Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1273/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-7/2023 nömrəli qərarından cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur.
2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək dövlət ehtiyacı üçün alınmış və yararsız hala salınmış ona məxsus torpaq sahəsinə görə qanunvericiliyin tələblərinə uyğun kompensasiya ödənilməsini xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2017-ci il tarixli, H-3/16-1944 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 5 iyun 2017-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Bununla bağlı ona Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 28 noyabr 2006-ci il tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2015-ci ildə iddiaçıya məlum olmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Özünü iş icraçısı kimi təqdim edən şəxslər ona bildirmişlər ki, onlar cavabdehin işçiləridir. İddiaçının torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq və ona kompensasiya ödəniləcəkdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş və oradan ona bildirmişlər ki, onun torpaq sahəsi dövlət ehtiyacları üçün alınan torpaqlar siyahısına daxil edilmişdir. Ərazidən Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üzrə Tədbirlər Planı” çərçivəsində tikintisi aparılan BilgəhSumqayıt-Tağıyev qəsəbəsinə qədər avtomobil yolu inşa ediləcəkdir və elə buna görə də iddiaçı sənədlərini cavabdehə təqdim edilsin. O, da öz növbəsində bütün sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Layihə rəhbərinə və digər əməkdaşlara dəfələrlə müraciət olunsa da, məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. İddiaçının 2017-ci il 01 mart tarixli yazılı ərizəsinə cavab olaraq ca vabdeh H-3/16-1944 saylı 2017-ci il 03 aprel tarixli cavab məktubu göndərilmişdir. Məktubda göstərilir ki, “iddiaçının cavabdehə ünvanladığı ərizəyə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır”. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala salınmı şdır. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir.
6. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, Abşeron Rayonu, Mehdiabad qəsəbəsində iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarış ilə qeydə alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. İddiaçı qeyd etdiyi ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əs asən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişikliklər edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. Nəzərdə tutulan “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisində” iddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq, iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddia qaldırmış iddiaçının müraciət edildiyi halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir.
7. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli 3/09-2656 nömrəli məktubunda göstərilmişdir ki, tərəflərindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 1 (bir) sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 (üç min) manat kompensasiya ödənilmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)33/2019 nömrəli qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.27 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yo lunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin 15 aprel 2019-cu il tarixli, 3/09-2656 saylı məktubuna münasibətdə qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda, tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200 manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir.
10. Eyni zamanda məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, inzibati işlər üzrə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddia həmin hissədə təmin oluna bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2021-cü il tarixli, 2-1(105)-6/2021 nömrəli qərarı (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)33/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021cü il tarixli, 2-1(102)-900/2021 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 3 fevral 2021-ci il tarixli, 2-1(105)-6/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təkrar apellyasiya baxışında ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir. Eyni zamanda, torpaq sahəsinin faktiki olaraq avtomobil yolunun altına (təhkim zolağına) və ya onun qorunma (mühafizə) zolağına düşüb-düşməməsi də müəyyən edilməlidir.
17. Apellyasiya məhkəməsi bu məsələlər üzrə də araşdırmasını tam və hərtərəfli aparmamış, torpaq sahəsinin qazıntı işləri nəticəsində istifadəyə tam yararsız hala salındığını bildirsə də, bu mövqeyini hər hansı sübutla əsaslandırmamışdır. Qazıntı işlər inin torpaq sahəsinin yararlılığına göstərdiyi təsir və onun dərəcəsi, eləcə də bərpanın mümkünlüyü ilə bağlı məsələ müvafiq mütəxəssis və ekspert rəyi ilə, eləcə də digər aidiyyəti sübutlarla dəstəklənməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/3493 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyə əsasən “Bilgəh-Sum qayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun tikintisi altına 0.1604 ha hissəsi, yolun qazma yamacına 0.1064 ha hissəsi düşür.
20. Məhkəmə sorğusu əsasında Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 4802 nömrəli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş “2015-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair alqı-satqı müqavilələri” ilə müəyyən olunur ki: -xx.xx.2015ci il tarixli, AN-İ № ******* s aylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,5 ha torpaq sahəsi 5000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,2 ha torpaq sahəsi 3000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,68 ha torpaq sahəsi 40000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,13 ha torpaq sahəsi 5000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,5434 ha torpaq sahəsinin 0,1 ha hissəsi 5000 manata satılmışdır.
21. Sumq ayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-7/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və Z.T.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)-33/2019 nömrəli qərarı dəyişdirilərək iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, MH seriyalı ******* nömrəli çıxarışa əsasən 0,27 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 88.193 (səksən səkkiz min yüz doxsan üç) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuş dur.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin qərarındakı göstərişlərin yerinə yetirilməsi istiqamətində məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022ci il tarixli ekspert rəyi alınmışdır. İddiaçının torpaq sahəsinin bir qismi yol tikintisi altına, digər hissəsi isə yolun qazma yamacına düşdüyündən torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir.
23. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bir sotunun qiyməti ilə bağlı qeyd edir ki, istər mütəxəssis rəyində, istər qiymətlə ndirmə hesabatında, istərsə də cavabdehin məktubunda göstərilən məbləğlər mübahisənin həlli üçün əsas kimi götürülə bilməz ona görə ki, həmin sənədlərdə əks edilən məbləğlər “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid edilən məbləğ kimi nəzərdə tutulmamışdır. Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrindən 2015-ci ilə aid 3 ən yüksək qiyməti seçməklə, 1 sotun orta qiyməti 2722 (1500+1667+5000=8167:3=2722) manat müəyyən edildikdə, iddiaçıya məxsus 0,27 ha torpaq sahəsinin qiyməti 73494 (27 sot x 2722 m = 73494) manat təşkil edəcəkdir. Həmin məbləğə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hə min daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir) 20%, yəni 14.699 manat əlavə edilməklə ümumilikdə 88.193 (73494+14699=88193) manat məbləğin tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməlidir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. Cavabdehi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarında qoyulmuş göstərişlərə uyğun olaraq natamam araşdırma aparılmış və nəticədə iddiaçının torpağı ümumi cümlələrlə qazıntı-yolun altına düşməyini qeyd etməklə kifayətlənmişdir. Ali Məhkəmənin istinad edilən qər arındakı göstərişlərin yerinə yetirilməsi istiqamətində apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Əldə edilən 13 iyul 2022- ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyə əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin ko ordinatları layihədə göstərilən yolun tikintisi altına 0.1604 ha hissəsi, yolun qazma yamacına 0.1064 ha hissəsi düşür. Göründüyü kimi ekspertiza rəyindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin 0.1604 ha hissəsi “Bilgəh- Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına düşmüş, lakin qalan hissənin isə yolun tikinti altına düşmədiyi halda apellyasiya instansiyası məhkəməsi bütövlükdə 0,27 ha torpaq sahəsinə görə kompensasiya hesablamış və cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul etmişdir.
26. Cavabdeh hesab edir ki, məhkəmə iddiaçının mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin 0.1604 ha hissəsinin “Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinə düşdüyü hald a, düşməyən hissəyə görə kompensasiya tutması əsassızdır.
27. Torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri onun geri alındığı vaxt deyil siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Həmçinin, əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlarla istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlarla isə Qiymətləndirmə fəaliyyəti haqqında qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilər. Göründüyü kimi, torpağın bazar qiyməti ilə bağlı göstərilən halları nəzərdən keçirilməmiş, nət icə də şişirdilmiş qiymətləri tətbiq etməklə dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaradılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-7/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.... Maddə
152. Mülkiyyət hüququnun anlayı şı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları ü çün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.... 30. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəm ərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetir ənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə im kanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.... Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı m əlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın a lınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə o lduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas g ötürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, idd ia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən: 1) ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin 0.1604 ha hissəsi yolun tikintisi altına, 0.1064 ha hissəsinin isə yolun qazma yamacına düşdüyü müəyyən edilmiş, lakin məhkəmə iddiaçının mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin 0.1604 ha hissəsinin aparılan yol tikintisinin altına düşdüyünü, lakin qalan hissənin isə yolun tikinti altına düşmədiyini nəzərə al mamış; 2) məhkəmə torpağın bazar qiyməti ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almadan şişirdilmiş qiymətləri tətbiq etməklə dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaratmışdır.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən əldə edilmiş ekspert rəyinə, habelə cavabdehin göstərdiklərinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006cı il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasında iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir və bu sahə dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, lakin layihəni icra edən cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinə dair müvafiq kompensasiya məbləği ödənilməmişdir.
39. Cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə iddiaçıya məxsus 0.27 ha torpaq sahəsinin sadəcə 0.1604 ha hissəsinin yolun tikintisi altına düşdüyünü etiraf etmiş, digər hissənin isə tikinti altına düşmədiyini bildirmişdir. Halbuki, cavabdehin də qeyd etdiyi həmin rəydə iddiaçıya məxsus torpaq sahəsinin tikinti altına düşməyən 0.1064 ha hissəsinin yolun qazma yamacına düşdüyü qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın mənası baxımından y olun qazma yamacı tikilən yolun dayanıqlığına, təhlükəsizliyinə və texniki baxımından istismara yararlığına xidmət edən sahələr olmaqla yol tikintisinin ayrılmaz hissəsidir.
41. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin bir qisminin yol tikintisi altına, digər hissəsinin isə yolun qazma yamacına düşməsini nəzərə alaraq torpaq sahəsinin bütövlükdə dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmalı olduğu barədə düzgün nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası torpağın bazar qiyməti ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli 3/092656 nömrəli məktubunda “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən x üsusi mülkiyyətdə olan torpaq sahəsinin 1 (bir) sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 (üç min) manat kompensasiya ödənildiyi göstərilsə də, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ondan daha az, yəni 1 sot üçün 2722 (iki min yeddi yüz iyirmi iki) manat təşkil edir.
43. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən üçü seçməklə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 sotun orta qiyməti 2722 (1500+1667+5000=8167:3=2722) manat müəyyən edilmişdir.
44. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya ödənilməli kompensasiyanın məbləği ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından lazımi qaydada araşdırılmış və bununla əlaqədar istinad oluna n sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(105)-7/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.