Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1275/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzif əsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-250/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05.10.2017-ci il tarixli arayışına əsasən iddiaçı N saylı hərbi hissə komandirinin 03.10.N98-ci il tarixli 278 nömrəli əmrilə (əsas par 16, səh 105) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Quba RHK-na göndərilmişdir.
2. Azərbaycan Respublikası Hərbi Prokurorluğun 11.05.2018-ci il tarixli məktubuna əsasən iddiaçı barəsində hərbi prokurorluq orqanlarında cinayət işi başlanması və sonradan həmin cinayət işinin icraatına xitam verilməsi faktı müəyyən edilməmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 20.11.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı N.11.N92-ci il tarixdən 23.08.N98-ci il tarixə kimi 930, 888, 651, N saylı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və ordu sıralarından 23.08.N98-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə 01.N.N93-cü il tarixdən 10.05.N94-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak ed ən hərbi hissə hesab edilib. İddiaçı N.11.N92ci il tarixdən 08.09.N94-cü il tarixə kimi həmin hərbi hissənin idarəetmə taqımının komandiri olmuşdur.
5. İddiaçı veteran adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 18 yanvar 2020-ci il tarixli məktubla bildirmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində yaradılan “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyamın 08.06.2018-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 08.05.2018–ci il tarixli və 24.05.2018–ci il tarixli arayışlarına əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün və N nömrəli hərbi his sənin N94-cü il aprel–iyun aylarında pul təminatı cədvəlində pul ilə təmin olunmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 10 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N92–ci il iyul ayının 20-də N saylı hərbi hissəyə hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissənin tərkibində N noyabr N92–ci ilə dək Laçın rayon bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan sonra 702 saylı briqadanın tərkibində Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak etmiş, N93-cü ilin avqust ayında yaralanmış, əvvəlcə Qaraxanbəyli hospitalına, daha sonra isə Sumqayıt Hospitalına göndərilmişdir. Müalicə olunduqdan sonra N95-ci ildə N saylı hərbi hissəyə köçürülmüş və hərbi hissənin Qusar qarnizonunda xidmət etmişdir. Daha sonra N saylı hərbi hissəyə köçürülmüş, N97-N98-ci illərdə Tərtər cəbhə bölgəsində N saylı briqadada xidmət etmişdir. Cavabdehin imtinası Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərini pozduğu üçün əsassızdır və bununla bağlı iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, cavabdeh N94-cü il mayın N-dək, yəni döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş və yaxud xidmət yerinə vaxtında qayıtmamış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsini mümkün saymır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2, 2-1(118)-706/2020 saylı iş) 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan arayışlarla iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakının öz təsdiqini tapmasına, həmçinin döyüş əməliyyatlarında iştirak edən zaman məsuliyyətə cəlb edilməməsinə, əksinə xidmətini davam etdirməklə qanunvericiliyin tələblərinə əsasən ordu sıralarından tərxis olunmasına istinad etmişdir.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X1 və X4, 2-1(105)-250/2021 saylı iş) 14 aprel 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh 6 may 2021-ci il tarixdə qərarın surətini almış, 5 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi ba rədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş və ya hərbi hissəyə vaxtında qayıtmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında göstərir ki, iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı cavabdehin gətirdiyi arqumenti əsassız hesab edirlər.
15. İddiaçı, iddia ərizəsində N93-cü ilin avqustunda yaralandığını, N95-ci ildə N saylı hərbi hissədə, sonra N saylı hərbi hissəyə köçürüldüyünü qeyd edir.
16. İddiaçının N93-cü ilin avqust ayında yaralanması ilə bağlı arxiv sənədlərində heç bir məlumat aşka r olunmamışdır.
17. Məhkəmələr iddianı təmin edərkən iddiaçının iddia ərizəsində (N93- N95-ci illərdə) yaralanıb-yaralanmaması faktına diqqət yetirməmişdir.
18. İddiaçı N.11.N92-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş əməliyyatları aparmış hərbi hissələrin siyahısında vardır. Həmin siyahıda N nömrəli hərbi hissənin 01.N.N93-cü il tarixdən N.05.N94-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak etdiyi göstərilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqınd a” Əsasnamədə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulur. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçdiyindən cavabdeh hər hansı bir araşdırma aparmadan onun döyüşlərdə iştirak etməsini mübahisələndirmir, yəni onu döyüşlərdə iştirak etmiş sayır.
20. Mübahisə yaradan iddiaçının müharibə veteranı adı və vəsiqəsi almağa hüququnun olub- olmamasıdır. Cavabdeh belə hesab edir ki, müharibə veteranı adı və vəsiqəsi almaq hüququn yaranması üçün iddiaçı vətəni müdafiə etmək borcunu tam həcmdə, sonacan yerinə yetirməlidir.
21. İddiaçının döyüş əməliyyatları aparıldığı zaman xidmətdə olmaması Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş və hazırda kassasiya şikayətinə əlavə olunan 26.05,2021 -ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Belə ki, arayışda N nömrəli hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 100 nömrəli əmrində baş leytenant İddiaçı 4-cü QADN-nun qəzan təminatından çıxardılması; N nömrəli hərbi hissə komandirinin N iyun N93-cü il tarixli 151 nömrəli əmrində xidməti yerində olmadığına və xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə baş leytenant İddiaçı may ayı üçün döyüş əməliyyatları kofiçentinin 31 gününün hesablanmaması, N nömrəli hərbi hissənin zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərinin qovluğunda olan N93-cü ilin oktyabr, noyabr, dekabr ayları, N94-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə pul təminatı ödənilməsi cədvəllərində iddiaçının adı qeyd olunsa da lakin onun adının qarşısın da “H.B” (не выдено və ya verilməmişdir) yazılmış və məvacib alması barədə imzasının olmadığı qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
24. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 25. 25 dekabr N91-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ç ağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 26. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli mü haribələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəs inin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 27. 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsi: Maddə
42. Müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçu və ya hərbi vəzifəli şəxs haqqında çıxarılmış hökmün icrasının təxirə salınması Müharibə dövründə və ya döyüş şəraitində hərbi qulluqçunu və ya orduya çağırılmalı, yaxud səfərbərliyə alınmalı olan hərbi vəzifəli şəxsi azadlıqdan məhrumetmə haqqında çıxarılmış hökmün icrası, məhkəmə tərəfindən məhkumu döyüşən orduya göndərməklə, hərbi əməliyyat qurtaranadək təxirə salına bilər. Bu hallarda, məhkəmə əlavə cəzaların da icrasını təxirə sala bilər. Döyüşən orduya göndərilmiş məhkum özünü Vətəninin mətin müdafiəçisi kimi göstərərsə, o zaman müvafiq hərbi komandanlığın vəsatəti ilə, məhkəmə onu cəzadan azad edə bilər və ya cəzanı başqa, daha yüngül cəza ilə əvəz edə bilər. Haqqında çıxarılmış hökmün icrası təxirə salınmış şəxs yeni cinayət edərsə, məhkəmə bu Məcəllənin 39-cu maddəsinə nəzərdə tutulmuş qaydalar üzrə, əvvəllər təyin edilmiş cəzanı yeni cəzaya birləşdirir.
28. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqınd a” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütö vlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respu blikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N. İşin hallarının araşdırılması prinsipi N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmət i vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya gen iş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Kasasiya şikayə ti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
33. İddiaçı N92-ci il iyul ayının 20-dən N saylı hərbi hissəyə hərbi xidmətə göndərildiyini, N saylı hərbi hissənin tərkibind ə N noyabr N92-ci ilədək Laçın rayon bölgəsində 702 saylı briqadanın tərkibində Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.
34. Cavabdehin dəlillərinə görə N nömrəli hərbi hissə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının təsdiq etdiyi döyüş əməliyyatları aparmış hərbi hissələrin siyahısında olmuş, hərbi hissə 01.N.N93-cü il tarixdən N.05.N94-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçı da N.11.N92-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçdiyindən cavabdeh hər hansı bir araşdırma aparmadan onun döyüşlərdə iştirak etməsini mübahisələndirmir, yəni onu döyüşlərdə iştirak etmiş sayır. Lakin N nö mrəli hərbi hissə komandirinin N94-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə ünvanladığı təqrirdə bəzi zabitlərin qulluq yerini özbaşına tərk etməsi və görülən tədbirlərə baxmayaraq qayıtmadıqları qeyd olunur və siyahıda iddiaçının adı olmuşdur. Arxiv sənədlərində iddiaçının aprel N94-cü il tarixdə idarəetmə tağımının komandiri əmək haqqı cədvəlində adı olmuş, məvacib alması barədə imzası olmamışdır. N №-li hərbi hissənin may-iyun N94-cü il tarixli zabit, gizir heyətinin pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Həmin məlumatlar ona dəlalət edir ki, iddiaçı N94-cü ilin aprelindən hərbi hissədə olmamışdır. Hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslə rə münasibətdə komissiyanın həmin mövqeyi ölkənin qanunverici orqanının mövqeyi ilə üst-üstə düşür. Belə ki, ’’Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N97-ci il tarixli Qərarının 9-cu maddəsində göstərilirdi ki, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Amnistiya haqqında 29 dekabr N98-ci, 10 dekabr N99-cu il, 1 fevral 2001-ci il tarixli qərarlarında da qanunverici orqan eyni mövqedən çıxış etmişdir.
35. Cavabdehin kasasiya şikayətinə əlavə etdiyi 26 may 2021-ci il tarixli məlu mata görə N93-N94-cü illərdə bəzi aylarda iddiaçının əmək haqqı cədvəlində adı olmasına baxmayaraq əmək haqqı almasına dair imzasının olmadığı müəyyən edilmiş, həmçinin Hərbi Dəniz Qüvvələri Tribunalının 14 iyul N97-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin v) bəndinə əsasən təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq olunmuşdur.
36. Cavabdehin təqdim etdiyi rəsmi məlumatlara əsasən iddiaçı N.11.N92-ci il tarixdən 23.08.N98-ci il tarixə kimi 930, 888, 651, N saylı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və ordu sıralarından 23.08.N98-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həq iqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
37. Cavabdeh həmçinin təsdiq edir ki, N saylı hərbi hissə 01.N.N93-cü il tarixdən 10.05.N94-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib və iddiaçı N.11.N92-ci il tarixdən 08.09.N94-cü il tarixə kimi həmin hərbi hissənin idarəetmə taqımının komandiri olmuş, döyüşlərdə iştirak etmişdir.
38. Cavabdehin etirazının əsas dəlili N nömrəli hərbi hissə komandirinin N94-cü ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisinə ünvanladığı təqrirdir. Təqrirdə bəzi zabitlərin qulluq yerini özbaşına tərk etməsi və görülən tədbirlərə baxmayaraq qayıtmadıqları qeyd olunur və xahiş edilir ki, onların N №-li hərbi hissədə tutduqları vəzifədən azad edilib, ehtiyat taborun zabit heyətinin tərkibinə keçiri lməsi haqda sərəncam verilsin, iddiaçının adı həmin siyahıda olduğundan, bu səbəbdən döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına buraxıb getdiyindən ona müharibə veteranı adı verilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxi l olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.
40. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın N-dək olan dövr daxilində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsi həm işdə olan sənədlərlə, həm də cavabdehin yazılı etirafı ilə təsdiq olunur.
41. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlandığı 20 noyabr 2020-ci il tarixli məktubda iddiaçının hansı müddətlərdə, hansı hərbi hissələrdə xidmət keçməsi xronoloji qaydada təsvir edilmiş, məlumatların şəxsi heyət üzrə əmrlərinə əsasən tərtib edildiyi qeyd edilmişdir.
42. Məktubdakı məlumatlara görə iddiaçı N noyabr N92-ci il tarixdən 8 sentyabr N94-cü il tarixədək 930-cu artilleriya divizionunda taqım komandiri, 8 sentyabr N94-cü il tarixdən 17 iyun N95-ci il tarixədək Zabit ehtiyat taboru k omandirinin sərəncamında olmuş, sonrakı xidmət dövrü ardıcıllıqla göstərilmiş, 23 avqust N98-ci il tarixdə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
43. Cavabdeh kasasiya şikayətinə əlavə etdiyi məlumatda bəzi aylar üzrə iddiaçının əmək haqqı almadığı göstərilmişdir.
44. Mövcud qanunvericiliyə görə hərbi qulluqçunun əmək haqqını alması, yaxud almaması hərbi qulluqçunun hərbi hissəni özbaşına buraxıb getməsi kimi qəbul edilə bilməz. Hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etməsi səlahiyyətli şəxslərin apardığı sənədləşmə və həmin sənədləşmə əsasında görülmüş intizam tənbehi, həmçinin digər bu kimi mötəbər sübutlarla təsdiq edilə bilər.
45. Kasasiya şikayətinə əlavə edilən məlumatda iddiaçının Hərbi Dəniz Qüvvələri Tribunalının 14 iyul N97-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin v) bəndinə əsasən təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilməsi, barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsinin tətbiq olunması göstərilmişdir.
46. Məhkəmə kollegiyası “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bölməsinin Qeyd hissələrinə istinad edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların da iştirak etmiş, lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər müharibə veteranı sayılırlar.
47. Cavabdehin məlumatına görə iddiaçı hərbi cinayətlərə görə məhkum edilmiş, lakin 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətə əlavə etdiyi məlumatın araşdırılmasına zərurət vardır.
49. Qeyd olunduğu kimi 2000-ci il sentyabrın 1-dək qüvvədə ol muş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər müharibə veteranı sayılırlar.
50. İddiaçının Hərbi Dəniz Qüvvələri Tribunalının 14 iyul N97-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin v) bəndinə əsasən təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilməsi, barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsinin tətbiq olunması, 42-ci maddənin məhz hansı hissəsinin tətbiq olunması müəyyən edilmədən mübahisə həllini tapa bilməz.
51. Cinayət Məcəlləsinin 42-ci maddəsi üç hissədən ibarətdir. Birinci hissədə hökmün icrasının təxirə salınmasından, ikinci hissədə hökmlə təyin edilmiş cəzadan azad edilmə və ya cəzanın başqa, daha yüngül cəza ilə əvəz edilməsindən, üçüncü hissədə isə yen i cinayət törədildiyi halda təyin edilmiş cəza ilə yeni cəzanın birləşdirilməsindən bəhs olunur.
52. İddiaçı barəsində həqiqətən Hərbi Dəniz Qüvvələri Tribunalının 14 iyul N97-ci il tarixli hökm çıxarılmasını və hökmlə təyin edilmiş cəzaya Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinin tətbiq edilməsini (təyin edilmiş cəzadan azad edilmə, yaxud cəzanın başqa, daha yüngül cəza ilə əvəz edilməni), habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərlə bağlı Əsasnamənin tələblərinin mövcud olub-olmamasını müəyyən etmək üçü n barəsində olan hökm nəzərdən keçirilməlidir.
53. Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 14 iyul N97-ci il tarixli hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmiş və Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya göndərilməklə hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icra edilənədək dəyişdirilmədən saxlanılmışdır.
54. Həmçinin Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 26 mart N98-ci il tarixli qərardadı ilə “Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr N97-ci il tarixli qərarının 2-ci maddəsinə əsasən Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 4 iyul N97-ci il t arixli hökmü ilə məhkum olunmuş iddiaçı ona təyin olunmuş cəzadan azad edilmişdir.
55. Bəhs olunan məhkəmə qərarlarından görünür ki, iddiaçı məhkum olunduqdan sonra barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci bəndi tətbiq edilməmişdir.
56. İddiaçının məhkəmə hökmü ilə təyin edilmiş cəzadan azad edilməsi amnistiya aktının tətbiq edilməsi ilə bağlı olmuşdur.
57. Əsasnamənin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-c i maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər müharibə veteranı sayılırlar.
58. İddiaçı hərbi hissəni özbaşına tərk etməyə görə məhkum olunduğundan və barəsində Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsi tətbiq olunmadığından müharibə veteranı sayıla bilməz.
59. Odur ki, kasasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
60. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-250/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddi