsələlər Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə tənzimlənir.

43. Vergi orqanının rəhbərinin öz səlahiyyətindən istifadə etməklə Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə səyyar vergi yoxlaması aktında olan çatışmazlıqların aradan qaldırılması məqsədilə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən əlavə araşdırmanın aparılması üçün əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar çıxarması tamamilə qanunidir və həmin qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qey də alınması nəzərdə tutulmamışdır. Əlavə vergi yoxlamalarının keçirilməsi barədə qərar qəbul etmək səlahiyyəti inzibati orqana Vergi Məcəlləsinin 49.1.3cü maddəsi ilə verilib və inzibati orqan tərəfindən əlavə vergi yoxlamalarının keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Odur ki, məhkəmənin iddiaçı cəmiyyətdə əlavə vergi yoxlamasının keçirilməsi barədə qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən hüquqi nəticəsinin olmaması qənaətinə gəlinməsi əsassız və işin hallarının səthi araşdırılmasının nəticəsidir.

44. İstər birinci instansiya məhkəməsi, istərsə də onun qərarını köçürməklə kifayətlənən, işin faktiki hallarını araşdırmayan və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyən Şəki Apellyasiya Məhkəməsi mövcud ol mayan qanunvericilik normasına istinad edərək iddiaçı cəmiyyətin istər 2015-ci ildə, istərsə də ondan sonrakı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun olmasını iddia edərək onun 2015-ci ilin dekabr ayının 1-dən etibarən məcburi qaydada ƏDV qeydiyyatına alınmasını və həmin müddətə əlavə dəyər vergisi hesablanmasını qanunsuz hesab etmişdir. Belə ki, məhkəmələr göstərmişlər ki, 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olduqda ƏDV qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Həmin dövrdə qüvvədə olan Məcəllənin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylar ında) 120.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

45. Cavabdeh bununla bağlı bildirir ki, 2015-ci ildə, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olan Vergi Məcəlləsində 218.1.2 maddəsi ümumiyyətlə mövcud olmamış və beləliklə də 12 aylıq dövriyyəsi 120.000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin ƏDV qeydiyyatına durmadan 6% dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmamışdır. xx xxxxxxx 2015-ci il tarixli, 1384-İVQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində nəzərdə tutulan ƏDV qeydiyyatına alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etmək öhdəliyi yaradan vergi tutul an əməliyyatların həcmi 120.000 manatdan 200.000 manata qaldırılmış, 218-ci maddəyə 218.1.2 maddəsi əlavə edilərək dövriyyəsi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

46. Göründüyü kimi, vergi orqanı haqlı olaraq səyyar vergi yoxlaması ilə iddiaçı cəmiyyətin 2015-ci ilin 01 yanvar-30 noyabr aylarında vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan çox (193.542,00 manat) olduğuna görə xx.xx.2016-cı il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 157.3.1-ci və 157.5-ci maddələrinə əsasən iddiaçı cəmiyyəti xx.xx.2015-ci il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına almış və həmin tarixdən sonrakı vergi tutulan əməliyyatlarına görə əlavə dəyər vergisi hesablamışdır. b. məhkə mə icraatı iştirakçılarının izahatları

47. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

48. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 49. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxı şlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

50. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərm anı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.4. Qanun əsasında sahibkar lıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyat a alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

51. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inz ibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında ape llyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

53. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əs aslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, ilk növbədə cavabdeh tərəfindən inzibati icraat qaydalarının pozulduğuna istinad edərək qeyd etmişdir ki, “...iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan apelyasiya şikayətində iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiy ini əsas gətirsə də, vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir... Vergi orqanı tərəfindən əldə edilmiş bank məlumatlarına əsasən xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək vergi ödəyicisi olan iddiaçı cəmiyyətin hesablaşma hesabına 160500 manat vəsaitin daxil olması müəyyən edilmiş, bu hal cavabdeh orqan tərəfindən gəlirlərin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyasının qənaətinə görə,birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətin hesablaşma hesabına hər hansı bir vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz.”.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Cavabdeh haqlı olaraq qeyd edir ki, “...qanunvericilik normasının (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin) tələbindən görünür ki, məhkəmələrin qeyd etdiyi kimi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin müəyyən edilməsi deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi tələb edilir... Məhz konkret olaraq vergi ödəyicisi tərəfindən vergilərin və ya vergitutma obyektinin gizlədilməsinin (azal dılmasının) müəyyən edilməsi üçün bu cür əlamətlər əsasında səyyar vergi yoxlamasının keçirilməsi zəruridir....hazırkı halda iddiaçı cəmiyyətin bank hesabına 2017-ci ilin 2-ci rübü ərzində 160.500,00 manat vəsaitin daxil olmasına baxmayaraq həmin dövr üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində dövriyyəsini 30.000,00 manat göstərməsi gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlaməti kimi qiymətləndirilməlidir....cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində bu məsələyə ətraflı münasibət bildirilməklə iddiaçı cəmiyyət tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin olmasını sübut edən bank hesabından çıxarışların və iddiaçının 2017-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmi ş verginin bəyannaməsinin surətləri apellyasiya şikayətinə əlavə etmişdir. Bu sənədlərlə isə iddiaçı cəmiyyətin 2017-ci ilin 2-ci rübü üzrə dövriyyəsinin (gəlirlərinin) 160.500,00 manat olduğu halda həmin dövr üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində dövriyyəsini (gəlirlərini) 30.000,00 göstərməsi sübut olunmuşdur. Məhkəmə isə apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirməməklə və təqdim edilmiş bank hesabından çıxarışları və sadələşdirilmiş vergi bəyannaməsini mənbəyi bəlli olan sübut kimi qiymətləndirməməsini əsaslandırmamaqla İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.”.

57. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsaslı, işin hallarına uyğun hesab edir.

58. Apellyasiya instansiyası məhkəməsi, həmçinin vergi yoxlamasının apa rılmasının müddətləri ilə bağlı qüsurlara da istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

59. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır.

60. Mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni for malhüquqi tərəfinə gəlincə, qeyd etmək lazımdır ki, vergi yoxlaması prosesində müddətlərlə bağlı icraat qüsurlarına yol verilmişdir. Belə ki, Vergi Məcəlləsinin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;...

61. Hazırkı halda, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarla yoxlamanın müddəti «30 iş günü» müəyyən edilmişdir.

62. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyriiş gününə təsadüf edərsə, həm in müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2).

63. Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) madd ələrində nəzərdə tutmuşdur.

64. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayına bərabər ola bilər.

65. Bununla yanaşı, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPMin 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun.

66. Bu, eyni ilə vergi yoxlamasının dayandırılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qüsura da aiddir. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin rəhbərinin ərizəsində onun müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyinə dair göstərdiyi məlumatı inzibati icraat qaydasında tibb müəssisəsinə sorğu verməklə yoxlaya bilərdi. Əlavə olaraq, bir halda ki, cavabdeh inzibat i orqan özü təsdiq edir ki, “səyyar vergi yoxlamasının dayandırılmasına və dolayısı ilə yoxlanılan dövrlə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələsinə baxılması tarixi arasındakı vaxtın maksimum uzadılmasına yönəlmiş hərəkətlər edilməsi vergidən yayınan vergi ödəyiciləri tərəfindən çox geniş istifadə edilən praktikadır”, deməli, vergi ödəyicisinin rəhbərinin ərizəsində onun müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyinə dair göstərdiyi məlumatı inzibati icraat qaydasında tibb müəssisəsinə sorğu verməklə yoxlamalı idi. Lakin hər bir halda, qeyd edilən əsasla (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə) vergi yoxlamasının dayandırılması vergi ödəyicisi nin rəhbərinin ərizəsi əsasında baş verib və hüquqi şəxsin idarəetmə orqanının rəhbəri kimi o, həmin ərizə ilə arzuladığı nəticədən əvvəlcədən xəbərdar idi. Ərizənin inzibati orqan təmin olunduğu nəzərə alındıqda, iddiaçı həmin ərizənin təmin olunması ilə hüququnun pozulduğunu iddia edə bilməz.

67. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır.

68. Yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə gəldikdə, burada, vəziyyət fərqlidir və həmin tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır.

69. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...iddiaçı cəmiyyətdə yoxlama aparılan zaman vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmiş, xx.xx.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmiş, təqdim edilmiş rəy əsasında 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmiş, əlavə vergi yoxlamasının nəticələri xx xxxx 2019-cu il tarixli **********14246 5 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, hətta səyyar vergi yoxlamasının müddəti başa çatdıqdan sonra, aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Bu halı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bir daha təsdiq etmiş, yoxlamanın qeydə alınmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir.”.

70. Apellyasiya instansiyası məhkəməsi işin həmin halı ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müddəalarına istinad edərək vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığını vurğulamışdır.

71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı istinad etdiyi hallara dair əsaslandırmalarını İPM-in 12.1 və 58.7-ci maddələrinin, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə uyğun hesab etmir. Cavabdeh haqlı olaraq qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxı şlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin qanunun müddəalarının təsiri alt ına düşmür.

72. Eyni şərt (“sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə”) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərində də təsbit olunmuşdur.

73. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiyi “əlavə vergi yoxlamaları” ilə bağlı işin hallarını, o cümlədən cavabdehin dəlillərini yuxarıda istinad edilən normaların tələblərini nəzərə almaqla yoxlamalı və qiymətləndirməli idi.

74. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələblərinin pozulması ilə bağlı şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri də əsaslı hesab edir.

75. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olduqda ƏDV qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Həmin dövrdə qüvvədə olan Məcəllənin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 120.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

76. Cavabdeh haqlı olaraq qeyd edir ki, 2015-ci ildə, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olan Vergi Məcəlləsində 218.1.2 maddəsi ümumiyyətlə mövcud olmamış və beləliklə də 12 aylıq dövriyyəsi 120.000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin ƏDV qeydiyyatına durmadan 6% dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmamışdır. xx xxxxxxx 2015-ci il tarixli, 1384-İVQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində nəzərdə tutulan ƏDV qeydiyyatına alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etmək öhdəliyi yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manata qaldırılmış, 218-ci maddəyə 218.1.2 maddəsi əlavə edilərək dövriyyəsi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

77. Beləliklə, apelly asiya instansiyası məhkəməsi işin faktiki hallarını mübahisəli hüquq münasibətinin aid olduğu dövrdə qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından yoxlamalı və qiymətləndirməli idi.

78. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82 və 87.8ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

79. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

80. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 21(107)-122/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar