Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1275/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X2 X2nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1275/19 Bakı şəhəri 01 may 2019-cu il 01.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçının vəkili XXXun iştirakları ilə, iddiaçı X2 X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-81/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı X2 X2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-49/3 №-li 08 may 2018-ci il tarixli və 61 saylı 12 iyul 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, ona və ailə üzvlərinə “qaçqın statusu verilməsi haqqında” qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulmasına barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1991-ci ildə Əfqanıstanın Kabul şəhərinin Qelaye Chehardeh kəndində doğulmuş, həzara etnik qrupuna mənsub olub, dini təriqəti Hazaradır. Ailəsinin maddi çətinliyi səbəbindən cəmi 8 illik təhsil almış və ölkəsində taksi sürücüsü işləmişdir. Ev lidir, bir qızı vardır. O və ailəsi hazırda Azərbaycandadır. Ailədə yeddi uşaq olmuşdurlar. Onlardan ikisi İranda, qalanları və ata, anası Əfqanistandanda yaşayırlar. Arvadı Kabulda “Vazirakbarkhan” hərbi hospitalında tibb bacısı işlədiyi zaman, orada Taliban və digər terror qrupları ilə əlaqəsi olan Nashir adlı həkimin 2017-ci ilin mart ayında hospitalda partlayış olan vaxtı Farishta adlı tibb bacısı daxil olmaqla bir neçə şəxsi öldürdüyünün şahidi olmuş və bununla bağlı rəhbərliyə məlumat vermişdir. Nəticədə Nashir həbs olunduğu üçün, hadisədən sonra onun arvadı Nashirin qohumu tərəfindən təhdid olunmağa başlanmışdır. Təhdidlərdən qorunmaq üçün onlar Azərbaycana gəllmiş, qaçqın statusu alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən yaradılmış müvafiq Komissiyanın qərarı na əsasən ona və ailəsinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyildir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(81)3833/2018 saylı qərardadı (hakim Tahirə Əsəsova) ilə iddia tələbi “Xidmətin 61 saylı, 12 oyul 2018ci il tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(81)3833/2018 saylı qərarı (hakim Tahirə Əsəsova) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının qaçqın statusu alması üçün gətirdiyi hallar ehtimal üzərində qurulmuşdur və hər hansı mötəbər sübut cavabdehə təqdim edillmədiyində n, mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Həmin qərardaddan və qərardan iddiaçı apellyasiya şikayəti verərək, onların ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2-1(103)-294/2018 saylı qərardadı ilə (sədrlik edən hakim İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-81/2018 saylı qərarı ilə (sədrlik edən hakim İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məm mədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və hesab etmişdir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İPM-in 2, 14.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu nun 10, 12, 13-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3,7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində sadaladığı halları və tətbiq edilməli maddi hüquq normalarını təkrarlamış və cavabdeh tərəfindən hansı maddi və prosessul hüquq normalarının pozulduğu barədə bildirməklə öz tələblərini irəli sürmüşdür. İddiaçı tərəfindən yo l verilən maddi hüquq pozuntusu kimi göstərilmişdir ki, cavabdeh tərəfindən işin mühüm faktları müəyyən edilməmiş və iş üzrə mühüm faktların mötəbərliliyi qiymətləndirilməmişdir. İş üzrə mühüm fakt iddiaçının müəyyən sosial qrupa mənsubiyyətinə görə qohumları və ya terror təşkilatı tərəfindən təqib edilməsi riskidir. Həmçinin, cavabdeh qaçqın anlayışının maddi-hüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən, qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq iddiaçının işi ndə əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, iddiaçının müsahibəsində bildirdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, iddiaçının verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən yol verilən prosessual hüquq normalarının pozuntusu kimi bildirilmişdir ki, iddiaçının dinlənilmək hüququ təmin edilməmişdir. İş müvafiq Komissiyada müzakirə edilən zaman iddiaçının orada iştirakı təmin edilməmişdir. Digər pozuntu kimi bildirilmişdir ki, cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərərsiz tərçüməçinin iştirakını təmin etməmiş, lazımi hüquqi məsləhətlər verməmişdir. Ümumilikdə, cavabdeh iddiaçının dinlənilmək, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüquqlarını, mötəbərlik prezumpsiy asını və sübutların qiymətləndirilməsi qaydalarını pozmuş, qərar isə əsaslandırılmamışdır. Dəlilin hüquqi əsası kimi “Qaçqınların statusu haqqında” Konvensiyanın 1, “Qaçqınların statusu haqqında” Protokolun 1-ci maddəsinin 1-ci hissəsi, “Avropa İnsan Hüquqları Konvensiyasının 3, 8,13, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 9, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-4, 10-19, 20-27, 42-47, 57-59, 61, 67, 71, 73-cü maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 1991-ci ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. İddiaçı ailə üzvləri ilə birlikdə 14 fevral 2018-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 08 may 2018-ci il tarixli, İQ-49/3 №-li qərarı ilə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı tərəfindən inzibati qaydada həmin qərardan şikayət verilmiş və adıçəkilən inzibati şikayət cavabdehin 12 iyul 2018-ci il tarixli, 61 saylı qərarı ilə təmin olunmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessu al hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə onun qaçqın statusu alması üçün gətirdiyi hallar hər hansı bir mötəbər sübuta əsaslanmayan ehtimallar üzərində qurulduğundan, mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onun əsaslı təqib qorxusu ilə üzləşdiyi hallara dair verdiyi müsahibə cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlill ə razılaşmadığını bildirir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, qaçqın- Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci i l tarixli Konvensiyasının 1-ci maddəsinin “A” bölməsində “qaçqın” anlayışının tərifi aşağıdakı kimi verilmişdir: “... irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barəsində tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənarda qalır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.” Müddəaların tələblərinin, yəni iddiaçının vəziyyətinin həqiqətən “qaçqın” anlayışı ilə əhatə edilən şərtlərə cavab verilməsinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci i l tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydalarının” tələblərinə uyğun olaraq müsahibə aparılmışdır. İstinad edilən Qaydaların: - 1-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-ci bəndinə əsasən, «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin sə lahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; - 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Müsahibə nəticəsində cavabdeh inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının bildirdiklərində bəzi ziddiyyətli məqamların və uyğunsuzluqların olmasını müəyyən etmişdir. Belə ki, iddiaçı ərizə-anketinin qeydiyyatı zamanı 1984-cü ildən “X1” adlı partiyaya üzv olduğunu, 2015-ci ildə Lahor bələdiyə seçkilərində namizədliyini irəli sürdüyünü, seç kilərdən sonra “Jamaut-Ul Harari” təşkilatının üzvləri tərəfindən şəhərin müxtəlif yerlərində 3 dəfə təhdid olunduğunu və ona atəş açıldığını bildirsə də, müsahibə zamanı fərqli məlumatlar vermişdir. Müsahibə zamanı 2000-ci ildən qeyd olunan partiyə üzv olduğunu, bələdiyyə seçkilərinin 2017-ci ildə keçirildiyini, seçkilərdən sonra ona evlərinin yaxınlığında və bilavasitə evlərində 6 dəfə hücum olunduğunu qeyd etmişdir. O cümlədən, ölkə ərazisində bir müddət qaldığını, bu müddət ərzində heç kim tərəfindən təhdid və təzyiqə məruz qalmadığını bildirmişdir. Bunlar isə onun söylədiklərini təqibə məruz qalması ilə bağlı inandırıcılıq baxımından şübhə altına almışdır. Cavabdehin mübahisələndirilən qərarında bildirilmiş bu mövqeyi və onunla razılaşan apellyasiya məhkəməsinin nəticəsi yuxarıda is tinad edilmiş “qaçqın” statusu anlayışı ilə müəyyən edilmiş şərtlərin mövcud olmamasına düzgün olaraq əsaslanmış və məhkəmə kollegiyası bu nəticə ilə razılaşdığını qeyd edir. İddiaçının verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, ərizəçinin nə özü, nə ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İstinad edilmiş hala və maddi hüquq normaya əsaslanmaqla, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində bildirdiyi dəlil, yəni onun əsaslı təqib qorxusu ilə üzləşməsi verdiyi müsahibəsi ilə öz təsdiqini tapmamış və cavabdeh inzibati orqanın apardığı qiymətləndirmə geniş t əfsirə malik olmamış, bildirilmiş hallara söykənmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından düzgün hüquqi qiymət vermişdir. Kassasiya şikayətində bildirilmiş digər - prosessual hüquq normaların pozulması ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı kassasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi zamanı prosessual pozuntulara yol verildiyi bildirmişdir. Halbuki, kassasiya baxışının predmeti apellyasiya məhkəməsinin qərarı təşkil etdiyindən, kassasiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi, mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla yanaşı, iddiaçının dinlənilmə hüququnun təmin edilməməsi ilə bağlı istinad etdiyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində maraqlı şəxsin inzibati icraatda iştirakı aşağıdakı qaydada müəyyən edilmişdir: - 21.1-ci maddəsinə əsaəsn, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; - 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələri nə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; - 3.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Maddələrin tələblərindən də göründüyü kimi, ümumi qayda olaraq maraqlı şəxsin inzibati icraatda iştirakının təmin edilməsi qanunla bağqa qayda nəzərdə tutulmadığı halda müəyyən edilmişdir. Habelə, inzibati orqanın inzibati fəaliyyətində inzibati icraatla bağlı xüsusi qaydaların tətbiq edilməsinin üstünlüyü müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası yuxarıda istinad edilmiş Qaydaların 7-ci bəndinə əsaslanmaqla qeyd edir ki, iddiaçı cavabdehin səlahiyyətli əməkdaşı tərəfindən fərdi qaydada aparılan müsahibədə iştirak etmişdir. Bununla da həmin şəxsin dinlənilmə hüququ təmin edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsi isə həmin Qaydaların 13-cü bəndinə uyğun olaraq həyata keçirilmiş və müvafiq Komissiyanın iclasında vəsatət verən şəxsin iştirakı hər hansı bir qanunvericilikdə təsbit olunmamışdır. Bununla isə belə nəticə əldə olunur ki, cavabdeh tərəfindən iddiaçının dinlənilmə hüququ xüsusi qanunvericiliyin tələblərinə əsasən təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən digər dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə (N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qaçqın statusunun verilməsi ilə b ağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, belə inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı X2 X2tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-81/2019 saylı qərarı dəyişdirilmədən saxlanısın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1275/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1275/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver