Məhkəmə qərarları › İş №2-1(102)-1274/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1274/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1274/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-31/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1961 təvəllüdlü iddiaçının əmək kitabçasına, hərbi biletinə əsasən xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983xx.xx.1983; xx.xx.1983-xx.xx.1985; xx.xx.1985-xx.xx.1991; xx.xx.1991-xx.xx.1991; xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1992; xx.xx.1993- xx.xx.1993; xx.xx.1994xx.xx.1995; xx.xx.1995-xx.xx.2004; xx.xx.2004-xx.xx.2007; xx.xx.2008-xx.xx.2013-cü illər ərzində müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, habelə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işsiz statusunda Nizami rayon Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.

2. Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2021-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı həmin zavodun Üst tikililərinin yığılması və quraşdırılması sexində xx.xx.2008-ci il tarixdən (xx.xx.2007-ci il tarixli 371/k saylı əmr) xx.xx.2013-cü il tarixinədək (xx.xx.2013-cü il tarixli 540/k saylı əmr) əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir.

3. BOS Şelf MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli güzəştli arayışa əsasən iddiaçının BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 2 il 8 ay 12 gün təşkil edir.

4. İddia çı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (20 ay 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay gün (xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə müraciət edərək xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" Kiçik müəssisəsində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əfqanıstan müharibə veteranı olmaqla 1983-cü il tarixindən etibarən rəsmi qaydada əmək fəaliyyəti ilə məşğuldur. Ümumi iş stajı 28 il 7 ay 01 gündür. Ümumi iş stajının 15 il 7 ay 6 günü isə ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində (elektrik qaynaqçısı peşəsi üzrə) keçmişdir. Uzun müddət işsiz qaldığından və pensiya yaşına çatdığından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məqsədilə Azərbay can Respublikası Prezident Administrasiyasına ərizə ilə müraciət etmiş, müraciətinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən baxılmış, xx.xx.2020-ci il tarixli, **********5 nömrəli cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) müraciət etməyi tövsiyə olunmuşdur. Verilən tövsiyəni nəzərə alaraq, xx.xx.2021-ci il tarixində yuxarıda qeyd olunan məsələ ilə əlaqədar Filiala müraciət edilmişdir. Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsaslanaraq, güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. 60 yaşı tamam olduqdan sonra xx.xx.2021-ci il tarixində yenidən Filiala ərizə ilə müraciət e tmişdir. Filial tərəfindən yenidən pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunur: “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (20 il 4 ay 22 gün (xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993- xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin güzəştli iş stajınız da 12 il 6 aydan az (5 il 1 ay 6 gün (xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapit alı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800.00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125.70 manat təşkil edir”. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, istinad olunan maddədən də göründüyü kimi güzəştli şərtlərlə pensiya hüququ üçün tələb olunan staj 25 ildir (həmin müddətin ən azı 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə keçməlidir). İddia ərizəsinə qoşma olaraq əla və edilən əmək kitabçasının surətindən də aydın olur ki, stajı 25 ildən çoxdur (həqiqi hərbi xidmətdə olma müddəti hesablanmadan 28 il 7 ay 01 gün). Həmin müddətin 15 il 7 ay 6 gününü isə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı müddət təşkil edir. xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək işsizlikdən sığorta ödənişi almışdır. İmtina barədə qərarda ümumi iş stajı hesablanarkən işsizlikdən sığorta ödənişi aldığı müddət, eləcə də 1996-2004, 20042007-ci illər ərzində olan əmək fəaliyyəti nəzərə alınmamışdır. Əlavə olaraq, Filial tərəfindən iddiaçıya şifahi olaraq bildirilmişdir ki, 2006-cı il tarixədək işlədiyi müəssisələrdən (əmək kitabçasında qeyd olunan) əmək fəaliyyətinə dair arayış təqdim etsin. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və B OS ŞELF şirkətindən aidiyyəti arayışları əldə edərək Filiala təqdim etmişdir. 1996-2004-cü il tarixlərində işlədiyi müəssisələr isə artıq fəaliyyət göstərmədiyindən müvafiq arayışları əldə etmək mümkün olmamışdır. Əmək kitabçası əmək stajını təsdiq edən əsas sənəd hesab edildiyindən əmək fəaliyyətini təsdiq edən əlavə arayış və ya hər hansısa arxiv sənədinin tələb olunması yuxarıda göstərilən maddəyə ziddir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı E.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (20 ay 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx. 1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.2004- xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il aydan az (5 il 1 ay gün (xx.xx.2008- xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsin də qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-527/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" Kiçik Müəssəsində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddəti sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1983xx.xx.1983-cü illər, xx.xx.1983-xx.xx.1985-ci illər, xx.xx.1985-xx.xx.1991-ci illər, xx.xx.1991- xx.xx.1991-ci illər, xx.xx.1991-xx.xx.1992-ci illər, xx.xx.1992-xx.xx.1992-ci illər, xx.xx.1993-xx.xx.1993-cü illər, xx.xx.1994-xx.xx.1995-ci illər, xx.xx.1995xx.xx.2004-cü illər, xx.xx.2004-xx.xx.2007-ci illər, xx.xx.2008-xx.xx.2013-cü illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, iddiaçının ümumi əmək stajı 25 ildən, güzəştli əmək stajı 12 il 6 aydan artıqdır. Bundan əlavə iddiaçının 2006-cı ilə qədər 20 il iş stajı mövcud olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələb həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb edilmirdi.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-31/2023 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X7) ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunver iciliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - İşin yuxarıda göstərilən hallarına əsasən birinci instansiya məhkəməsi iddiaçının 60 yaşının tamam olduğu zaman onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli əmək stajının olması barədə düzgün nəticəyə gəlsə də, “iddiaçının 2006-cı ilə qədər 20 il iş stajı mövcud olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələbin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb edilməməsi və bununla da iddianın təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır.

40. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ona məhz 60 yaşından pensiya təyin edilməsini tələb edir ki, həmin dövrdə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi digər şərtlərlə yanaşı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi tələbini də nəzərdə tuturdu ki, iddiaçıya münasibətdə bu şərt ödənilmir.

41. Belə ki, iş materiallarından, habelə apellyasiya baxışı zamanı sorğuya cavab olaraq təqdim edilmiş iddiaçının pensiya kapitalına dair məlumatlardan görünür ki, iddiaçının cavabdeh tərəfindən nəzərə alınan xx.xx.2006-cı il tarixədək olan sığorta stajı pensiya kapitalına çevrilməklə və onun 60 yaşına çatdığı dövrə uyğun indeksləşdirilməklə, habelə üzərinə xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gəldikdə onun cəmi kapitalı 33125,70 manat təşkil etmişdir ki, həmin məbləğ də iddiaçıya minimum pensiya ödənilməsi üçün tələb olunan 40800,0 0 manatdan azdır - Kollegiya eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixli 530VİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən sonra olan yeni redaksiyasında güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi tələbinin nəzərdə tutulmaması, habelə həmin Qanunla “Əmək pensiyaları haqqında” yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin əmək pensiyalarının həmin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 60 yaşdan deyil, 13 may 2022-ci il tarixli 530-VİQD n ömrəli Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə

9. Güzəştli şərtlərlə əmək pensiy ası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanun (13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçini n əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il t arixli qanun 1.4. 9-cu maddə üzrə: 1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yen i redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.... 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siya hısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Cavabdehin pensiya kapitalı barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, kollegiya eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən sonra olan yeni redaksiyasında güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi tələbinin nəzərdə tutulmaması, habelə həmin Qanunla “Əmək pensiyaları haqqında” yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin əmək pensiyalarının həmin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 60 yaşdan deyil, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənəd lər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

30. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-31/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar