Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1276/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “Müharibə veteranı adı və v əsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-N04/202N saylı, N4 aprel 202N-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən verilən N saylı hərbi hissə komandirinin NNN saylı N0.08.N992-ci il tarixli əmrindən çıxarışa əsasən iddiaçı N avqust N992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsi tərəfindən verilən 05.N2.20N9-cu il tarixli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 04.0N.N99N-cü il tarixli 54 saylı ə mri ilə (əmrdə rütbə qeyd olunmamışdır) 0N.0N.N99N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq və şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. N (, 850) nömrəli hərbi hissə komandirlərinin may, avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
3. Hərbi biletə əsasən iddiaçı 25.05.N992-ci ildən 20.0N.N99N-cü il tarixədək hərbi xidmət keçərək, Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir.
4. Cavabdehin 04.02.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 05.N2.20N9-cu il ta rixli arayışı ilə hərbi biletin NN-ci qrafasındakı qeydlər təsdiq olunmadığına, hərbi xidmətə daxil olması arayış ilə təsdiq olunmadığına və hərbi xidmətdən buraxılma tarixlərində fərq olduğuna görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 27.NN.20N9-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25 may N992-ci ildən 20 mart N99N-cü ilə qədər 706, 8N0, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Buna baxmayaraq müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Cavabdeh tərəfindən verilmiş 05.N2.20N9-cu il tarixli cavab məktubu ilə ona imtina edilmiş və N (, 850) saylı hərbi hissə komandirlərinin may, avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmaması bildirilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim XN, 2-N(NN8)-NN00/2020 saylı iş), N6 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının təqdim etdiyi sübutlarla onun döyüş əməliyyatlarında iştirak etməsinin təsdiqini tapmasına əsaslanmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi biletində apardığı qeydlər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv arayışı ilə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanunauyğun şəkildə tərxis edilməsi təsdiq edilir. Göstərilən sübutlar mövcud olduğundan onun hərbi xidmətə qəbul edilməsi barədə sübutun təqdim edilməsi formal xarakter daşıyır.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt İnz ibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X4 və XN, 2-N(N05)-N04/202N saylı iş) N4 aprel 202N-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin N6 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Cavabdeh 6 may 202N-ci il tarixdə qərarın surətini almış, 4 iyun 202N-ci il tarixdə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. N saylı hərbi hissə komandirinin N №-li 04.0N.N99N-cü il tarixli əmrində göstərilir ki, aşağıda adları çəkilən k önüllü olaraq N-cü taborda hərbi xidmətdə olan hərbiçilər Müdafiə nazirinin könüllülər haqda əmrinə müvafiq olaraq 0N.0N.9N-cü ildən tutduqları vəzifələrdən azad edilsinlər. Şəxsi heyətin siyahısından çıxarılıb qeydiyyat üçün hərbi komissarlıqlara göndərilsin. (N9. İddiaçı.)
13. Məhkəmə Müdafiə nazirinin istinad olunan əmrini tələb edib işin materiallarına əlavə etməmiş, onun mahiyyətini araşdırmamışdır. Halbuki, belə əmrlər hərbi hissədən, xidmət yerlərindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədi ilə verilirdi. 14. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aydın göstərilir ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olmalı idi.
15. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması arxiv sənədləri ilə təsdiq olunmadığından ona “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir. 17. “Veteranlar haqqında” Qanunun N-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi his səni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayə tinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq 21. “Veteranlar haqqında” Qanun: Maddə N. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş
22. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrund a N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hər bi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komi ssiyanın rəyinə əsasən verilir. N-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı mü vafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbayc an Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 9N. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin NNN.N-cü və NN2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Ma ddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.N. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
27. İddiaçının iddiasının əsaslarına görə 25 may N992-ci il tarixdən 20 mart N99N-cü il tarixə qədər 706, 8N0, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində hərbi xidmət keçmiş və Azərbaycan Respublik asının ərazi bütövlüyü uğrunda bir çox hərbi əməliyyatlarda iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
28. Cavabdehin şikayətinin dəlillərinə görə onun döyüşlərdə iştirak etmiş və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılan şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi vardır. İddiaçı iddia ərizəsində 25.05.N992-ci il tarixdən 20.0N.N99Ncü il tarixədək 706, 8N0, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində xidmət keçdiyini, döyüşlərdə iştirak etdiyini göstərmişdir. İddiaçı zabit olmuşdur, zabitlərin hərbi xidmətdən ehtiyata buraxılması fərdi qaydada, müvafiq səlahiyyətli şəxsin əmri ilə həyata keçirilir. İddiaçının qanuni əsasla ehtiyata buraxılması araşdırılmamış, hərbi biletdə iddiaçı nın 25.05.N992-ci il tarixdən 20.0N.N99Ncü il tarixədək hərbi xidmət keçərkən Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etməsi qeyd edilsə də, N saylı hərbi hissə komandirinin NNN saylı N0.08.N992-çi il tarixli əmrindən çıxarışda N avqust N992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etməsi, N və N nömrəli hərbi hissə komandirlərinin əmrləri ilə iddiaçının N avqust N992-ci ildən N yanvar N99N-cü ilə kimi xidmətdə olması müəyyən olunmasına baxmayaraq iddiaçının xidmət dövrü barədə ziddiyyətli məlumatlara aydınlıq gətirilməmiş, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və qanuni əsasla ehtiyata buraxılması arxiv sənədləri ilə təsdiq olunmamasına diqqət yetirilməmişdir.
29. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı...Laçın, Qubadlı...rayonlarının ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara cavabdeh tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
31. İddiaçıya müharibə veteranı adı və vəsiqəs i verilməsi üçün onun Laçın, Qubadlı...rayonlarının ərazisində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən cavabdeh tərəfindən verilmiş arayış, həmçinin hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır.
32. İddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edən sübutlardan biri hərbi biletdə olan məlumatdır.
33. Hərbi biletin surətində NN-ci qeyddə olan məlumata görə iddiaçı 25.05.N992ci ildən 20.0N.N99N-cü il tarixədək hərbi xidmət keçərək, Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğru nda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir.
34. Hərbi biletin surətində bu məlumatın təsdiq edilməsi barədə möhürün hansı hərbi hissə tərəfindən vurulması aydın deyildir. Apelyasiya məhkəməsi məlumatı təsdiq edən möhürün mötəbərliyini araşdırmamışdır.
35. Cavabdeh məlumatlarında iddiaçının N yanvar N99N-cü il tarixdən tutduğu vəzifədən azad edilərək şəxsi heyətin siyahısından çıxarılıb qeydiyyat üçün hərbi komissarlığa göndərildiyini bildirmiş, iddiaçının hansı vaxtdan hərbi xidmətə çağırılmasını göstərməmiş, N saylı hərbi hissənin arayışında N avqust N992-ci il tarixdən hərbi hissədə xidmət etdiyi qeyd edilmişdir. Ən azından bu sənədlərə görə iddiaçı N avqust N992-ci il tarixdən N yanvar N99N-cü il tarixə olan dövrdə hərbi xidmət keçmişdir.
36. İş materia llarında iddiaçının N avqust N992-ci il tarixdən N yanvar N99N-cü il tarixə olan dövrdə hərbi xidmət keçdiyi təsdiq olunduğu halda, N yanvar N99N-cü il tarixdə ehtiyata buraxıldıqdan sonra 25 may N992-ci il tarixdən 20 mart N99N-cü il tarixədək hərbi xidmət keçməsi barədə hərbi biletdə olan məlumatın mötəbərliyi və əsaslılığı apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır.
37. İddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edən sübutlardan digəri hərbi komissarlığın məktubudur.
38. İşin 5N-cü səhifəsində Sumqayıt şəhər hərbi komissarının təsdiq etdiyi arayışın kserosurətində iddiaçının döyüşlərdə iştirak etməsi qeyd edilmiş, lakin apelyasiya məhkəməsi həmin məlumatın hansı sübutlar əsasında verilməsini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sum qayıt şəhər idarəsinə sorğu edib araşdırmamışdır.
39. Cavabdehin arxiv məlumatlarına görə iddiaçı N nömrəli hərbi hissə komandirinin 04.0N.N99N-cü il tarixli 54 saylı əmri ilə 0N.0N.N99N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq və şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. N (, 850) nömrəli hərbi hissə komandirlərinin may, avqust N992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
40. Cavabdehin arxiv məlumatlarına görə iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. İddiaçının hər hansı başqa hərbi hissədə hərbi xidmət keçməsi işdə olan arxiv məlumatları ilə təsdiq olunmur. Apelyasiya məhkəməsi iddiaçının N saylı hərbi hissənin və adı çəkilən digər hərbi hissələrin eyni hərbi hissə olmasını, konkret olaraq göstərilən hərbi hissələrin hansının tərkibində və hansı dövrdə döyüş əməliyyatlarında iştirak etməsini araşdırmamışdır.
41. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün sadəcə hərbi biletin mövcud olması və hərbi xidmətdən ehtiyata bura xılması yetərli deyildir.
42. Belə ki, hərbi biletdə həmçinin iddiaçının hərbi xidmətə çağırılması, hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumatların olması əksini tapmalı, hərbi hissələrin nizami hissə üzrə əmrlərində və ya arxiv arayışlarında hərbi xidmət keçməni təsdiq edən sübutlar (xidmətə qəbul və xidmətdən buraxılma) mövcud olmalıdır.
43. Apelyasiya məhkəməsi iddiaçının hərbi xidmətə nə vaxt qəbul edilməsini araşdırıb müəyyən etməmişdir.
44. N99N-cü ilin yanvar ayında atəşkəs olmadığı və zabitlərin ehtiyata buraxılması yalnız istisna hallarda olması nəzərə alınarsa, həmin vaxt zabit olan iddiaçının ehtiyata buraxılmasının səbəbi də məhkəmə tərəfindən araşdırılmamışdır.
45. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
46. Apel yasiya məhkəməsi tərəfindən İPM-in N2, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.N0, 96.NN və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-N04/202N saylı, N4 aprel 202N-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasas