Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1274/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10 və Bakı şəhəri Cavabdeh1) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-209/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının «Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında» 28 dekabr 2001-ci il tarixli, 821 nömrəli sərəncamı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 19 dekabr 2001-ci il tarixli, 1334/d say lı razılıq məktubu, "xxxx" şirkətinin 6 dekabr 2001-ci il tarixli, 10 saylı müraciəti Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 6 aprel 2001-ci il tarixli, 000928, 000929 saylı qeydiyyat vəsiqələri nəzərə alınaraq, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin sərəncama, ayrıc aktına və ayrılmış torpaq sahəsinin cizgisinə əsasən torpaq istifadəçisi olan hüquqi şəxs "xxxx" şirkətidir və torpağın verilmə məqsədi və şərti yaşayış binasının və sağlamlıq mərkəzinin tikintisi təşkil edir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeyrikommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 1 may 2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 1yət ərazisi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-məhəllə, ev 26-dır. Fəaliyyət predmeti daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 236/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ilkin iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabd eh "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir.
4. Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli, 29 dekabr 2017ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinin müəyyən edilmişdir ki, FHN X12 Xidmətinin 29 dekabr 2017-ci il tarixli razılaşdırması nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyri-yaşayış obyekti) istismarına X9 29 dekabr 2017-ci il tarixdən icazə verilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünv anında yerləşən 32.6 kv.m olan qeyri-yaşayış binasına X5 xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7584 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 30 oktyabr 2018-ci il, qeydiyyat nömrəsi **********. Torpaq sahəsinin mülkiyyət növü «Dövlət», torpaq sahəsi üzərində hüququn növü «İstifadə», torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar», torpaq sahəsinin ölçüsü «0.00362 hektar» kimi qeydiyyata alınmışdır.
6. AN-İ seriyalı ******* saylı, 5 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.67275 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində n 0.00362 ha hissəsini X2. 7. ********** qeydiyyat nömrəli, 10 may 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,6210 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsusdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X5 adına rəsmiləşdirilən 30 oktyabr 2018-ci il tarixli ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 5 aprel 2019cu il tarixdə "xxxx" MMC ilə X10 arasında olan alqı-satqı müqaviləsinin və 4 iyun 2019-cu il tarixli ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 may 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, bina 26 üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçərək 1117- MM4-0046 saylı çıxarış və şəhadətnamə əsasında idarəçilik "xxxx" MMMC-yə təhvil verilmişdir. Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26nın həyətində avtomobillərin yuma məntəqəsi binanın həyətində balkonların altında 3 metr aralıda 12-13 ildir qanunsuz fəaliyyət göstərir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət lər Nazirliyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuş, həmin dövlət qurumlarından səsin yüksək olması və qanunsuz tikinti olması, məhkəməyə müraciət edilməsi barədə məktub verilmişdir. Avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması və sökülməsi barədə Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmə 3 avqust 2017-ci il tarixdə avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin qərardad öz qüvvəsində saxlanılmışdır. Nərimanov rayon Məhkəməsi tərəfindən isə işə mahiyyəti üzrə baxılarkən qanunsuz tikili olan avtomobillərin yuma məntəqəsinin sökülməsi barədə 28 avqust 2018-ci il tarixdə qətnamə qəbul olunmuşdur. Mənzil mülkiyyətçilərinin müş tərək cəmiyyətinin yaranmasından sonra binanın həyətində hər hansı bir tikintinin aparılması yalnız mənzil mülkiyyətçilərinin birgə razılaşması əsasında həyata keçirilir, istənilən obyekt yalnız cəmiyyətin adına təsərrüfat fəaliyyəti kimi sənədləşdirilə bilər. Buna baxmayaraq Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 8 sentyabr 2017-ci il tarixdə Cavabdeh1nə göndərdiyi məktuba məhəl qoymadan 10 yanvar 2018-ci il tarixdə göstərilən ünvanda avtoyuma məntəqəsinin istismarına icazə verilmişdir. X10 məhkəmə proseslərinə məhəl qoymadan, məhkəmənin qətnaməsindən 2 ay sonra 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətindən sahə mülkiyyətçilərinin ümumi əmlakını natura şəklində ayıraraq ünvan 6 ünv anla Zahid Xəlilov küçəsi 78 B) binanın həyətində yerləşən yuma məntəqəsinə ********** saylı çıxarışı qanunsuz və saxtakarlıqla əldə etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 28 dekabr 2001-ci il tarixli, 821 nömrəli sərəncamı ilə torpaq sahəsi yalnız bina tikintisi üçün ayrılmışdır. Avtoyuma məntəqəsinin tikildiyi torpaq isə bina sakinlərinin ümumi istifadəsində olan yerdir. Cavabdeh1 qanunsuz olaraq tikinti obyektinin istismarına icazə sənədini vermişdir. Həmin sənəddə Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin 29 dekabr 2017-ci il tarixli rəyinə istinad edilsə də, sonradan məlum olmuşdur ki, belə bir rəy olmamışdır. Layihədə əks olunan Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin «razılaşdırılmışdır» ştampı saxtadır. Əslində razılaşma və rəy möhür və vəzifəli şəxsin imzası i lə təsdiq edilməlidir. Belə bir razılaşma isə mövcud deyil. Fövqəladə Hallar Nazirliyi özü də belə bir rəyin verilmədiyini təsdiq etmişdir. 4 iyun 2019-cu ildə verilmiş çıxarış da qanunsuzdur və ləğv edilməlidir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçının ərizəyə əlavə etdiyi məhkəmə qərarları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İddiaçıya bu barədə 28 iyun 2019-cu il tarixli, **********37 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 7 şəhəri Cavabdeh1 tərəfindən verilən (FHN X12 Xidmətinin 29 dekabr 2017-ci il tarixli rəyini nəzərə alaraq) Ə-301-159 nömrəli 29 dekabr 2017-ci il tarixli tikinti obyekt inin istismarına icazə sənədi əsasında X5 adına 30 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" MMC tərəfindən AN-İ № 0763393, 5 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin müəyyən hissəsini (0.00362 ha) X5 adına özgəninkiləşdirmişdir. Sözügedən müqavilə əsasında X5 adına 4 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda 0.0036 ha torpaq sahəsi və onun üzərində yerləşən sözügedən qeyri-yaşayış binası X5 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli, 2-1(112)-139/2021 saylı qərardadı ilə iddia tələbi «ünvan 3 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X5 adına rəsmiləşdirilən 30 oktyabr 2018-ci il tarixli, ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 5 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə X10 arasında olan alqı-satqı müqaviləsinin ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır.
12. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli, 2-1(112)-139/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən qeyri-yaşayış binasına X5 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində 4 iyun 2019-cu ildə (qeydiyyat nömrəsi **********) aparılmış qeydiyyat (həmin qeyri-yaşayış binasına X5 adına 4 iyun 2019-cu il tarixdə verilmiş çıxarış) ləğv edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 28 dekabr 2001-ci il tarixli, 821 nömrəli sərəncamına əsasən "xxxx" şirkətinə Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 554-cü məhəllədə yaşayış binasının və sağlamlıq mərkəzinin (sahəsi 0,6727 ha) layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir, həmin sərəncamda qeyd olunan ünvanda qeyri-yaşayış sahəsi olan avtoyuma məntəqəsinin layihə ləşdirilməsi və tikintisi nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən Ə-301-159 nömrəli 29 dekabr 2017ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində FHN X12 Xidmətinin xx.xx.2017-ci il tarixli razılaşdırması (rəyi) nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 ünvanında yerləşən avtoyuma məntəqəsinin (qeyriyaşayış obyekti) istismarına X9 29 dekabr 2017-ci il tarixdən icazə verilməsi qeyd olunsa da, Bakı şəhəri Cavabdeh1 qeyd olunan rəyi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və həmin Nazirliyin X11 Xidməti tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublarda ünvan 9 ünvanında X5 adına rəsmiləşdirilə n qeyri-yaşayış obyektinə Fövqəladə Hallar Nazirliyinin X11 Xidməti tərəfindən razılaşdırılma barədə rəyin, ümumiyyətlə hər hansı rəyin verilmədiyi bildirilmişdir. X3 Mərkəzinin 200 nömrəli 3 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 10 ünvanla Zahid Xəlilov küçəsi 78B) ünvanında yerləşən tədqiqat obyektinin üç tərəfdən hündürlüyü 60 sm. ölçüdə olan dəmir-betonun üzərində, yığma metal konstruksiyadan quraşdırılmış birmərtəbəli qeyri-yaşayış sahəsi olduğu, qeyri-yaşayış sahəsinin döşəməsinin metlaxla, divarlarının və tavanının daxildən “lambri” plastik təbəqələrlə üzləndiyi müəyyən edilmişdir. Lakin qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən cavabdeh tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamışdır (ayrı-ayrı müvafiq dövlət orqanlarına sorğuların verilməsi, müayinələrin aparılması, mütəxəssis rəyinin alınması və s.). İşin bütün hallarının araşdırılması cavabdeh inzibati orqanın xidməti vəzifəsindən irəli gəlsə də, təqdim olunmuş sənədlər və işin bütün halları hərtərəfli tədqiq edilmədən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
15. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-209/2022 nömrəli qərardadı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X15) ilə Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus deyil. Belə ki, həmin torpaq sahəsi "xxxx" MMC-yə məxsus olmuş və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1. X5 mübahisəli torpaq üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsin ə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onun tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır.
18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi alqı–satqı vasitəsi ilə "xxxx" MMC-dən alınmışdır və sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi idarəsində rəsmiləşdirilərək 30 oktyabr 2018-ci il tarixli, ********** saylı çıxarış əldə edilmişdir. Hesab edilməlidir ki, "xxxx" MMC-nin həmin torpaq sah əsini özgəninkiləşdirməyə hüququ yoxdur, çünki həmin torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün 2001-ci ildə ayrılmışdır və həmin torpaq sahəsinin üzərində 180 mənzilli yaşayış binası inşa edilərək 2004-cü ildə tam satılmışdır. 2009cu ildə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 saylı Ərazi İdarəsinin sahə mülkiyyətçilərinə məxsus tikilinin və torpaq sahəsinin kiminsə adına rəsmiləşdirilməsi qanunsuzdur. Mənzil Məcəlləsinin 35-ci və 36-cı maddələrinə əsasən bina və binanın yerləşdiyi torpaq sahəsi binada yaşayan sahə mülkiyyətçilərə məxsusdur, sahə mülkiyyətçilərini isə həmin ünvanda 2017-ci ildə yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təmsil edir. Bu isə məhkəməyə müraciət etmək üçün birbaşa subyektiv hüquq yaradır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona gör ə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədə n subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz....
23. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərardadı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddi aya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olubolmamasını özündə ehtiva edir.
28. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia müm kün sayıla bilər.
29. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır.
30. Hazırkı iş üzrə iddiaçı da iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilmədiyindən aşağı instansiya məhkəmələri tərəfindən iddia tələbi mümkün sayılmamışdır.
31. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus deyil. Belə ki, həmin torpaq sahəsi "xxxx" MMC-yə məxsus olmu ş və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1. X5 mübahisəli torpaq üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onun tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır.
33. Eləcə də həmin torpaq sahəsi üzrə notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsi olduğundan və alqı-satqı müqavilələri üzrə yaranan mübahisələr inzibati hüququn predmeti olmadığından iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.
35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-209/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.