Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1276/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 29 aprel 2022-ci il tarixli 2-1(103)-1540/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 5.168,82 manat pensiya məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.
3. Məhkəmənin qərarı iddiaçıya 1 fevral 2022-ci il tarixdə təqdim edilmişdir.
4. İddiaçı həmin qərardan 11 mart 2022-ci il tarixində apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1540/2022 nömrəli qərardadına əsasən (sədrlik edən M.N.Tağızadə, hakimlər X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 1 fevral 2022-ci il tarixində poçt vasitəsi ilə aldığı məhkəmə qərarından 11 mart 2022-ci il tarixində apellyasiya şikayəti verməklə prosessual müddəti ötürmüşdür. Prosessual müddətin bərpasına dair ərizə təqdim edilməmişdir.
7. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1540/2022 nömrəli qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
8. Birinci instansiya məhkəməsinin qərarından şikayət 11 mart 2022-ci il tarixində deyil, 28 fevral 2022-ci il tarixində poçt vasitəsilə verilmişdir. İşdə bu barədə poçtun sənədi vardır (surəti əlavə olunur). Sadəcə olaraq, eyni gündə bir neçə (toplu şəkildə) şikayətlər verilmişdir ki, burada da siyahı şəklində adlar qeyd edilmişdir. Məhkəmə 11 mart 2022-ci il tarixini necə müəyyən etdiyini əsaslandırmamışdır. Qərardadda bu barədə heç bir sübuta istinad yoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. K assasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayət rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. Kassatorun dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət 11 mart 2022-ci il tarixində deyil, 28 fevral 2022-ci il tarixində poçt vasitəsilə verilmiş və bu barədə poçt xidmətinin sənədi iş materiallarında mövcuddur. Lakin kassatorun istinad etdiyi sənəd iş materiallarına əlavə edilməmişdir.
15. Eyni zamanda, kassator həmin sənədin surətini kassasiya şikayətinə əlavə etdiyini bildirsə də, kassasiya şikayətinə qoşma olaraq belə bir sənəd əlavə edilməmişdir. Hətta, şikayətin özündə də qoşma kimi əlavə edilən sənədlərin siyahısında şikayətin surəti, etibarnamə, vəkil orderi göstərilsə də, həmin siyahıda poçt xidmətinin sənədi qeyd edilməmişdir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə əsaslıdır. Odur ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1540/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1540/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.