Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1274/2024 16.05.2024 ALİ MƏHKƏMƏ xxx adından xxx Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) xxx Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx Cavabdehnə qarşı “Şəxsi Heyət Baş İdarəsinin şöbə rəisi-idarə rəisinin müavini tərəfindən imzalanmış cavab ərizəsinin etibarsız hesab edilməsi, cavabdehin üzərinə iddiaçının ehtiyata buraxılmağının səbəbinin dəyişdirilərək Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli əmrində göstərilən “Hərbi xidmətkeçmə haqqı nda” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi xx.xx.2016-cı il tarixdən etibarən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndi ilə əvəz olunması öhdəliyi, eləcə də həmin tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən iddiaçının hərbi geyim formasını daşımağı barədə müvafiq qeydlər aparılması vəzifəsinin həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-218/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəxsi Heyət Baş İdarəsinin şöbə rəisi-İdarə rəisinin müavini tərəfindən imzalanmış cavab ərizəsinin etibarsız hesab edilməsi, cavabdehin üzərinə iddiaçının ehtiyata buraxılmağının səbəbinin dəyişdirilərək Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli əmrində göstərilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi xx.xx.2016-cı il tarixdən etibarən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndi ilə əvəz olunması öhdəliyi, eləcə də həmin tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən iddiaçının hərbi geyim formasını daşımağı barədə müvafiq qeydlər aparılması vəzifəsinin həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Eləcə də, iddiaçı məhkəməyə ərizə təqdim edərək, Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli ə mrini 2016-cı ildə əldə etməsinə baxmayaraq, ailə münasibətlərində olan problemlərlə bağlı əmri mübahisələndirə bilmədiyini qeyd edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3355/2023 nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə hesab etmişdir ki, iddiaçı Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli əmrini xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia ərizəsi təqdim edərək mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş dir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-218/2024 nömrəli qərardadı ilə (hakimlər: G.Cabbarova – sədrlik edən və məruzəçi, Z.Məmmədov və A.Süleymanova) birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar müvafiq əmrin qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmək hüququndan məhrum olmasına və ya həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə və ya əmrin mübahisələndirilməsi ilə bağlı müddətin axımının həmin hallara istinad edilməklə (qanunla müəyyən edilmiş qa ydada deyil, iddiaçının istinad etdiyi həmin hallar əsasında) müəyyən edilməsinə əsas vermir. Əks halın tətbiq edilməsi özlüyündə qanunvericiliklə nəzərdə tutulmuş müddətlərin tətbiq edilməsi mahiyyətinə və prinsipinə zidd olmuş olar.
8. Apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 24.1, 35.1, 38.1-ci maddələrinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xxx Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinad etmişdir.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini iddianın mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti iddia ərizəsi eləcə də, iddia müddətinin bərpasına dair ərizəyə uyğun tərtib edilmişdir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı MPM-in 373, 377, 382-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: a) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında i ddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. b). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.
14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarı.
15. Avropa İnsa n Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 16. xxxnın Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə xxx Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının xxxnın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı. 17. xxx Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə xxx Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının xxx Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı. 18. xxx Konstitusiya Məhkəməsinin “xxxnın Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı. 19. xxx Al i Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işi n hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
26. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.
27. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı ” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məh kəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). 29. xxx Konstitusiya Məhkəməsinin “xxxnın Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçıla rını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və xxx Konstitusiya Məhkəməs inin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş və müddətin bərpasına əsas yoxdur.
31. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2016-cı il tarixli əmrdən artıq 2016-cı il tarixdən məlumatlı olmuş (bu halı özü də qəbul edir), habelə həmin əmrin verilməsinə əsas məhz onun özünün yazılı ərizəsi çıxış etmişdir.
32. Hazırkı qərarın 12a bəndində qeyd olunan İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır.
33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasına və məlumatlı olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həmin əmri qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə bir hüququnu itirmişdir.
34. Odur ki, hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərini, xxx Ali Məhkəməsinin, xxx Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instans iyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-218/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.