Məhkəmə qərarları › İş №2-1(102)-1273/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1273/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1273/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (AZE********) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-59/2022 nöm rəli, 17 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1993 –1997-ci illərdə Rusiya Federasiyasının Mahaçkala şəhərində Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunda “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almışdır.

2. Həmin İnstitut tərəfindən Dövlət Attestasiya Komissiyasının 20 iyun 1997-ci il tarixli qərarı ilə 30 iyul 1997-ci il tarixli MM 000202 nömrəli diplom verilmişdir.

3. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh 15 yanvar 2019-cu il tarixli məktubla bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddi açının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən olunmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsi, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə Tövsiyələr”in V hissəsi (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26 və 37-ci paraqrafları rəhbər tutularaq, diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 20 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən v erilmiş 20 iyun 1997-ci il tarixli MM 000202 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 sentyabr 1993-cü il tarixdən 20 iyun 1997-ci il tarixədək Rusiya Federasiyasının Mahaçqala şəhərində Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun əyani təhsil forması üzrə tələbəsi olmuş, hüquqşünas ixtisası üzrə tam kursu bitirmişdir. Rusiya Federasiyasının ərazisində tam təhsil proqramını mənimsəmiş, tədris planını yerinə yetirmiş, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Dövlət Attestasiya Komissiyası tərəfindən 20 iyul 1997-ci il tarixli qərarla ona “hüquqşünas” ixtisası üzrə ali təhsil haqqında diplom verilmişdir. Lakin cavabdeh əs assız olaraq diplomun tanınmasından imtina etmişdir. Belə ki, cavabdehin iddiaçını tədris dilini bilməyini qiymətləndirmək səlahiyyəti yoxdur, onun təhsil aldığı təhsil müəssisəsi Rusiya Federasiyasında müvafiq qaydada akkreditə olunmuş qurumdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. İddiaçının rus dilini bilmə səviyyəsi haqqında “Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbə”si tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının rus dili bilməsi produktiv səviyyəyə (Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla ünsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur) uyğun gəlməklə, ali təhsilli mütəxəssisin şifahi və yazılı p eşə nitqinə verilən tələblərə tam cavab verir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3552/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək, iddiaçıya Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş 20 iyun 1997-ci il tarixli MM 000202 nömrəli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Rusiya Federasiyasının səlahiyyətli orqanı iddiaçıya verilmiş diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti ar asında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Cavabdeh iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydala rın 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2020 nömrəli, 11 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəs inin qənaətbəxş olmadığı müəyyən edilən iddiaçının hətta nömrəsi əl yazısı ilə qeyd edilən mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1905/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Lakin, cavabdehin imtinasının əsası işdə olan hər hansı sübutla təsdiq edilmir. Əksinə, işdə olan 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyində iddiaçının rus dilində lüğət ehtiyatının xeyli zəngin olduğu, nəticədə rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlməsi, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verməsi qeyd edilmişdir. Apellyasiya məhkəməsi cavabdehin də lili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi sübuta hüquqi qiymət verməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-59/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3552/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 1997-ci ildə universiteti bitirmiş, tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı isə cavabdeh tərəfindən ekspertiza isə 2018-ci ilin dekabrında həyata keçirilmiş, göründüyü kimi iddiaçının təhsil aldığı döv rdən artıq 20 ildən artıq müddət keçmiş, ötən müddət ərzində iddiaçı tərəfindən rus dilindən istifadə edilməmişdir. Bundan əlavə, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin deyil, onun təhsil aldığı müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aiddir. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inziba ti orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri ilə iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. Bundan əlavə, kassator qeyd edir ki, məhkəmənin mütəxəssis rəyini mötəbər sayması ilə bağlı mövqeyi kifayət qədər əsaslandırılmamış, həmçinin tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması cavabdehin diskresion səlahiyyətidir. b)

21. Kassasiya şika yətinə qarşı etirazın dəlilləri: Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xa rici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6.ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğ u; 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqam ət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan prosessual hüquq normalarının tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələni lazımi qaydada araşdırmış və məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasi ya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Əlavə olaraq məhkəmə kollegiyası cavabdehin “tədris dilinin yoxlanılmasının cavabdehin diskresion səlahiyyəti olması ilə” bağlı qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırm a aparmağa borcludur. Bundan əlavə, inzibati orqan diskresion səlahiyyətlərindən istifadə etməklə qərar qəbul etdiyi hallarda belə, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

32. Hazırkı iş üzrə də aşağı instansiya məhkəmələri iddiaçının tədris dilini bilmə səviyyəsi ilə bağlı cavabdehin dəlillərini İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından araşdırmış və haqlı olaraq hesab etmişdir ki, cavabdehin bununla bağlı dəlilləri əsassızdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-59/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar