Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1275/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.06.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X4rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2398/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası” tərəfindən verilmiş 04 noyabr 2016-ci il tarixli Bakalavr diplomunun (tərcümə) təsdiq olunmuş surətinə əsasən, İddiaçı tam kursu bitirmişdir və ona İmtahan Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyinin Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir (№ A-72887-16).
2. Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası” tərəfindən verilmiş 04 noyabr 2016-ci il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyasın”da oxuduğu müddət ərzində Hüquqşünaslıq ixtisası üzrə qiyabi tədris formasında təhsil almışdır.
3. Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 18 may 2020-ci il tarixli arayışa görə, Akademiyanın məzunu İddiaçı hər bir semestrin əvvəlində müvafiq fənn materiallarını, o cümlədən imtahan və məqbulların verilməsi üçün imtahan suallarını alıb. Buna səbəb Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədilə respublika ərazisində qısamüddətli qalması tələbidir. İddiaçı hər il imtahanların verilməsi üçün gəlirdi.
4. Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 12 may 2022-ci il tarixli arayışa əsasən, Akademiyanın məzunu xx xxxxxx 1986-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı hər semes tr başlamazdan əvvəl fənlərin müvafiq materiallarını, habelə imtahanlarla bağlı müvafiq sualları qəbul etmişdir. İddiaçı müəyyən sessiyalarda iştirak etməmiş, lakin sessiyadan sonra akademik borclarını yerinə yetirmiş, həmçinin müvafiq tədris materiallarını öyrənmişdir. İddiaçı dövlət imtahanında iştirak etmiş və dövlət imtahanını müvəffəqiyyətlə verməsi nəticəsində müvafiq diplom almışdır.
5. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmişdir.
6. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, ekspert qrupu tərəfindən onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyrimümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin a li təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq qərarına əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ukrayna Respublikası “X1 Akademiyası” tərəfindən ona verilmiş 04 noyabr 2016-cı il tarixli, B16 251831 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsi və vəki li iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası “X1 Akademiyası”nın “Hüquq” fakültəsinin qiyabi şöbəsi, Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B16 251831 nömrəli 04 noyabr 2016-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-543/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı Ukrayna Respublikası “X1 Akademiyası”nın “Hüquq” fakültəsinin qiyabi şöbəsi, Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B16, 251831 №-li 04 noyabr 2016-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması (ekvivalentliyinin müəyyən edilməsi) haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, şəxsin ali təhsil pilləsi üzrə tam kursun bitirilməsi zamanı müvafiq olaraq dövlət nümunəli diplom verilir. Xarici ölkə tərəfindən verilən təhsil zamanı təhsil alana verilən diplomun apostil olunmalıdır. Çünki, apostil sənədin sonradan başqa ölkənin nümayəndəliyinə təqdim edilməsi üçün qanuniləşdirilməsi prosesidir. Başqa sözlə desək apostil bir sənədin həqiqiliyi barədə məlumat daxil etmək üçün standart bir formadır. Ukrayna Respublikası Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya ver ilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Məhkəmə qeyd edir ki, tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilər.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2398/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan ka ssasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əldə etdiyi xarici ali təhsilə aid kvalifikasiyasının tanınması üçün elektron ərizə vasitəsilə Agentliyə müraciət etmiş, cavabdeh qurum tərəfindən aparılan inzibati icraatın nəticəsində iddiaçının onun diplom əlavəsində qeyd olunan tədris müddəti müqabilində Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq xarici ali təhsil müəssisəsindəki dərslərdə iştirak etmədiyi müəyyən olunduğu üçün xx.xx.2022-ci il tarixli qərarla ona tanınma haqqında şəhadətnaməl ərin verilməsindən imtina edilmişdir.
16. Araşdırma zamanı ərizəçinin sərhəd keçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə dərslərdə qiyabi təhsilalma formasına uyğun olmaqla iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə müəyyən edilmişdir: İ il-getməyib (xx.xx.2012-xx.xx.2012), İİ il-2 gün, İİİ il- getməyib (2013-2014), İV il-5 gün, V il 1-6 gün.
17. Qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar) təsdiq edilmişdir.
18. Halbuki, qüvvədə olan Qaydaların 6.2-ci bəndi davam edən məhkəmə işi üzrə iddiaçının ixtisas üzrə biliklərinin yoxlanılması üçün müddəanı ehtiva edir.
19. Belə ki, Qaydaların 6.2 -ci bəndinə əsasən Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, Mühəndislik və Hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydalarına əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasın da tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat, Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir.
21. Tanınma üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir ki, bu tələb, yerli qanunvericiliyin müəyyən etdiyin normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsilalma forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir.
22. İddiaçı ilə eyni zaman çərçivəsində eyni ölkədə təhsil almış şəxslərin həmin ölkədə tədris müddətində sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onların ali təhsil aldığı müəssisədə dərslərdə qiyabi və hətta əyani təhsilalma formasına uyğun olmaqla iştirak üçün xarici ölkədə oima müddəti tam ödənmiş və həmin şəxslərə şəhadətnamələr veril mişdir (X8 İ il-9 ay, İİ il-9 ay İİİ il-9 ay,İV il-9 ay, V il-9 ay, İV il-9 ay, X7 (l il-7 ay 8 gün, İİ il-9 ay, İİİ-4 ay 20 gün, İV il-9 ay), X10 (13-14 - 7 ay 25 gün 14-15 - 8 ay 14 gün 15-16 - 7 ay 24 gün 16-17 -8ay), X9 (1-4 gün, İİ - Getməyib, İİİ -1 ay 5 gün, İV - 1 ay 25 gün, V - 1 ay 21 gün, Vİ-2 ay 5 gün).
23. Həmçinin Məhkəmənin öz qərarının əsaslandırma hissəsində geniş yer verdiyi apostil şəhadətnaməsi ilə xarici diplomun Azərbaycan Respublikasında tanınması məsələsi arasında əlaqə qurmaq cəhdləri ilə bağlı, bənzər mövqe ilə bağlı, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1829/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının 29-cu bəndində Ali Məhkəmə qeyd edir ki: “İddiaçının diplomuna xarici ölkədə apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomda ki imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və bu diplomların başqa ölkədə, o cümlədən Azərbaycan Respublikasında tanınması məcburiliyi nəticələrini doğurmur".
24. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və İddiaçı X6 İdarəolunması Akademiyası tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, N°156 nömrəli bakalavr diplomu (Hüquqşünaslıq/qiyabi) üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi üzrə məcburetmə haqqında iddia tələbi üzrə iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən belə hesab etmişdir ki, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» imzalanmışdır, Saziş Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qa nunu ilə təsdiq edilmişdir. İddiaçıya verilmiş bakalavr diplomunda iddiaçının ali təhsil dərəcəsinə yiyələnməsi qeyd edilmiş, ona ali təhsil müəssisəsinin İmtahan Komissiyasının qərarı ilə Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi verilmişdir. Sazişin tərəfi olan dövlət verdiyi diplomla iddiaçının ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir. Eyni zamanda iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Şəxsin ali təhsil pilləsi üzrə tam kursun bitirilməsi zamanı müvafiq olaraq dövlət nümunəli diplom verilir. Xarici ölkə tərəfindən verilən təhsil zamanı təhsil alana verilən diplom apostil olunmalıdır. Çünki apostil sənədin sonra başqa ölkənin nümayəndəliyinə təqdim edilməsi üçün qanuniləşdirilməsi prosesidir. Ukrayna Respublika sı da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır.” “Həmçinin Ukrayna X1 Akademiyası tərəfindən verilmiş arayışlardan görünür ki, Akademiyanın məzunu İddiaçı hər bir semestrin əvvəlində müvafiq fənn materiallarını, o cümlədən imtahan və məqbulların verilməsi üçün imtahan suallarını alıb, buna səbəb Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədilə respublika ərazisində qısamüddətli qalması tələbidir. İddiaçı hər il imtahanların verilməsi üçün gəlmiş, akademik borclarını yerinə yetirmiş, müvafiq tədris materiallarını öyrənmiş, dövlət imtahanında iştirak etmiş və dövlət imtahanını müvəffəqiyyətlə verməsi nəticəsində müvafiq diplom almışd ır.” “Beləliklə, iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Ali təhsil müəssisəsi iddiaçının həqiqətən təhsil almasını, iddiaçının ali təhsil proqramını uğurla başa vurmasını təsdiq etmişdir.”
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi həmin qənaətlə aşağıdakı səbəblərə görə razı deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası”nın 04 noyabr 2016-ci il tarixli, B16 251831 nömrəli Bakalavr diplomuna müvafiq olaraq, İddiaçı tam kursu bitirmişdir və ona İmtahan Komissiyasının xx.xx.2016-c ı il tarixli qərarı ilə Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyinin Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir (№ A72887-16).
32. X14 Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyası” tərəfindən verilmiş 04 noyabr 2016-ci il tarixli, B16 251831 nömrəli Bakalavr diplomuna 04 noyabr 2016-ci il tarixli, ******* №-li əlavəyə görə, İddiaçı Özəl Səhmdar Cəmiyyəti “Ali təhsil institutu” “X1 Akademiyasın”da oxuduğu müddət ərzində Hüquqşünaslıq ixtisası üzrə qiyabi tədris formasında təhsil almışdır.
33. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 1344-75 №-li aray ışda qeyd olunmuşdur ki, Akademiyanın məzunu İddiaçı hər bir semestrin əvvəlində müvafiq fənn materiallarını, o cümlədən imtahan və məqbulların verilməsi üçün imtahan suallarını alıb. Buna səbəb Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədilə respublika ərazisində qısamüddətli qalması tələbidir. İddiaçı hər il imtahanların verilməsi üçün gəlirdi.
34. Bununla yanaşı Ukrayna, Kiyev, X1 Akademiyası tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 937/54 №-li arayışda qeyd olunmuşdur ki, Akademiyanın məzunu xx xxxxxx 1986-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı İddiaçı hər semestr başlamazdan əvvəl fənlərin müvafiq materiallarını, habelə imtahanlarla bağlı müvafiq sualları qəbul etmişdir. İddiaçı müəyyən sessiyalarda iştirak etməmiş, lakin sessiyada n sonra akademik borclarını yerinə yetirmiş, həmçinin müvafiq tədris materiallarını öyrənmişdir. İddiaçı dövlət imtahanında iştirak etmiş və dövlət imtahanını müvəffəqiyyətlə verməsi nəticəsində müvafiq diplom almışdır.
35. Beləliklə işin təkzib olunmaz faktı ondan ibarətdir ki, iddiaçı sözügedən təhsil müəssisəsində oxuduğu müddət ərzində (xx.xx.2012-xx.xx.2016-ci illər) hüquqşünaslıq ixtisası üzrə qiyabi tədris formasında təhsil almış, lakin bu müddət ərzində cəmi 27 gün Ukrayna Respublikasında olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, qiyabi tədris formasında 6 (altı) il ərzində təhsil alması üçün həddindən artıq az bir müddətdir və bunun səbəbi kimi “Ukraynada mitinqlərin baş verməsi ilə bağlı miqrantların təhlükəsizliyi məqsədi ilə respublika ərazisində qısa müddətli qalması tələbidir” dəlili ilə izah edilməsi işdə olan heç bir mötəbər rəsmi sənədlə öz təsdiqini tapmamışdır.
37. Digər tərəfdən qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, iddiaçı ümumi qaydada qiyabi təhsil formasında təhsil almış, distant təhsil almamışdır.
38. Hazırda iddiaçının hüquqi marağı və məqsədi sözügedən bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasına və bu barədə şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir.
39. İş materiallarında olan inzibati orqanın imtinasında göstərilmişdir ki, “Ukrayna Respublikası Regionlararası X3 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında siz həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməniz qeyri-mümkündür”.
40. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi qiyabi təhsil aldığı 6 (altı) il müddət ərzində Ukrayna Respublikasında cəmi 27 gün olmasını nəzərə alan cavabdeh Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsaslanmaqla, cavabdeh haqlı olaraq iddiaçının hazırkı xahişinə imtina cavabı vermişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən q anunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 21(103)-2398/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.