Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1276/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid və şəhid ailəsi statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “şəhid adının və ailəsinə şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-24/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əri – mərhum X5 xx.xx.1992-ci il tarixdə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətini Azərbaycan Respublikası Milli Ordu sıralarında, “881” nömrəli hərbi hissənin tərkibində icra etmişdir.
2. X5 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış (ona “sağ göz almasının, sol göz almasının kontuziyası, retrobulbar hematoma, ikinci dərəcəli postravmatik serebral koma, sağ çiyin yumşa q toxumalarının atəşlə nüfuz edən yarası” diaqnozu qoyulmuş) və bundan sonra hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız hesab edilmişdir. 3. xx.xx.2012-ci il tarixli 550215 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.1996-ci il tarixdə vəfat etmiş, ölümün səbəbi kimi “kəllənin və baş-beyini dəlib keçən güllə yarası” qeyd edilmişdir.
4. İddiaçı onun ərinə şəhid adının verilməsi məqsədilə cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli, 1598 nömrəli imtina məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.1992-ci il tarixli 1040 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə və xx.xx.2012-ci il tarixli 550215 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, 1974-cü il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixində döyüş əməliyyatları zamanı baş nahiyyəsindən güllə yarası aldığı üçün hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “sağ gözün dağılması, sol gözün kontuziyası, aşağı beyin hissəsinin zədələnməsi” diaqnozu ilə hərbi uçotdan silinməklə, hərbi xidmətə yararsız hesab edilmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxılan Ə.M.Muradov xx.xx.1996-cı il tarixində Xaçmaz rayonu, Qusarçay kəndində vəfat etmişdir. Yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, mərhum Ə.M.Muradovun “şəhid” hesab edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, m ərhum əri X4 “şəhid” statusunu, ona isə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı aldığı ağır xəsarətlərdən həlak olduğundan (öldüyündən), cavabdehin imtinası əsassızdır.
8. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 1 0 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5, 1.2.6 və 4.1-ci bəndlərini rəhbər tutaraq cavabdehin imtinasını qanuni hesab etmiş və qeyd etmişdir ki, yaralanması nəticəsində silahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi qanunvericilik aktlarında nəzərdə tutulmadığına görə, mərhum X3 “şəhid” hesab edilməsi və İddiaçı “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi barədə iddia əssizdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Baba yeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.T.Məmmədov) 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-24/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-552/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, X4 “şəhid” statusunu, iddiaçıya isə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “şəhid” adının verilməsini mütləq qaydada döyüş meydanında həlak olma faktı ilə əlaqələndirmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 1.1, 1.2 və 1.2.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yəni, qanunvericilikdə şəhid adının verilməsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilir və bu hal, şəxsin şəhid adına layiq görülməsinin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008 -ci il tarixli qərarında qeyd edilmişdir ki, Qanunun 1-ci maddəsi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Bundan əlavə, “Mülki işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2010-cu il tarixli 1 nömrəli Bülletenində qeyd edilmişdir ki, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin şəxsə “şəhid” statusunun verilməsi üçün əsasdır və əsas o hal sübut olunmalıdır ki, xəsarət (yara) almış şəxs xəsarət aldığı vaxtdan həlak olan ana qədər fasil əsiz müalicə olunmuş, lakin həmin müalicəyə baxmayaraq vəfat etmişdir. Beləliklə, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu şərtləndirildiyindən, eyni zamanda iddiaçı 1992-ci ildə döyüş əməliyyatlarında aldığı güllə yarasından, müayinə və müalicə olunmasına baxmayaraq öldüyündən, yəni onun aldığı xəsarətlə ölümü, ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə olduğundan iddia tələbi əsaslıdır.
14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə qarşı verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdir ilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edi lmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonla rında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döy üş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa b orcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:... «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1 -ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.... «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də, apellyasiya şikayətinin dəli llərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və məhkəmə qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
27. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının mərhum əri xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı aldığı xəsarətdən xx.xx.1996-ci il tarixdə vəfat etmişdir. Cavabdehin iddiaçının mərhum əri - X4 “şəhid” adının verilməsindən imtinasının əsasında isə yalnız “yaralanması nəticəsində si lahlı qüvvələrdən istefaya buraxılmış və sonradan vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsinin mövcud qanunvericilikdə nəzərdə tutulmaması” dəlili dayanır.
28. Məhkəmə kollegiyası razılaşır ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan və bir müddət sonra həlak olan hər bir şəxsə “şəhid” adı verilmir.
29. Bununla belə, məhkəmə kollegiyası həm formalaşmış məhkəmə təcrübəsini rəhbər tutmaqla, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeni hazırkı işin hallarına tətbiq etməklə (bax: hazırkı qərarın 20-ci bəndi) hesab edir ki, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin şəxsə “şəhid” statusunun verilməsi üçün əsas ola bilər.
30. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3652/2019-cu nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı o əsasla ləğv edilmişdir ki, məhkəmə “şəhid” adının verilməsinə dair iddia tələbini təmin edərkən, vəfat etmiş şəxsin ölümü ilə döyüş əməliyyatları zamanı aldığı xəsarət arasında səbəbli əlaqəyə münasibət bildirməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1817/2021-ci il tarixli qərarı ilə kassasiya instan siyası məhkəməsi “şəhid” adının verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə aşağı instansiya məhkəmələrinin nəticəsini ona görə əsaslı hesab etmişdir ki, iddiaçının mərhum oğlu xx.xx.1994-cü il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə sol bel nahiyyəsindən güllə yarası alsa da (hətta bu əsasla müalicə olunsa da), xx.xx.1998-ci il tarixində “şizofreniya, xroniki ürək-damar çatışmazlığı” səbəbindən vəfat etmişdir.
31. Göründüyü kimi, bu qəbildən olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən “şəhid” adının verilməsi, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarət ilə onun ölümü arasındaki səbəbli əlaqə ilə şərtləndirilir. Hazırkı halda da, belə əlaqənin mövcudluğu işə baxan apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edildiyindən və iş materialları ilə təkzib edilmədiyindən iddia tələbinin əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-24/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.