Məhkəmə qərarları › İş №2-1(102)-1276/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1276/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1276/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hissəvi ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının hissəvi ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-772/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/4 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,33 ha torpaq sahəsinin cizgidə göstərilmiş sərhəd daxilində X6 mülkiyyətinə verilməsinə dair onun adına JN-0013 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-353/2020 nömrəli qətnaməsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 adına verilmiş JN-0013 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnaməsi ilə X1 adına yeni JN-923 nömrəli dövlət aktı işlənmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, X1 adına tərtib olunmuş JN-923 (kod: ********) nömrəli dövlət aktının Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/4 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,33 hektar torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv olunmasını xahiş etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xa çmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. X1 adına hazırlanmış JN-923 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı məhkəmənin qərarı ilə ləğv edilə bilər.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-0013 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/4 nömrəli qərarı ilə ayrılmış, cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,33 ha torpaq sahəsinə uyğundur (naturada torpaq sahəsindən hal-hazırda istifadə olunmur). İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X1 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0,327 ha torpaq sahəsi ilə 0,327 ha hissədə üst-üstə düşür. Qeyd: X2 verilmiş JN-923 (kod: ********) nömrəli dövlət aktının həmin 0,327 ha hissəsinə ********** qeydiyyat və **********23 reyestr nömrəli X3 DƏDRX tərəfindən çıxarış və plan-ölçü işlənib verilmişdir.

7. Qusar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, rayon arxivində saxlanılan keçmiş “Sabir” adına sovxozun AİK-nın sənədlərinə baxış keçirilmişdır. Bələ ki, Qusar rayonu Əniğ kənd sakinləri keç miş “Sabir” adına sovxozun torpaq payçıları olmuşdur. “Sabir” adına sovxozun 1995-1999-cu illərin 15 vərəqdən və 1998-2001-ci illərə aid 200 vərəqdən ibarət AİK-nın sənəd qovluqlarında AİK-nın xx.xx.1998-ci il tarixli, 11/4 nömrəli qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin, iclas protokolunun, həmçinin islahat zamanı torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahılarının olması aşkar edilməmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-0013 (kod ********) və JN-923 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarının nüsxəsi, eləcə də JN-923 (kod ********) nömrəli dövlət aktının işlənilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına işlənmiş JN-923 (kod: ********) nömrəli dövlət aktının hissəvi, yəni iddiaçının mülkiyyətinə verilmiş 0,33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Əniğ kəndində yerləşən 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Bu yaxınlarda iddiaçı həmin torpaq sahəsinə dair çıxarışın hazırlanması üçün müvafiq sən ədlərlə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X1 adına 3,82 ha torpaq sahəsinə dair JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi bildirilmişdir. Bundan sonra, iddiaçı Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnaməsinin surətinin ona təqdim edilməsi barədə həmin məhkəməyə müraciət etmiş və oradan ona bildirilmişdir ki, iddiaçının tərəf kimi qeyd edildiyi 2-199a/2006 nömrəli mülki iş və həmin iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnamənin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməs i qeyri-mümkündür. Bu barədə həmin məhkəmə tərəfindən ona müvafiq məktub təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsini heç kimə satmamışdır, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Həmin torpaq sahəsinin Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnaməsinə əsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də, Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-199a nömrəli qətnaməsinə əsasən verildiyi qeyd olunan JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı özlüyündə qanunsuz bir sənəd olmuş və həmin dövlət aktı heç bir qanuni əsas olmadan iddiaçının 0,33 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu pozmuşdur. JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövl ət aktının verilməsi nəticəsində iddiaçının 0,33 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları pozulduğundan, həmin dövlət aktının 0,33 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu və ərizəsinin icrasının yalnız məhkəmə qərarı ilə mümkünlüyü bildirilmişdir.

11. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən X4, X7 və X5 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.

13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 25 iyun 2023-cü il tarixli, 2-1(118)-70/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X1 adına işlənmiş JN-923 (kod: ********) nömrəli dövlət aktı hissəvi, İddiaçı mülkiyyətinə verilmiş 0,33 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 adına JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının işlənməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-199a nömrəli qətnaməsi mövcud deyildir. Habelə, İddiaçı naturada faktiki göstərdiyi torpaq sahəsi JN0013 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/4 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,33 ha torpaq sahəsinə uyğun olmaqla JN-923 (kod: ********) nömrəli tor pağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X1 adına verilmiş torpaq sahəsinin 923 nömrəli parseldəki (aktda qeyd olunan ayrıca torpağın cizgisi) 0,327 ha torpaq sahəsi ilə 0,327 ha hissədə üst-üstə düşür. Mövcud olmayan məhkəmə qətnaməsi əsasında işlənmiş dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Almaz Süleymanova) 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-772/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsinə dair üçüncü şəxsin adına əsas olmadan (torpaq sahəsinin ayrılmasına dair məhkəmə qətnaməsi olmadan) dövlət aktı işlənilməsi halına istinad edərək, onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə həmin dövlət aktının ləğv edilməsini tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi onun adına ayrılmış torpaq sahəsinin koordinatları ilə uyğundur, həmin torpaq sahəsi JN-923 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında üçüncü şəxsə verilmiş torpaq sahəsinin ölçüləri ilə 0,327 ha hissədə üst-üstə düşür. Bu halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq AİK qərarı əsasında iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqanın başqa şəxsin adına heç bir qanuni əsas olmadan dövlət aktının işlənilməsi ilə bağlı hərəkətləri birbaşa iddiaçının həmin torpaq sahəsi ilə bağlı mövcud olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın üçüncü şəxsin adına dövlət aktının işlənilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuş və iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şə xslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qan unsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümk ündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müə yyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. İddiaçının iddia tələbi üçüncü şəxs X1 adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının onun mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi ilə bağlıdır. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxsin adına torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçıya məxsus olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.

30. Nəzərə alınmalıdır ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı daşınmaz ə mlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından dövlət aktı deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş dövlət aktının da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin dövlət aktı tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan dövlət aktı əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən torpaq sahəsi (yəni üst-üstə düşən hissədə) ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il t arixli, 2-1(105)-772/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar