Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1274/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 09.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 1992-ci il tarixdən 09 sentyabr 1998-ci il tarixədək «Qayğı» Konsernində, 14 avqust 2000-ci ildən 19 yanvar 2001-ci ilədək, 30 mart 2001-ci ildən 02 yanvar 2002-ci ilədək “xxxx» ASC-də, 02 yanvar 2002-ci il tarixdən 28 iyul 2005-ci il tarixədək “xxxx» MMC-də işlədiyi müddətin iş sta jına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyülması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-567/2018 saylı, 26 yanvar 2018-ci il tarixli qərarı(hakim V.Piriyev) ilə iddia təmin edilmiş, İddiaçı 15 mart 1992-ci il tarixdən 09 sentyabr 1998-ci il tarixədək «Qayğı» Konsernində, 14 avqust 2000-ci ildən 19 yanvar 2001-ci ilədək, 30 mart 2001-ci ildən 02 yanvar 2002-ci ilədək “xxxx» ASC-də, 02 yanvar 2002-ci il tarixdən 28 iyul 2005-ci il tarixədək “xxxx» MMC-də işlədiyi müddətin iş stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)-2165/18) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq norm alarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ H İSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, 03.10.2016-cı il tarixdə ona 02.10.2021-ci il tarixədək İİ qrup əlillik təyin edilmiş; 20.11.2014-c ü il tarixdə isə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İşin materiallarında olan, iddiaçıya məxsus əmək kitabçasının surətinə görə, O, 15.03.1992 – 09.09.1998-ci il tarixlərdə «Qayğı» Konsernində; 14.08.2000 – 19.01.2001-ci il tarixlərdə və 30.03.2001 – 02.01.2002-ci il tarixlərdə “xxxx» ASC-də; 02.01.2002 – 28.07.2005-ci il tarixlərdə “xxxx» MMC-də işləmişdir. Bu faktaəsasən iddiaçı işlədiyi həmin müddətin iş stajına daxil edilməklə, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 13.10.2017-ci il tarixli, 19/8334-01 saylı cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmiş və bu zaman bildirilmişdir ki, ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu na əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə müvafiq olaraq pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Onun 01.01.1992 – 09.09.1998-ci il tarixlərdə, 14.08.2000 – 19.01.2001-ci il tarixlərdə, 30.03.2001 – 28.07.2005-ci il tarixlərdə işlədiyi dövrün düzgünlüyünün qarşılıqlı yoxlanılması mümkün olmadığından, həmin dövr sığorta stajına daxil edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbənin dəlillərindən fərqli olaraq Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hi ssəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2 -ci bənd). Göründüyü kimi, yuxarıda qeyd edilən “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Cavabdeh şöbənin stajın yoxlanılmalı olduğuna iddia etdiyi dövr də “Qanun” qüvvəyə minən tarixədəkdir. Lakin iddiaçı müvafiq dövr üzrə stajını təsdiq edən əmək kitabçasını təqdim etsə də, cavabdeh şöbə müvafiq qeydləri mötəbər saymamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetiril məyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan başqa, cavabdeh şöbə 13 oktyabr 2017-ci il tarixli imtina məktubundan fərqli olaraq, sonradan digər dövrləri deyil, iddiaçının 1992-1998-ci illərdə «Qayğı» firmasında işlədiyi dövrü mübahisələndirmiş, bu dövrün həmin firmanın sosial ayırmaları ödəməməsinə görə sığorta stajına daxil edilmədiyini göstərmişdir. Həmin dəlillər əsassızdır, çünki, iddiaçıya məxsus pensiya işinə göstərilən hallara dair hər hansı sübut əlavə olunmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 13 noyabr 2018-ci il tarixli, **********756900 saylı məktubda göstərilmişdir ki, Vergilər Nazirliyinin uçot-məlumat bazasında “X1 Qayğı Konserni»nin 18 avqust 1993-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, rəhbərinin S.Bayramov adlı şəxsin və hüquqi ünvanının Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cu keçid olması barədə məlumat mövcuddur. Həmçinin «xxxx» ASC tərəfindən məhkəməyə ünvanlanmış HX-18/3809 saylı, 14 noyabr 2018-ci il tarixli müşayət məktubu ilə iddiaçının «xxxx» MMC-də 2002-2005-ci illərdə işləməsinə dair əmrlərin arxiv surətləri təqdim olunmuşdur. Beləliklə, cavabdeh şöbə tərfəindən iddiaçının əmək kitabçasında göstərilən sözügedən dövrlərin pensiya təyini zamanı nəzərə alınmaması əsassız olduğundan, 1-ci instansiya məhkəməsi iddianın təmin olunmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına m alik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1274/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1274/2019
09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver