Məhkəmə qərarları › İş №2-1(102)-1275/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1275/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1275/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması, kolxozda iş stajının və təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-63/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən 05xx.xx.2007ci il tarixdə qocalığa görə pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası təyin olunmuş, lakin xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci illərdə Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illər sosial sığorta stajına daxil edilməmişdir. Bununla bağlı, iddiaçı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Bundan sonra, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkə məsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)1466/2019 nömrəli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtina etməsi əsassızdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-63/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (s ədrlik edən: M.R.Hüseynov, hakimlər: E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)1466/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərk ibinə daxil edilir. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqında məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti də sığorta stajına daxil edilir. Həmçinin əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndin ə əsasən əmək kitabçasında qeyd olunan dövrlər yerində qarşılıqlı yoxlanılmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş 1976-1979-cu illərdə Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda işlədiyi dövrün yoxlanılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərində iddiaçının adının olmadığı müəyyən edilmişdir. Bu hal məhkəmə gedişatı zamanı yenidən yoxlanılmış, yoxlamanın nəticəsi olaraq DSMF-nin Göyçay rayon şöbəsinin əməkdaşlarının və Dövlət Arxiv İdarəsinin Göyçay filialının direktorunun iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktla bir daha təsdiq olunmuşdur. Həmçinin, iddiaçının təhsil aldığı illərin onun sığorta stajına daxil edilməsi qüvvədə olan əmək pensiyası qanunvericiliyində nəzərdə tutulmamışdır. Buna görə də pensiya təyin olunarkən həmin dövrlər sığorta stajı kimi hesablanmamışdır. Kassator hesab edir ki, cavabdehin imtinası tam əsaslı olmuşdur. Etiraz: İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üz rə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayət vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyind ən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı kolxozda işlədiyi və təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən mübahisə edilən hal iddiaçının təhsil müddətinin və 19761979-cu illərdə Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməsi ilə bağlıdır. Kassasiya şikayətində mübahisə edilən təhsil müddətinin əsassız olaraq iş stajına daxil edilməsi ilə bağlı cavabdehin dəlillərinə mün asibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən xx xxxxxx 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanu nun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdu. İddiaçıya məxsus əmək kitabçasında da onun Bakı məktəbəqədər pedaqoji məktəbində xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, iddiaçı tələbinin təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi hissəsində haqlı olmuşdur. İddiaçının 1976-1979-cu illərdə Göyçay rayonundakı Qızılağac kənd “Bolqarıstan” adına kolxozda işləməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətini məhkəmə kollegiyası aşağıdakı qaydada bildirir. İddiaçının mübahisəli əmək fəaliyyəti 1976-1979-cu illərə aid olmuşdur. Məhkəmələr qəbul etdikləri qərarlarla iddiaçının 1976-1979-cu illərdə kolxozda işlədiyi müddətin onun pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi vəzifəsini cavabdehin üzərinə vəzifə olaraq qoymuşlar. Bu zaman məhkəmələr iddiaçının 19761979-cu illərdə kolxozda işləməsi barədə onun əmək kitabçasında olan qeydlərə istinad etmişlər. Əmək kitabçasında olan qeydlərə ə sasən, iddiaçı 1976-1979-cu illərdə Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozdaişləmişdir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Göstəri lən normaların tələblərinə görə, iddiaçının 1976-1979-cu illərə dair təqdim etdiyi əmək kitabçasının məlumatları onun işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə al ınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İşdən görünür ki, aşağı instansiya məhkəmələri iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən onun 1976-1979-cu illərdə kolxozda işlədiyi illəri tam iş ili kimi qəbul etmiş, bu zaman “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə uyğun olaraq faktik müddət üzrə hesablama aparılmalı olmasını nəzərə almamışlar. Halbuki, iddiaçının işlədiyi kolxozda 1976-1979-cu illərdə minimum əmək iştirakı norması və iddiaçının faktiki işlədiyi günlərin sayı (yerinə yetirilmiş adam günü norması) müəyyən edilmədən onun kolxozda iş stajını düzgün hesablamaq mümkün deyil. Odur ki, təkrar apelyasiya baxışı zamanı bu istiqamətdə araşdırma aparılmalı, iddiaçının kolxozda işləməsi barədə müvafiq arxiv arayışı alınmaqla qeyd edilən hallar araşdırılmalı, bundan sonra iddiaçının kolxozda ümumi iş stajının müddəti müəyyən edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması” prinsipi və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməmişdir. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan kassasiya şikayəti iddian ın rədd edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qismən - kolxozda iş stajının sosial sığorta stajına hesablanması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar